Şahin Tofiq oğlu Babayev (1988, Sumqayıt) — Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin icraçı direktoru.
| Şahin Babayev | |
|---|---|
Vəzifədədir | |
| 3 mart 2025-ci ildən | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1988 (37–38 yaş) |
| Doğum yeri | |
| Təhsili |
|
| Fəaliyyəti | dövlət qulluqçusu |
Həyatı
Şahin Babayev 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinə İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə təhsil almış və 2010-cu ildə məzun olmuşdur.
O, 2011-ci ildən Sumqayıt Texnologiyalar Parkında çalışıb. 2012–2021-ci illərdə Azərkosmosun Maliyyə departamentinin rəhbəri vəzifəsində işləyən Şahin Babayev 2023-cü ildə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri təyin olunub.
2024-cü ildə Prezidentin Sərəncamı ilə Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilən Şahin Babayev Beynəlxalq İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (Association of Chartered Certified Accountants, ACCA) üzvüdür.
3 mart 2025-ci ildə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin İcraçı direktoru təyin olunub.
2025-ci ilin avqust ayında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Müşahidə Şurasının sədri təyin edilib.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şahin babayev sözünün mənası, şahin babayev haqqında məlumat. şahin babayev nədir? şahin babayev nə deməkdir?