Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aban – qədim türk mənşəli tayfanın adıdır. Aban sözünün e.ə. VII əsrdə sakların tərkibində qarqarlarla yanaşı gəlmiş tayfanın adı olması elmi ədəbiyyatda diqqət

Aban

  • Ana Səhifə
  • Vikipediya
  • Aban

Aban – qədim türk mənşəli tayfanın adıdır. Aban sözünün e.ə. VII əsrdə sakların tərkibində qarqarlarla yanaşı gəlmiş tayfanın adı olması elmi ədəbiyyatda diqqət mərkəzinə çəkilir

Qarqarların şimal-qərbi Albaniyada hələ qədim dövrdən məskunlaşması barədə e.ə. 65-ci ildə Pompeyin Albaniyaya yürüşü haqqında məlumat verən antik tarixçilər qeyd etmişlər. Onların əsərlərində Albaniya ərazisindəki Avant çayı və onun yaxınlığında Abant əyalətinin olması (Plutarx, Pompey, Dion Kassiy) göstərilmişdir. Moisey Kalankatlı Albaniyada Abant adında iki yaşayış məntəqəsinin olduğunu bildirmişdir.

Q. Qeybullayev yuxarıda qeyd olunan məlumatlara və digər faktlara istinadla belə bir qənatə gəlir ki, Abant/Avant adları abant tayfasının adı ilə bağlıdır və onlar qarqarlarla birgə bu əraziyə gəlmişlər

Mündəricat

Aban sözü ilə bağlı coğrafi adlar

Abant tayfalarının Azərbaycan və Ermənistan ərazisində məskunlaşma tarixi çox qədimdir. Tayfanın dəqiq adı çox güman ki, aban olmuşdur. Sözün sonundakı t səsi cəmlik bildirən –at şəkilçisinin qalığı ola bilər. Ermənistan ərazisində əsasında aban tayfasının adı duran toponimlər qeydə alınmışdır. Həmin toponimlər aşağıdakılardır: ABANA- 1728-ci ildə Irəvan əyalətinin Dərələyəz nahiyəsində kənd adı; ABNIK – 1590-cı ildə Rəvan əyalətinin nahiyələrindən birinin adı; AVAN- İrəvan xanlığının Qırxbulaq mahalında kənd adı; QACARAN – Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd adı. Müasir dövrədək qalmış bu etnotoponimlərin Ermənistan ərazisindəki areal etnotoponimlərdəndir. Abana, Abnik, Avan və Qacaran toponimlərinin tərkib hissəsi olan aran eyni bir əsasdan aban etnonimindən olması faktını qismən açıqlamaq lazım gəlir. Əvvəla, Abana etnotoponiminin tərkibindəki a sonluğu türk dillərinin toponimlərinə xas olan şəkilçidir. Məsələn, Adana (Türkiyə), Astana (Qazaxıstan) və s. Avan və Aban etnonimlərinin eyniliyi isə şübhə doğurmur. Burada v> b əvəzlənməsi özünü göstərir. Qeyd etmək lazımdır ki, Türkiyədə Avanos ("os" yunan mənşəli şəkilçi), Batum əyalətinin Artvin dairəsində Avana, Borçalı qəzasında Oban (132) etnotoponimləri vardır. Yuxarıda hələ qədim dövrdə Albaniya ərazisində bu toponimin qeydə alınması göstərilmişdir. Aban sözünün Urartu dilindəki "ebani" ilə eyniləşdirilməsi şübhə doğurur. "Ebani" çox güman ki, eba- ev, eb, oba sözü ilə səsləşir.

Borçalı qəzasındakı Oban toponimi də bu faktı təsdiqləyir. Avnik etnotoponiminə gəlincə isə onun evnik variantına "Kitabi-Dədə Qorqud" dastanlarında rast gəlinir. Şarafxan Bidlisi XVI əsrdə Anadoluda Avnik qalasının olduğunu göstərmişdir.

Ədəbiyyat

  • Könül Ibrahim qızı Səmədova. Qərbi Azərbaycan-indiki Ermənistan etnotoponimlərinin arealları (monoqrafiya). Bakı, "Nurlan", 2008,- 152 səh.

Həmçinin Bax

  • Türk dili
  • Qərbi Azərbaycan

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, aban sözünün mənası, aban haqqında məlumat. aban nədir? aban nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hüms

  • Mart 01, 2026

    Bixor (judets)

  • Fevral 26, 2026

    URI

  • Fevral 27, 2026

    Denudasiya

  • Fevral 27, 2026

    Çoxməqsədli helikopter

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst