Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şah Nemətulla Vəli (26 dekabr 1330, Hələb – 28 aprel 1429 və ya 5 aprel 1431, Mahan, Kirman ostanı) — ərəb şairi, sufi, alim.

Nemətulla Vəli

  • Ana Səhifə
  • Vikipediya
  • Nemətulla Vəli

Şah Nemətulla Vəli (26 dekabr 1330, Hələb – 28 aprel 1429 və ya 5 aprel 1431, Mahan, Kirman ostanı) — ərəb şairi, sufi, alim.

Şah Nemətulla Vəli
Əmir Nurəddin Nemətullah ibn Mir Abdulla
Doğum tarixi 26 dekabr 1330(1330-12-26)
Doğum yeri
  • Hələb, Hələb mühafəzəsi, Suriya
Vəfat tarixi 28 aprel 1429(1429-04-28) (98 yaşında) və ya 5 aprel 1431(1431-04-05) (100 yaşında)
Vəfat yeri
  • Mahan, Kirman şəhristanı, Kirman ostanı, İran
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Nemətulla Vəli ("Vəli", yəni "müqəddəs" — ona verilmiş ləqəbdir. Bu, Allahın adlarından biridir) 1330-cu ildə Hələb şəhərində anadan olmuşdur. Onun atası Mir Abdullah Vəli ərəb sufi və mürşidi, anası isə Cənubi İranın zadəgan farslarından idi. Nemətilla Vəlinin nəsil şəcərəsi beşinci imam Məhəmməd Baqirdan başlayır. Gənc ikən Nemətulla islam ölkələrinə uzunmüddətli səyahətdə olmuşdur. Hər bir müsəlmana vacib bilinən Məkkə ziyarətinə (Həccə) yollanmışdır. Burada Şeyx Abdulla əl-Yəfi ilə rastlaşaraq yeddi il müddətində ona müridlik etmişdir. Müridlik müddətindən sonra ikinci dəfə (bu dəfə kamil bir insan kimi) yenidən səyahətə çıxmış, Qahirəni, Suriyanı, İraqı, Azərbaycanı və İranı gəzmişdir. O, İranın Kirman şəhərində həmişəlik məskunlaşmışdır.

Şah Nemətulla Vəli yeni bir sufi qardaşlığının (təriqətinin) yaradıcısıdır. "Nemətullahiyyə" adlanan bu təriqətin həm adı, həm də emblemi ona işarə verir (emblemdə onun adı təbərzinlərin arasına salınmışdır). O, sufi həyat tərzi, sufi fəlsəfəsi, sufi əxlaqı haqqında öz fikirlərini ərəb və fars dillərində yazdığı 500-dən artıq müxtəlif həcmli elmi və bədii əsərdə açıqlamışdır.

Sufilik tarixinin ən ali nümayəndələrindən olan Nemətulla Vəlinin səyi nəticəsində təsəvvüfə və sufilərə qarşı maraq xeyli artmışdır. Ətrafında çoxlu sayda mürid və davamçılarının olmasına baxmayaraq Şah Nemətulla Vəli özü əkinçiliklə məşğul olaraq şəxsi nümunəsində peşəkar fəaliyyətin özünütərbiyədə ən yaxşı vasitə olduğunu göstərmişdir.

101 il ömür sürmüş Nemətulla Vəli həyatının son 25 ilini Kirman vilayətinin Mahan kəndində yaşamış, burada xanəgah tikdirmişdir. Onun qəbri indiyə qədər ziyarətgahdır.

Həmçinin bax

  • Nemətullahiyyə

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, nemətulla vəli sözünün mənası, nemətulla vəli haqqında məlumat. nemətulla vəli nədir? nemətulla vəli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Axis axis

  • Mart 06, 2026

    Aor (hərf)

  • Fevral 27, 2026

    Fəzilət

  • Mart 06, 2026

    Ofeliya Məmmədzadə

  • Fevral 27, 2026

    Əsgər Hacıyev

Trend Mahnılar
  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst