Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Janna Georgi Qalstyan (15 aprel 1948, Stepanakert) — Artsax Qəhrəmanı, Qarabağ erməni hərəkatının fəallarından biri, Artsax Azadlıq Döyüşçüləri İttifaqının İdar

Janna Qalstyan

  • Ana Səhifə
  • Vikipediya
  • Janna Qalstyan

Janna Georgi Qalstyan (15 aprel 1948, Stepanakert) — Artsax Qəhrəmanı, Qarabağ erməni hərəkatının fəallarından biri, Artsax Azadlıq Döyüşçüləri İttifaqının İdarə Heyətinin üzvü, Ermənistanın xalq artisti (2004), erməni aktrisa, siyasətçi.

Janna Qalstyan
Doğum tarixi 15 aprel 1948(1948-04-15) (77 yaş)
Doğum yeri
  • Stepanakert, DQMV, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti siyasətçi, aktrisa
Mükafatları Movses Xorenli medalı (Ermənistan)

Bioqrafiya

Janna Qalstyan 1948-ci ildə Xankəndi şəhərində anadan olmuşdur. 1966-cı ildə yerli 8 saylı orta məktəbi bitirdikdən sonra Ali filoloji təhsil almışdır. 1964–2004-cü illər arasında Qorki adına Xankəndi Dövlət Dram Teatrının aktrisası, 1984-cü ildən isə teatrın nəzdindəki teatr studiyasının direktoru olmuşdur. O, səhnədə 70-dən çox rol yaratmış, bir çox mükafatların laureatı olmuşdur. 1980–1982-ci illər arasında Xankəndi Pedaqoji İnstitutunda dərs demişdir.

Siyasi fəaliyyəti

O, Qarabağ hərəkatında hətta sonralar — 1991–1994-cü illərdə gedən döyüşlərdə Azərbaycana qarşı fəal iştirak etmiş və kəşfiyyat məlumatları ötürmüşdür. Əsirlərə qarşı çox amansız olmuş və yaralı əsirlərin üstündə ölümlə nəticələnən əməliyyatlara rəhbərlik etmişdir. Qondarma Dağlıq Qarabağ müdafiə ordusu formalaşdıqdan sonra o, Silahlı Qüvvələrin Mərkəzi Müdafiə Regionunun komandirinin müavini təyin edilmişdir. 1999–2007-ci illərdə qondarma DQR prezidentinin müşaviri işləmişdir. 2000, 2005 və 2010-cu illərdə 3-cü, 4-cü və 5-ci çağırışla qondarma DQR milli məclisinin deputatı seçilmişdir. O, iki dəfə, təhlükəsizlik və hüquq-mühafizə məsələləri daimi komissiyasının sədri seçilmişdir. O, "Demokratiya" fraksiyasının rəhbəridir. Bitərəfdir.

28 iyun 2018-ci ildə Milli Assambleyada dövlət büdcəsinin icrasının müzakirəsi zamanı Artsax Respublikasının müxalif "Dirçəliş" fraksiyasının lideri Hayk Xanumyan Artsax prezidentini tənqid edərək, onun istefasını tələb etmişdir. MŞ-nin "Demokratiya" fraksiyasının deputatı Janna Qalstyan eyni şəkildə cavab verən Hayk Xanumyanı söymüş və bu, qarşılıqlı söyüşlərlə söz davasına çevrilmişdir. Janna Qalstyan Hayk Xanumyanı türk dilində "yeni gələn" mənasını verən "qyalma" (gəlmə) adlandırmış, çünki sonuncu ölkənin simvolu olan prezidenti açıq şəkildə təhqir etmişfir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, janna qalstyan sözünün mənası, janna qalstyan haqqında məlumat. janna qalstyan nədir? janna qalstyan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Peyğəmbərlər

  • Fevral 27, 2026

    Xotan dövləti

  • Fevral 27, 2026

    Olqa

  • Mart 01, 2026

    Salvador bayrağı

  • Fevral 27, 2026

    Qoçu Nəcəfqulu

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst