Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fobiya (yunanca φόβος — fobos (qorxu)) — təşviş və qorxu hissləri, həmçinin müxtəlif vegetativ əlamətlərlə müşayiət olunan haldır. Tez-tez müşahidə edilirsə təş

Fobiya

  • Ana Səhifə
  • Vikipediya
  • Fobiya

Fobiya (yunanca φόβος — fobos (qorxu)) — təşviş və qorxu hissləri, həmçinin müxtəlif vegetativ əlamətlərlə müşayiət olunan haldır. Tez-tez müşahidə edilirsə təşviş pozuntuları adlanan müxtəlif növ nevrozlar təzahürü kimi təyin edilir. Fobiya dayanıqlı şəkildə qorxunun yaranmasıdır. Onun çox sayda mənbələri vardır. Çox qəribə fobiyalar vardır: pelidofobiya — keçəllərdən qorxmaq, alektrofobiya — toyuqlardan qorxmaq, triskaidekafobiya — 13 rəqəmindən qorxmaq, fobofobiya — qorxmaq qorxusu və s.

Fobiya
XBT-10-KM F40, F40.9
XBT-9-KM 300.20
OMIM 608251
MedlinePlus 000956
MeSH D010698
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Göstəriciləri - ürək döyünməsi, baş gicəllənməsi, tərləmə, titrəmə, tənginəfəslik, ürək bulanması, əzələlərdə gərginlik, əllərin və ayaqların keyiməsi.

Üç yerə bölünür:

  • 1.Aqorafobiya — küçə, meydan, bazar, teatr, kino, tünel və sair bu kimi yerlərdən qorxurlar. Çox vacib olduqda belə yerlərə ailə və dostları ilə gedirlər.
  • 2.Spesifik fobiya — heyvanlardan (özü də təkcə yırtıcı yox, həm də ev heyvanlarından), yüksəklikdən, qapalı və açıq mühitlərdən, təyyarəyə və liftə minməkdən qorxurlar.
  • 3.Sosial fobiya — daha çox ictimai yerlərdə yeməkdən, danışmaqdan və ya yazmaqdan, həmçinin ictimai nəqliyyatdan istifadə etməkdən, qonaq qəbul etməkdən, əl-ələ görüşməkdən qorxurlar.

Fobiyalar müxtəlif yaşlarda başlaya bilər. Geniş yayılmış əsəb pozuntularıdır: fobiyalardan əhalinin 15-18%-i əziyyət çəkir. Fobiyaların aşkar edilməsində Zanqın özünüqiymətləndirmə təşviş cədvəli istifadə edilir.

Müalicəsi psixoterapiya yolu ilə mümkündür. Bəzən dərman preparatlarının köməyi ilə də müalicə oluna bilirlər.

Fobiyaların siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, fobiya sözünün mənası, fobiya haqqında məlumat. fobiya nədir? fobiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Əbdülməcid (xəlifə)

  • Fevral 27, 2026

    1850-ci illər

  • Fevral 27, 2026

    Kelt dənizi

  • Mart 06, 2026

    Maturidi

  • Fevral 25, 2026

    Yalta konfransı

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst