Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Musa Nəbioğlu (azərb. Musa Nəbi oğlu Çobanov‎; 26 dekabr 1958, Darbaz, Bolnisi rayonu) — "Əməkdar mədəniyyət işçisi" (2015), Azərbaycan Yazıçılar Birliyinin, Az

Musa Nəbioğlu

  • Ana Səhifə
  • Vikipediya
  • Musa Nəbioğlu

Musa Nəbioğlu (azərb. Musa Nəbi oğlu Çobanov‎; 26 dekabr 1958, Darbaz, Bolnisi rayonu) — "Əməkdar mədəniyyət işçisi" (2015), Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü və Azərbaycan Aşıqlar Birliyinin katibi, "Ozan dünyası" jurnalının baş redaktoru.

Musa Nəbioğlu
Musa Nəbi oğlu Çobanov
Doğum adı Musa
Təxəllüsü Nəbioğlu
Doğum tarixi 26 dekabr 1958(1958-12-26) (67 yaş)
Doğum yeri
  • Darbaz, Bolnisi rayonu, Gürcüstan SSR, SSRİ
Milliyyəti Azərbaycanlı
Uşaqları Elşad, Rəşad
Atası Nəbi
Təhsili Azərbaycan Dövlət Pedaqoji İnstitutu
Fəaliyyəti jurnalist, yazıçı
Fəaliyyət illəri 1980 – indi
Əsərlərinin dili Azərbaycanca
Üzvlüyü
  • Azərbaycan Aşıqlar Birliyi,
  • Azərbaycan Yazıçılar Birliyi,
  • Azərbaycan Jurnalistlər Birliyi
Mükafatları Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Musa Nəbioğlu 1958-ci il dekabrın 26-da Borçalı mahalında — Gürcüstan SSR-nin Bolnisi rayonunun Darvaz kəndində anadan olub. 1975-ci ildə həmin kənddəki orta məktəbi, 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (indiki ADPU) bitirib. İnstitutu bitirdikdən sonra Gürcüstan Maarif Nazirliyinin sərəncamına göndərilib və bu nazirliyin təyinatı ilə Zalqa rayonundakı Tecis kənd orta məktəbində müəllim, direktor müavini kimi fəaliyyət göstərib. 1986–1997-ci illərdə pedaqoji fəaliyyətini Darvaz kəndində davam etdirib.

Uzun illərdir ki, həm də jurnalistlik fəaliyyəti məşğul olur. O, pedaqoji fəaliyyətlə yanaşı Gürcüstanda Azərbaycan dilində nəşr olunan qəzetlərlə müntəzəm əməkdaşlıq edib, Gürcüstan Radiosunun Azərbaycan dilində verilişlər redaksiyasında çalışıb.

1997-ci ildən Bakıda yaşayıb fəaliyyət göstərən Musa Nəbioğlu bir sıra mətbuat orqanlarında çalışıb. 2003-cü ildən isə təsisçisi olduğu "Ulu körpü" qəzetinə redaktorluq edib. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Eyni zamanda Azərbaycan Jurnalistlər Birliyinin də üzvüdür.

2009-cu ildən Azərbaycan Aşıqlar Birliyinin katibi, "Ozan dünyası" jurnalının baş redaktorudur.

Mükafat və təltifləri

  • Azərbaycan "Əməkdar mədəniyyət işçisi" — 2015
  • Azərbaycan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı — 03.12.2018

