Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

AH-1 Kobra Vertolyotu (AH-1 Cobra)- Amerika Birləşmiş Ştatları tərəfindən istehsal edilən, hərbi döyüş vertolyotu. Tədricən AH-64 Apaçi vertolyotu ilə əvəz edil

AH-1 Kobra

  • Ana Səhifə
  • Vikipediya
  • AH-1 Kobra

AH-1 Kobra Vertolyotu (AH-1 Cobra)- Amerika Birləşmiş Ştatları tərəfindən istehsal edilən, hərbi döyüş vertolyotu. Tədricən AH-64 Apaçi vertolyotu ilə əvəz edilməkdədir. Bell Textron Helicopter şirkəti tərəfindən istehsal olunur. AH-1 uzun müddət ABŞ ordusunun əsas hücum helikopteri olub, lakin sonradan AH-64 Apaçi ilə əvəz olunub. Lakin modernizasiya olunmuş variantları müxtəlif ölkələrin ordularında istifadə olunmaqdadır. Bell AH-1 SuperCobra ikimotorlu versiyası ABŞ dəniz piyadaları korpusunun əsas hücum helikopterlərindən biri olaraq qalmaqdadır. Ordu xidmətindən çıxarılan AH-1 helikopterləri meşə yanğınlarına qarşı mübarizədə istifadə olunmağa yönəldilib.

Kobra

Mündəricat

Lahiyələndirmə

AH-1 helikopterinin layihələndirilməsi dünyada ən çox istehsal olunmuş helikopterlərdən olan UH-1 Iroquois ilə yaxından bağlıdır. UH-1 hava süvarisi nəzəriyyəsini reallaşdırmağa imkan vermişdi, belə ki yeni taktika ABŞ qüvvələrinin geniş ərazidə çox yüksək dərəcədə mobil olmasını tələb edirdi. Əvvəlkindən fərqli olaraq onlar eyni yerdə dayanıb uzun müddətli döyüş aparmır, mövqe qorumaqla məşğul olmurdular. Əvəzində, UH-1 helikopterləri ilə daşınan qoşunlar bəzi hallarda düşmənə qarşı özlərinin seçdiyi vaxtda və ərazidə döyüş aparırdılar.

Tezliklə aydın oldu ki, silahsız hərbi helikopterlər Şimali Vyetnam və Viet Konqçuların yerdən açdıqları atəşə qarşı müdafiəsiz idilər. Xüsusilə əsgərləri yerə çatdırmaq üçün enmə ərazisində bu helikopterlər çox müdafiəsiz qalırdılar. Artilleriya və quru qoşunlarının atəş dəstəyi olmadan belə helikopterləri qorumağın yeganə yolu havada onu döyüş aviasiyasının müşayiət etməsi, yerə enmə zamanı isə aviasiyanın havada onun üzərində fırlanması idi. 1962-ci ildə artıq döyüş pulemyotları və roketlərlə silahlanmış bir neçə UH-A1-lər müşayiətçi kimi istifadə olunurdular. Amerikanın Vyetnamdakı geniş hərbi əməliyyatları döyüş aviasiyasının tarixində yeni dövrün əsasını qoydu. ABŞ Ordusunun əsas taktikası helikoperlərin istifadəsinə əsaslandığına görə, bu helikopterlərin havadan müdafiəsi həyati rol oynamağa başladı.

Bell şirkəti 1950-ci illərin sonlarından etibarən döyüş helikopterlərini incələməkdə idi və özünün D-255 döüş helikopteri konseptinin maketini hazırlamışdı. 1962-ci ilin iyun ayında Bell şirkəti layihə üçün maliyyə vəsaiti əldə etmək üçün maketi ordu rəsmilərinə təqdim etdi. D-255 UH-1B bazasında qurulmuş hücum helikopteri idi. 1964-cü ildə bu helikopteri nəzərdən keçirən ordu rəsmiləri bu helikopterin bəzi göstəricilərinə heyrətlənsələr də, onun kiçik ölçülü, az gücə malik və praktiki məqsədlərə yaramadığını bildirdilər. 1965-ci ildə Bell yeni dizayn hazırlanması məqsədilə bir milyon dollar vəsaiti bu işə ayırdı. Sürət ötürücüsündə, rotor sistemində, Stabilizasiya Auqmentasiya Nəzarət Sistemində lazımi dəyişikliklər edən Bell şirkəti Model 209-u təqdim etdi. Bu model böyük ölçüdə xarici görünüşünə görə D-255-ə oxşar idi.

Vyetnam müharibəsindəki vəziyyət də Model 209-un xeyrinə işləyirdi. ABŞ qüvvələrinə qarşı hücumlar daha da çoxalırdı, 1965-ci ildə Vyetnamda artıq 50.000 ABŞ hərbçisi var idi. 1965-ci il həm də ordunun hücum helikopteri üçün elan etdiyi tenderin vaxtının son bitmə tarixi idi, lakin proqram texniki çətinliklərə və siyasi çəkişmələrə görə ləngiyirdi. ABŞ ordusu döyüşlər üçün müvəqqəti döyüş helikopterinə ehtiyac duyurdu və buna görə 5 şirkətə müraciət ünvanlamışdı. Şirkətlər orduya beş müxtəlif varianta helikopterlər Boeing-Vertol ACH-47A, Kaman HH-2C Tomahawk, Piasecki 16H Pathfinder, Sikorsky S-61 və Bell 209 təklif etdilər.

Xüsusiyyətləri

AH-1F “Kobra” helikopteri

AH-1F “Kobra”

Ümumi göstəriciləri

  • Ekipaj: 2 nəfər
  • Uzunluğu: 16.1 m
  • Rotorun diametri: 13.6 m
  • Hündürlüyü: 4.12 m
  • Boş çəki: 2,993 kq
  • Maksimum qalxma ağırlığı: 4,500 kq
  • Qanadlar arasında məsafə: 3.15 m
  • Mühərrik: 1 ədəd Lyecoming T53-L-703

Uçuş göstəriciləri

  • Maksimum sürət: 277 km/s
  • Məsafə: 510 km
  • Qalxma yüksəkliyi: 3,720 m
  • Yüksəkliyə qalxma sürəti: 8.2 m/s

Həmçinin bax

  • Bell AH-1 SuperCobra
  • Bell AH-1Z Viper
  • Vikianbar Vikianbarda AH-1 Kobra ilə əlaqəli mediafayllar var.
Silah  Silahlarla əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ah-1 kobra sözünün mənası, ah-1 kobra haqqında məlumat. ah-1 kobra nədir? ah-1 kobra nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    İnqlvud

  • Mart 01, 2026

    Crocidura

  • Fevral 27, 2026

    Tanqutlar

  • Fevral 27, 2026

    Heydelberq Universiteti

  • Mart 06, 2026

    Soşo FK

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst