Teyvaz — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənddir. 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Teyvaz kəndi Milax kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Teyvaz kənd inzibati ərazi dairəsi yaradılmışdır.
| Teyvaz | |
|---|---|
| 39°15′19″ şm. e. 45°46′17″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 1.690 m |
| Saat qurşağı |
|
![]() Teyvaz | |
Tarix və etimologiyası
Kəndin ərazisində Tunc dövrünə aid arxeoloji abidə vardır.
Bəzi tədqiqatçılar qeyd edirlər ki, Teyvaz kəndinin adı qədim türk dilindəki taipa (geniş) və az (vadi) sözlərinin birləşməsindən əmələ gəlib, "böyük suayrıcında, təpəliklər və çaylar arasındakı geniş vadidə salınmış yaşayış yeri" mənasını verir. Teyvaz kəndinin tarixi 6 cı əsrin əvvəllərinə dayanır.
Coğrafi mövqeyi
Dağlıq ərazidə, dəniz səviyyəsindən 1700 m yüksəklikdə yerləşir.
Təbii ehtiyatları
Mineral suları
Kənd ərazisindən xeyli sayda mineral sular çıxır. Bu suların suyu soyuq, azacıq turş, az debitlidir. Müalicə məqsədilə istifadə edilən mineral suların adı Teyvaz oykonimindən istifadə edilərək adlandırılmışdır.
Əhalisi
Əhalisi 324 nəfərdir.
Tanınmış şəxsləri
- Hüseyn Həşimli
- Coşqun Hüseynov 1992-ci il Sədərək döyüşlərində qəhrəmancasına şəhid olub.
- Nihat Seyidov (d.1998 -ö.2020) - 2-ci Qarabağ döyüşlərində iştirak etmiş və Füzuli istiqamətində qəhrəmancasına şəhid olmuşdur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, teyvaz sözünün mənası, teyvaz haqqında məlumat. teyvaz nədir? teyvaz nə deməkdir?
