Çaltəhər çubuqluca (lat. Philadelphus incanus) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin hidrangeyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü.
| Çaltəhər çubuqluca | ||||||
|---|---|---|---|---|---|---|
| Elmi təsnifat | ||||||
| Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Çaltəhər çubuqluca | ||||||
| Beynəlxalq elmi adı | ||||||
| ||||||
| ||||||
Arealı
Yabanı halda Çində yayılmışdır. Qərbi Avropa və Şimali Amerikada mədəni halda becərilir.
Botaniki xarakteristikası
Hündürlüyü 3–5 m olan koldur. Zoğları az tüklü, sonradan çılpaqlaşır. Qabığı yaşlı budaqlarda qonur, çatlayan və soyulandır. Yarpaqları uc tərəfdən sivri, qaidəsi enli-pazvari və ya dairəvi, kənarları boz qılçıqlarla örtülmüşdür. İyun ayının ortalarında çiçəkləyir. Çiçəkləri ağ, qoxusuz, diametri 2,5–3 sm olub, 5–7 ədədi çiçək salxımında toplanmışdır. Kasayarpaqları sıx, boz tüklü, ləçəkləri enli, ellips formalı, sütuncuğu əsasında çılpaq, yarıya qədər bitişik olur. Meyvələri avqust ayında yetişir. 1895-ci ildə introduksiya edilmişdir. Yaxşı çiçəkləyir və toxum əmələ gətirir. Yaz səpinində toxumları yaxşı cücərir, Yazda əkilən yaşıl qələmləri 100%-ə qəqər kök atır.
Ekologiyası
Az kölgəli və işıqlı yerlərdə əkilməyə yararlıdır. Qışa davamlıdır, ancaq çox soyuq qış aylarında cavan əkinlər dona bilər. Yüngül, hava və suyu yaxşı keçirən gillicə torpaqlar yararlıdır. Yay ərzində torpaq bellənir, alaqlar təmizlənir, suvarılır. Bakının bağ və parklarında normal inkişaf etmək üçün müntəzəm suvarılmaya ehtiyacı vardır.
Azərbaycanda yayılması
Azərbaycanda bəzi rayonlarda mədəni şəraitdə becərilir.
İstifadəsi
Tək və qrup əkinlərində, çay kənarlarında əkilməsi məqsədyönlüdür.
Yarımnövləri
- Philadelphus incanus var. baileyi Rehder
- Philadelphus incanus var. incanus
- Philadelphus incanus var. mitsae (S.Y.Hu) S.M.Hwang
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, çaltəhər çubuqluca sözünün mənası, çaltəhər çubuqluca haqqında məlumat. çaltəhər çubuqluca nədir? çaltəhər çubuqluca nə deməkdir?