Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Robert Barani (22 aprel 1876[…], Vyana – 8 aprel 1936[…], Uppsala[d]) - Qulaqdakı vestibulyar aparatın fiziologiya və patologiyası üzərində etdiyi işləri sayəsi

Robert Barani

  • Ana Səhifə
  • Vikipediya
  • Robert Barani

Robert Barani (22 aprel 1876[…], Vyana – 8 aprel 1936[…], Uppsala[d]) - Qulaqdakı vestibulyar aparatın fiziologiya və patologiyası üzərində etdiyi işləri sayəsində 1914-ci ildə Fiziologiya və tibb üzrə Nobel mükafatını alan avstriyalı həkim.

Robert Barani
mac. Róbert Bárány
Doğum tarixi 22 aprel 1876(1876-04-22)[…]
Doğum yeri
  • Vyana, Avstriya-Macarıstan
Vəfat tarixi 8 aprel 1936(1936-04-08)[…] (59 yaşında)
Vəfat yeri
  • Uppsala[d], İsveç
Dəfn yeri
  • Norra beqravninqsplatsen[d]
Elm sahəsi Tibb
Elmi dərəcəsi professor
İş yeri Uppsala Universiteti
Təhsili
  • Vyana Universiteti (–1900)
Üzvlüyü
  • Leopoldin Alman Milli Elmlər Akademiyası
Mükafatları +
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiyası

Barani Avstriyanın Vyana şəhərində anadan olmuşdur. Bir elm adamının qızı olan Maria Hok və bank səlahiyyətlisi və daşınmaz əmlak idarəçisi olan Macar Yəhudi İqnaz Baraninin altı uşağından ən böyüyü idi.

1900-ci ildə Vyana Universitetinin tibb fakültəsindən məzun oldu. Barani Vyanada bir həkim olaraq çalışarkən xəstələrinin baş dönməsini rahatlaşdırmaq üçün onların daxili qulaqlarının içinə maye yeridirdi. Yeridilən maye çox soyuq olduğundan xəstələrində başgicəllənmə və Nistagmus (istəksiz göz hərəkəti) baş verirdi. Mayeni qızdırdıqda isə xəstələrdə tərs istiqamətdə Nistagmus meydana gəldiyini gördü. Barani bu təcrübəsiylə endolinfanın sərin ikən batan və isti ikən yüksələn bir xüsusiyyəti olduğunu və beləcə endolinfanın axın istiqamətinin vestibulyar orqana proprioseptiv siqnalları təmin etməsini təyin etdi. Kaloridən reaksiya olaraq adlandırdığı bu təcrübə ilə müşahidələrinə davam etdi. Etdiyi müşahidələr və araşdırmalar nəticəsində vestibulyar orqan xəstəliklərinin cərrahi müalicəsini mümkün etdi. Barani bununla birlikdə beyincik funksiyası və tarazlıq idarəsinin digər istiqamətlərini də araşdırdı.

Vətəndaş bir cərrah olaraq Birinci Dünya müharibəsi əsnasında Avstriya ordusuna xidmət edərkən rus ordusu tərəfindən əsir alındı. 1914-ci ildə özünə Nobel Mükafatı verildiyində Barani bir rus döyüş düşərgəsində əsirdi. İsveç Şahzadəsi Karl və [Qırmızı Xaç tərəfindən Rusiya ilə həyata keçirilən diplomatik müzakirələr nəticəsində 1916-ci ildə sərbəst buraxıldı. Mükafat mərasiminə 1916-ci ildə qatıla bildi.

1917-ci ildən ölümünə qədər Uppsala Universitetində professor olaraq çalışdı. Uppsalada 60 illik yubileyinə qısa bir müddət qala 1936-ci ildə vəfat etdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, robert barani sözünün mənası, robert barani haqqında məlumat. robert barani nədir? robert barani nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Pepe (futbolçu)

  • Fevral 27, 2026

    Həmərsin

  • Mart 04, 2026

    Vaqif Qarayev

  • Fevral 27, 2026

    Dejnyov burnu

  • Mart 04, 2026

    Müqarna

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst