Philadelphus hirsutus (lat. Philadelphus hirsutus) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin hidrangeyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü.
| Philadelphus hirsutus | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
| Elmi təsnifat | ||||||||||
| Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Philadelphus hirsutus | ||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||
| ||||||||||
| ||||||||||
Arealı
Şimali Amerika və Cənubi Asiyada təbii halda yayılmışdır.
Botaniki xarakteristikası
Hündürlüyü 3 m olan koldur. Gövdələrin qabığı şabalıdı-qonur rəngli, çatlayan və soyulandır. Özəkləri 6 tilli, enli və boşdur. Tumurcuqları kiçik, kirəmit şəklində düzülmüş pulcuqlara malik olub, adətən konusşəkilli yarpaq köbəcikləri ilə örtülmüşdür. Yarpaqları yumurtavari və ya neştərvari, tamkənarlı və ya dişli, nazik və ya bir qədər dərivaridir. Üst tərəfdən çılpaq, bəzən damarlar boyu tükcüklər müşahidə edilir. Yarpaqları açıq yaşıl, payızda isə sarımtıl rəngdə olur. May ayının ikinci yarısında çiçəkləyir. Çiçəkləri 2–5 sm diametrində olub, ağ rəngli, nadir hallarda isə ləçəklərinin əsası qırmızımtıl-qonur rəngli olur, ətirlidir. 1–3 ədəd (nadir halllarda 7 ədəd) çiçəkləri budaqların uclarındakı salxımvari çiçək qrupunda, yarpaqlaşmış qısa zoğların yan budaqlarında, ikiillik və çoxillik yarımçətirlər üzərində yerləşmiş olur. Toxum və yaşıl qələmlərlə çoxaldılır.
Ekologiyası
Mədəni şəraitdə bitir və meyvə verir. Şaxtaya və quraqlığa davamlı olub, bozqır və bir qədər cənub qurşaqlarda yaşıllıqlarda geniş istifadə edilə bilər. Kütləvi çiçəklik üçün tez-tez suvarma tələb edir.
Azərbaycanda yayılması
Abşeronda, Gəncədə, Zaqatalada, Balakəndə mədəni şəraitdə rast gəlinir.
İstifadəsi
Parklarda, bağlarda tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür.
Sinonimləri
Homotipik sinonimləri
- Philadelphus inodorus var. hirsutus (Nutt.) Alph.Wood
Heterotipik sinonimləri
- Philadelphus columbiensis G.Nicholson
- Philadelphus dubius K.Koch
- Philadelphus godokokeri K.Koch
- Philadelphus gracilis DC.
- Philadelphus hirsutus var. gracilis Schrad. ex DC.
- Philadelphus hirsutus var. intermedius S.Y.Hu
- Philadelphus hirsutus var. nanus S.Y.Hu
- Philadelphus pubescens Bosc ex Torr. & A.Gray
- Philadelphus sharpianus S.Y.Hu
- Philadelphus sharpianus var. parviflorus S.Y.Hu
- Philadelphus speciosus Schrad. ex DC.
- Philadelphus trinervius Schrad.
- Philadelphus trinervius var. gracilis Schrad.
- Philadelphus villosus Lodd. ex W.H.Baxter
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, philadelphus hirsutus sözünün mənası, philadelphus hirsutus haqqında məlumat. philadelphus hirsutus nədir? philadelphus hirsutus nə deməkdir?