Əsərləri

  1. Lətifələr. Bakı: "Araz", 2001, 68 səh.
  2. Ulu Borçalı: ömrə ömür calayanlar. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" nəşriyyatı, 2002, 352 səh. (M. Sarvanla birlikdə)
  3. Borçalı. Bakı: "Nurlan", 2003, 660 səh. (M. Sarvanla birlikdə)
  4. Buta dünyası. Bakı: "Nurlan", 2004, 230 səh.
  5. Ləkəsiz bir vicdan, böyük bir ürək. Bakı: "Nurlan", 2005, 320 səh. (S. Məmmədovla birlkdə)
  6. Rəfiq Sarıvəlli. Bakı: "Nurlan", 2005, 248 səh. (Ş. İsmayılova ilə birlkdə)
  7. Dəniz qartalı. Bakı: "Nurlan", 2007, 208 səh. (Q. Mansurova ilə birlikdə)
  8. Ömrümüzdən keçən qatar. Bakı: "Nurlan", 2008, 288 səh.
  9. Alışmaqdı Səməndərin peşəsi. Bakı: "Nurlan", 2009, 188 səh.
  10. Haqdan gələn saz. Bakı, "Elm və təhsil", 2009. – 216 səh. (nəşrə hazırlayanı və redaktoru)
  11. Ozan-aşıq dünyası. Bakı: "Nurlan", 2010, 144 səh.(şəkilli), 1000 tiraj.
  12. Sazımız-sazbəndimiz. Bakı: "Elm və təhsil", 2011, 140 səh.(şəkilli), 1200 tiraj. 2016-03-04 at the Wayback Machine
  13. Aşıq Ələsgər. Bakı, "Elm və təhsil", 2012. 280 səh. (Tərtib edəni və nəşrə hazırlayanı)
  14. Xan Kamandar. Bakı, "Elm və təhsil", 2012. 392 səh. (+16 səh. şəkil) (Tərtib edəni və nəşrə hazırlayanı)
  15. Haqdan pay olan Göycə. Bakı, "Elm və təhsil", 2014. 148 səh. (+4 səh. şəkil) (Tərtib edəni və nəşrə hazırlayanı)
  16. "Sözün Zəlimxan zirvəsi". Bakı, "Vətən" nəşriyyatı, 2015, 174 səh. 500 tiraj.
  17. Hüseyn Saraçlı. Bakı, "Elm və təhsil", 2016. 368 səh. (+8 səh. şəkil)
  18. "İnsan əzizlənər eldən gedəndə". Bakı, "Elm və təhsil", 2018, 216 səh. (+ 8 səh. şəkil) 500 tiraj.
  19. "Saza baxsın tariximi yazanlar". Bakı, "Elm və təhsil", 2018, 304 səh. 300 tiraj. ISBN 978-9952-8176-0-7
  20. "Ləyaqət simvolu". Bakı: "Avropa", 2019, 210 səh.
  21. "Borçalı aşıqları". Bakı: "3 saylı Bakı Mətbəəsi", 2020, 352 səh. (Mahmud Kamaloğlu ilə birlkdə)
  22. "Dədə Şəmşirin hikmət dünyası". Bakı, "Elm və təhsil", 2020, 88 səh. (Redaktor: Qəzənfər Paşayev)
  23. "Hidayət Nur — nur parçası". Bakı, "Elm və təhsil", 2021, 228 səh.
  24. Borçalıdan Şuşaya gedən yol. I kitab. Bakı, "Elm və təhsil", 2021, 308 səh.
  25. Borçalıdan Şuşaya gedən yol. II kitab. Bakı, "Bakı Mətbəəsi" ASC, 2023, 228 səh.
  26. "Sazbəndlik sənəti və sazbəndlər". Bakı: "Bakı Mətbəəsi" ASC, 2023, 128 səh.
  27. "Şair Ağacan: ömür yolu, mühiti və sənəti". Bakı: "Bakı Mətbəəsi" ASC, 2023, 192 səh. ISBN 589-968-230-2
  28. Darvaz. Bakı, "Bakı Mətbəəsi" ASC, 2023, 520 səh.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, musa nəbioğlu sözünün mənası, musa nəbioğlu haqqında məlumat. musa nəbioğlu nədir? musa nəbioğlu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 07, 2026

    Zaur Quliyev

  • Fevral 27, 2026

    Horloogiyn Çoybalsan

  • Fevral 23, 2026

    Asma körpü

  • Fevral 23, 2026

    Yelizavetpol quberniyası

  • Mart 06, 2026

    İstintaq

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst