Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nadir Rəşid oğlu Rüstəmli (8 iyul 1999, Salyan, Salyan rayonu) — Azərbaycanlı müğənni, Səs Azərbaycan yarışmasının qalibi və 2022-ci ildə keçirilmiş Avroviziya

Nadir Rüstəmli

  • Ana Səhifə
  • Vikipediya
  • Nadir Rüstəmli

Nadir Rəşid oğlu Rüstəmli (8 iyul 1999, Salyan, Salyan rayonu) — Azərbaycanlı müğənni, Səs Azərbaycan yarışmasının qalibi və 2022-ci ildə keçirilmiş Avroviziya Mahnı Müsabiqəsinin təmsilçisi.

Nadir Rüstəmli
Ümumi məlumatlar
Doğum tarixi 8 iyul 1999(24 yaş)
Doğum yeri
  • Salyan, Salyan rayonu, Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 2016-cı ildən
Janrlar ritm-n-blyuz, opera, şanson
Musiqi alətləri piano
Təhsili
  • Azərbaycan Turizm və Menecment Universiteti
Mükafatları Səs Azərbaycan 2021 Qalibi

2019-cu ildə Youthvision Beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş, 21 ölkə arasında 2-ci yeri tutmuşdur.

Mündəricat

Həyatı

8 iyul 1999-cu ildə Azərbaycanın Salyan şəhərində anadan olmuşdur. 2005–2016-cı illərdə Salyan rayonu 3 saylı tam orta məktəbdə təhsil alıb. 2016-cı ildə Azərbaycan Turizm və Menecment Universitetinə qəbul olub, 2021-ci ildə həmin universitetin məzunu olmuşdur.

O, uşaq yaşlarından musiqi ilə məşğul olmağa başlamışdır.

Karyerası

Məktəb illərində Qulu Əsgərov adına musiqi məktəbində piano və solfecio üzrə 7 illik musiqi təhsili alıb. 2017-ci ildə Tələbə Baharı Ümumrespublika Mahnı Festivalına qatılıb ikinci yerin qalibi olub. 2019-cu ildə eyni yarışmada yenidən iştirak edərək yarışmanın qalibi olmuşdur. 2019-cu ildə Youthvision Beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş, 21 ölkə arasında 2-ci yerin qalibi olmuşdur. 2021–2022-ci il Səs Azərbaycan yarışmasında iştirak etmiş və yarışmanın qalibi olmuşdur.

Avroviziya 2022-də bu il ölkəmizi "Səs Azərbaycan" mahnı müsabiqəsinin qalibi Nadir Rüstəmli təmsil edəcək.

Səs Azərbaycan

2021-ci ildə Azərbaycanın "İctimai TV" kanalında yayımlanan "Səs Azərbaycan" layihəsində iştirak etmişdir. O ilk mərhələdə "Writing'S on the wall" mahnısını ifa etmişdir və 2 münsif Nadir Rüstəmli tərəfə dönmüşdür. O isə Eldar Qasımov komandasında yarışmağı seçmişdir. Daha sonra növbəti mərhələdə Amir Paşayev ilə birgə "Beggin" mahnısını ifa etmişdir. Eldar Qasımov isə Nadir ilə Amir arasında seçim etmiş və Nadir Rüstəmlini komandasında saxlamışdır. Nadir Rüstəmli 1/8 finalda "Xatirədir" mahnısını ifa edərək növbəti mərhələyə vəsiqə qazanmışdır. Finalda "Bu da son", "Bad Liar" və Eldar Qasımov ilə "Running Scared" mahnısını ifa etmişdir. Finalda SMS səsverməsinin yekununda 4 iştirakçıdan 1-i layihənin qalibi olacaqdı. Nadir 42,6% dərəcəsi ilə birinciliyi əldə edərək layihənin qalibi olmuşdur.

Videoqrafiya

Say Klip Rejissor Tarix
01 Fade To Black İsa Məlikov 2022
02 Əbədi Sevgi (duet Sivva) Əli Fərhad 2023
03 Bedel Fahir Səmədoğlu 2023
04 Gölgelerim Fahir Səmədoğlu 2023

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, nadir rüstəmli sözünün mənası, nadir rüstəmli haqqında məlumat. nadir rüstəmli nədir? nadir rüstəmli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Açarya Bxaskara

  • Mart 06, 2026

    Çağdaş çoxtanrılıq

  • Mart 07, 2026

    Əbdül Mahmudov

  • Fevral 27, 2026

    Menehm

  • Fevral 26, 2026

    Salka

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst