Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Buxara (özb. Buxoro) — Özbəkistanın qədim şəhəri. Tarixi yerlərlə zəngin olan Buxara şəhərində təqribən 140 memarlıq abidəsi var. 31 avqust 2016-cı il tarixinə

Buxara

  • Ana Səhifə
  • Vikipediya
  • Buxara

Buxara (özb. Buxoro) — Özbəkistanın qədim şəhəri. Tarixi yerlərlə zəngin olan Buxara şəhərində təqribən 140 memarlıq abidəsi var. 31 avqust 2016-cı il tarixinə olan məlumata əsasən şəhər əhalisi 247,644 nəfər təşkil edir ki, bu da onu əhalisinin sayına görə Özbəkistanın beşinci ən böyük şəhəri edir. Əhalinin əksəriyyətinin ana dili Özbək dilidir. Böyük ipək yolu üzərində yerləşən bu şəhər uzun müddət ticarət, elm, mədəniyyət və din mərkəzi kimi fəaliyyət göstərmişdir. UNESCO təşkilatı Buxaranın tarixi mərkəzini (bir çox məscid və mədrəsələrdən ibarətdir) Ümumdünya irsi siyahısına daxil etmişdir.

Şəhər
Buxara
özb. Buxoro
39°46′29″ şm. e. 64°25′43″ ş. u.HGYO
Ölkə  Özbəkistan
Vilayət Buxara vilayəti
Hakim Kərim Camaloviç Kamalov
Tarixi və coğrafiyası
Əsası qoyulub E.ə. VI əsr
İlk məlumat 500
Sahəsi 73 km²
Mərkəzin hündürlüyü 225 m
İqlimi Kəskin kontinental
Saat qurşağı UTC+5
Əhalisi
Əhalisi 272 000 nəfər (2017)
Rəqəmsal identifikatorlar
Telefon kodu 8 365
Poçt indeksi 2001XX
Nəqliyyat kodu 80-84
Digər
UNESCO Ümumdünya İrsi
Rəsmi adıHistoric Centre of Bukhara
TipiMədəni
Kriteriyaii, iv, vi
Tarixi1993
İstinad nöm.602
ÖlkəÖzbəkistan
RegionAsiya
bukhara.gov.uz  (özb.)
Buxara xəritədə
Buxara
Buxara
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Adları

Buxara şəhəri 19-cu və 20-ci əsr ingilis nəşrlərində Boxara, Xan çincəsində isə Buhe və ya Puhe şəklində adlandırılmışdır.

İranika Ensiklopediyasında yazılana əsasən "Buxara" adı soqd dilində "bərəkətli torpaq" mənası verən βuxārak sözündən törəmişdir.

X əsr Orta Asiya tarixçisi Əbu Bəkr Narşahi özünün "Buxara tarixi" əsərində belə yazmışdır: "Buxaranın bir çox adı var. Bu adlardan biri də Numiykatdır. Bəzən "Bumikat" da adlandırılır. Ərəb dilində isə şəhərin iki adı var. Bunlardan biri "mis şəhər" mənası verən "Mədinət əl Sufriya", digəri isə "tacirlər şəhəri" mənası verən "Mədinət əl Tüccar"dır. Lakin, Buxara adı digər bütün adlara nisbətən daha məşhurdur. Xorasan bölgəsində bu qədər çox ada sahib olan başqa şəhər yoxdur."

Orta əsrlərdən etibarən şəhər ərəb və fars mənbələrində Buḫārā adı ilə keçir. Müasir özbək dilində isə Buxoro şəklində yazılır.

Buxara, Çar-Minar ansamblı

Ümumi məlumat

Bu şəhər təpədə, oda sitayiş edənlərin dini ayinləri icra etdiyi və müqəddəs hesab etdikləri yerdə salınmışdır. Şəhərin adına "Avesta"da rast gəlmək olar. Buxara Səmərqəndin qərbində yerləşir və İslamın mərkəzlərindən biri kimi tanınır. Bura həmçinin Böyük Şeyx Bahəddin Nəqşibəndinin yaşadığı şəhərdir. O bütün İslam aləmində və regionda sufizmi inkişaf etdirən əsas nümayəndə olmuşdur. Bu şəhər öz zəngin muzeyləri ilə məşhurdur. Burda yerləşən Dövlət İncəsənət Muzeyidə müxtəlif rəsm kolleksiyaları, duluzçuluq məmulatları, Buxara hakimlərinin paltarları saxlanılır. Şəhərdə 140-dan artıq memarlıq abidələrinin olması bu şəhərin "muzey şəhər" adlanmasına səbəb olmuşdur. Buxarda hal-hazırda 350 məscid və 100 dini kollec fəaliyyət göstərir. Bu abidələrin əksəriyyəti orta əsrlər dövrünə aitdir. Poi-Kalon, Kos Mədrəsəsi, İsmayil Samani Movzoleyi, Kalian Minarəsi diqqəti daha çox cəlb edir. Şəhər dar küçələr, yaşıl park və bağlar, müxtəlif eposların qəhrəmanlarını təsvir edən tarixi və memarlıq abidələri ilə zəngindir.

Şəhərin tanınmış sakinləri

  • Əbu Həfs kəbir — X əsr alimi
  • Əbu əli Hüseyn ibn Abdulla ibn Həsən ibn Sina (980–1037) — filosof, təbib, astronom

Həmçinin bax

  • Buxara xanlığı
  • Buxara əmirliyi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Buxara haqqında məlumat. Buxara nədir? Buxara nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 12, 2026

    Qırğızıstan

  • Fevral 24, 2026

    Alüminium

  • Fevral 24, 2026

    VI Vaxtanq

  • Fevral 23, 2026

    Çinlilər

  • Fevral 24, 2026

    Mesopotamiya

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst