Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məmmədsadıq Məmmədağa oğlu Abdullayev (1 iyul 1924, Lənkəran, Lənkəran qəzası – 18 oktyabr 2006, Bakı) — alim, anatom, histoloq, Tibb elmləri doktoru (1965), pr

Məmmədsadıq Abdullayev

  • Ana Səhifə
  • Vikipediya
  • Məmmədsadıq Abdullayev

Məmmədsadıq Məmmədağa oğlu Abdullayev (1 iyul 1924, Lənkəran, Lənkəran qəzası – 18 oktyabr 2006, Bakı) — alim, anatom, histoloq, Tibb elmləri doktoru (1965), professor (1965), Əməkdar elm xadimi.

Məmmədsadıq Abdullayev
Məmmədsadıq Məmmədağa oğlu Abdullayev
Doğum tarixi 1 iyul 1924(1924-07-01)
Doğum yeri
  • Lənkəran, Lənkəran qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 18 oktyabr 2006(2006-10-18) (82 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Elm sahəsi tibb
Elmi dərəcəsi
  • tibb elmləri doktoru
Təhsili
  • Azərbaycan Tibb Universiteti
Mükafatları "Şərəf nişanı" ordeni
"Qızıl qələm" mükafatı — 2001

Mündəricat

Həyatı

Məmmədsadıq Abdullayev 1 iyul 1924 ildə Lənkəran şəhərində anadan olmuşdur. 1940-cü ildə,Lənkəran şəhərinin 2 №-li orta məktəbini bitirmiş və 16 yaşında, Azərbaycan Tibb İnstitutuna qəbul olunmuşdur. 1944-cü ildə institutu fərqlənmə ilə bitirmişdir, 1943-cü ildən son günlərinə qədər Azərbaycan Tibb İnstitutunda dərs deyib. 1947-ci ildə buranın aspiranturasını və 1965-ci ildə Leninqradda S.M.Kirov adına Hərbi-Tibb Akademiyasında doktoranturanı bitirmiş və orada "Gözün hərəki aparat sinirləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, tibb elmləri doktoru adı almışdır. 1967-cı ildən professordur. 1969-cu ildə Azərbaycan Tibb İnstitutunun "Histologiya" və 1969–1979-cu illərdə "İnsan anatomiyası" kafedralarının müdiri işləmişdir. 1988–2006-cı illərdə "İnsan anatomiyası" kafedrasının professoru, 1973–1979-cu illərdə Azərbaycan Anatomlar, Histoloqlar və Embrioloqlar Elmi Cəmiyyətinin sədri, 1976–1979, 1992–1995–ci illərdə "Azərbaycan Tibb" jurnalının baş redaktoru, 1976–1979-cu illərdə Azərbaycan SSR EA Terminologiya Komitəsinin üzvü olmuşdur.

1971-ci ildə SSRİ Ali Sovetinin rəyasət heyətinin fərmanı ilə "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur, 2001-cü ildə "Qızıl qələm" mükafatı laureatı olmuşdur.

Məmmədsadıq Abdullyaev 18 oktyabr 2006-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Elmi fəaliyyəti

Məmmədsadıq Abdullayevin tədqiqatları periferik sinirlərin mieloarxitektonikasının həm normada, həm də xroniki işemiya şəraitində öyrənilməsinə həsr edilmişdir. O, 300-ədək elmi əsərin, o cümlədən 5 monoqrafiyanın müəllifidir. Bir sıra beynalxalq konfranslarda məruzələrlə çıxış etmişdir.

Əsərləri

  • "Аристотель и аристотелизм в истории анатомии" (1988);
  • "Большая трагедия малого круга" (1992);
  • "Qalenizm və renessans anatomiyasının iztirabları" (2000);
  • "İnsanın anatomiyası". I cild. (2000);
  • "Нервы в истории анатомии, их миелоархитектоника, восходящая дегенерация нервов, вегетативная природа нейрона" (2002).
  • "İnsan" (1996);
  • "Azərbaycanda XX əsrin tibb tarixində insanın anatomiyası" (2006).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, məmmədsadıq abdullayev sözünün mənası, məmmədsadıq abdullayev haqqında məlumat. məmmədsadıq abdullayev nədir? məmmədsadıq abdullayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vikinq proqramı

  • Mart 01, 2026

    SSRİ tarixi

  • Fevral 20, 2026

    Maddə

  • Mart 06, 2026

    Amasiya (Ağbaba)

  • Fevral 23, 2026

    Nyufaundlend (ada)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst