Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Harald İngemann Nilsen (dan. Harald Ingemann Nielsen; 26 oktyabr 1941 – 11 avqust 2015, Boloniya, İtaliya) — Danimarkalı keçmiş futbolçu. Mövqeyi mərkəz hücumçu

Harald Nilsen

  • Ana Səhifə
  • Vikipediya
  • Harald Nilsen

Harald İngemann Nilsen (dan. Harald Ingemann Nielsen; 26 oktyabr 1941 – 11 avqust 2015, Boloniya, İtaliya) — Danimarkalı keçmiş futbolçu. Mövqeyi mərkəz hücumçusu olub .

Harald Nilsen
Ümumi məlumatlar
Ləqəbi Guld Harald
Doğum tarixi 26 oktyabr 1941(1941-10-26)
Vəfat tarixi 11 avqust 2015(2015-08-11) (73 yaşında)
Vəfat yeri
  • Boloniya, İtaliya
Vətəndaşlığı
  •  Danimarka krallığı
Boyu 178 sm
Çəkisi 72 kq
Mövqeyi hücumçu
Karyerası
Klub karyerası
1959–1961 Frederikshavn fI 50 (44)
1961–1967 Bolonya FK 1909 157 (81)
1967–1968 İnter Milan 8 (2)
1968–1969 Napoli 10 (2)
1969–1970 Sampdoriya 4 (0)
Milli yığma
1959–1960 Danimarka 14 (15)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Bioqrafiya

Harald kiçik yaşlarında futbolu sevmirdi. Ancaq Haraldın 6 yaşında atası ona futbol butsları hədiyyə edir. Bununlada Haraldın futbola marağı yaranmağa başlayır və nəticədə 10 yaşında Harald futbol oynamağa başladı. İlk əvvəllər Nilsen həvəskar səviyyədə futbol ilə məşğul olur və eyni zamanda Alfa-Dizel zavodunda mühəndis köməkçisi işləyir.

Karyerası

1957-ci ildə "Frederikshavn" klubunun gənclər klubuna baxış üçun dəvət olunur və ilk oyunda qol vurur. Tezliklə futbol istedadını ortaya qoyan Nilsen 1958-ci ildə Danimarka gənclər komandasında debüt edir. 15 mart 1959-cu ildə "Frederikshavn"ın əsas komandasında debüt edir. Növbəti mövsümun ilk oyununda Nielsen 4 qol vurur. Bir neçə həftə sonra, 13 sentyabr 1959-cu ildə Nilsen Danimarka millisində Norveçlə matçda debüt edir və o zaman millinin tarixində ən gənc oyunçu olur (17 il və 322 gün).

1960-cı ildə Nilsen Harald Danimarka Premyer Liqasında debüt edir. 1960-cı ildə 19 qol vuraraq çempionatın bombardiri olur. Daha sonra Milli komanda ilə Romadakı Olimpiadaya yollanır. Olimpiadiyada 5 oyunda 6 qol vuran Nilsen turnirin ikinci bombardiri olur və "Qızıl Harald" ləqəbini alır. Növbəti il Nielsen Danimarkanın ən yaxşı futbolçusu olur. Bununlada Avropa klublarının maraq dairəsinə düşərək tezliklə İtaliyaya yollanır.

1961-ci ilin yayında, 19 yaşında olarkən Nilsen, 200 min krona İtaliyanın "Bolonya" klubuna keçir. Keçiddən sonra Nielsen, milli komandada oynamağı dayandırmaq məcburiyyətində qalır. Nilsen "Bolonya"da 27 avqust 1961-ci ildə, "Bolonya"nın "Palermo" klubunu 2–1 udduğu oyunda debut edir. İtaliyadakı ilk mövsümündə Nilsen 16 liqa oyununda 8 qol vurur. Növbəti mövsüm 19 dəfə qol vuraraq İtaliya A Seriyasının bombardiri olur. Bir il sonra Nilsen ikinci dəfə liqanın bombardiri olaraq klubun son 23 ildə ilk dəfə A Seriyasının çempionu olmasına kömək edir. İtaliyada ilk üç uğurlu mövsümdən sonra Nilsenin oyununda geriləmə başlayır.

1967-ci ildə Nilsen, onun transferi üçun "Bolonya"ya 2,5 milyon dollar ödəyən "İnter" klubuna keçir. Milan klubunun Nilseni almasına səbəb Nerazzurrının baş məşqçisi Elenio Erreranın Nilsenin Yuventusa keçməsindən qorxduğu və bununla da danışıqlar apardığı ilə əlaqəli idi. Ancaq "İnter"də Nilsen zədələr və artıq çəkidən əziyyət çəkməsinə görə əsas heyətdə yer qazana bilmir və "İnter"də cəmi 8 oyun keçirir.

1968-ci ildə "Napoli" klubuna keçir və burada da nadir hallarda meydana çıxır.

Nilsen daha "Sampdoriya" klubuna keçir və 1970-ci ildə burada karyerasını bitirir.

Uğurları

Komanda

  • İtaliya çempionu: 1964

Fərdi

  • Danimarka çempionatının bombardiri: 1960 (19 qol)
  • Danimarkada ilin futbolçusu: 1961
  • İtaliya çempionatının bombardiri: 1963 (19 qol), 1964 (17 qol)

Karyera Statistikası

Klub Karyerası
Klub Mövsum Liqa Kubok Avrokubok Toplam
Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Frederikshavn 1959 21 19 ? ? - - ? ?
1960 22 19 ? ? 0 0 ? ?
1961 6 5 0 0 0 0 6 5
Toplam 49 43 ? ? 0 0 49+ 43+
Bolonya 1961/62 16 8 0 0 2 2 18 10
1962/63 29 19 0 0 9 11 38 30
1963/64 32 22 3 3 1 0 36 25
1964/65 31 13 1 0 3 1 35 14
1965/66 29 12 0 0 0 0 29 12
1966/67 21 8 0 0 5 5 26 13
Toplam 158 82 4 3 20 19 182 104
İnter 1967/68 8 2 4 2 0 0 12 4
Toplam 8 2 4 2 0 0 12 4
Napoli 1968/69 10 2 4 2 5 1 19 5
Toplam 10 2 4 2 5 1 19 5
Sampdoriya 1969/70 4 0 0 0 0 0 4 0
Toplam 4 0 0 0 0 0 4 0
Bütun karyerası 229 129 12+ 7+ 25 20 266+ 156+

Xrici keçidlər

  • Harald Nilsen National-Football-Teams.com'da
  • İnter.it saytında profil
  • Dbu.dk saytında profil
  • Harald Nielsen və Rudy Hansenin şəxsi saytı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, harald nilsen sözünün mənası, harald nilsen haqqında məlumat. harald nilsen nədir? harald nilsen nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Jerminal

  • Fevral 27, 2026

    Exidna (mifologiya)

  • Mart 01, 2026

    İohann

  • Mart 06, 2026

    S:be:Аўтар:Янка Купала

  • Mart 01, 2026

    Ayman əl-Zəvvari

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst