Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zulkifl (ərəb. ذو الكفل‎; e.ə. təxm. 1600?–1400?) — Quranda adı çəkilən İslam peyğəmbərlərindən biri. Yəhudi-xristian mənbələrində İezekil adı ilə tanınır. Misi

Zulkifl

  • Ana Səhifə
  • Vikipediya
  • Zulkifl

Zulkifl (ərəb. ذو الكفل‎; e.ə. təxm. 1600?–1400?) — Quranda adı çəkilən İslam peyğəmbərlərindən biri. Yəhudi-xristian mənbələrində İezekil adı ilə tanınır. Misir fironunun sarayında yaşadığı, Musa peyğəmbərə yardım etdiyi, 75 il yaşadığı və müasir İraq ərazisində vaizlik etdiyinə inanılır. Onun indiki Suriya ərazisində vəfat etdiyi və Türkiyənin Diyarbəkir bölgəsində dəfn edildiyi güman edilir.

Zulkifl məscidi (Xillə, İraq)

Zulkiflin peyğəmbər olmadığına dair bəzi iddialar olsa da, İslam alimləri arasında ümumi qəbul olunmuş fikir onun peyğəmbər olmasıdır. Hazırda İraqın Xillə şəhərində Cəlairilər dövrünə aid Zulkifl məscidi fəaliyyət göstərir.

Zulkifl Quranda

Zulkiflin adı Quranın iki surəsində çəkilir — Ənbiya surəsinin 85-ci ayəsində və Sad surəsinin 48-ci ayəsində.

— (Ya Rəsulum!) İsmaili, İdrisi və Zülkifli də (yad et)! Onların hər biri səbir edən kimsələrdən idi.

— Biz onları mərhəmətimizə qovuşdurduq (peyğəmbər etdik). Onlar, doğrudan da, saleh bəndələrdən idilər.

— Ənbiya surəsi, 85-86-cı ayələr

— (Ya Peyğəmbər!) İsmaili, (İlyasın əmisi oğlu) əl-Yəsəi və Zülkifli də xatırla! Onların hamısı seçilmiş, ən yaxşı kimsələrdəndir!

— Sad surəsi, 48-ci ayə

Adın etimologiyası

Onun Zulkifl adlanması barədə müxtəlif fərziyyələr vardır. Ərəb dilində "Zu" sözü "sahib olan şəxs" mənasındadır, belə ki, Quranda bəzi digər şəxslərin də adında bu söz işlənir. Məsələn, "Zülqərneyn" sözü "2 buynuzu olan şəxs", Yunis peyğəmbərə aid edilən "Zünnun" sözü isə "balığı olan şəxs" mənasını verir. "Qifl" sözü ərəbcə "qoşa" və ya "surət" mənalarına malikdir.

Bu adın "iki taleyi olan adam" mənasını verdiyi fikri daha çox qəbul olunsa da, bəzi din alimləri bu adı "əvəzini ikiqat görən şəxs" şəklində izah edirlər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, zulkifl sözünün mənası, zulkifl haqqında məlumat. zulkifl nədir? zulkifl nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Elxanilər sülaləsi

  • Mart 01, 2026

    Katerina Sakellaropulu

  • Mart 06, 2026

    Pikadilli meydanı

  • Fevral 26, 2026

    Hannover

  • Fevral 27, 2026

    Uzunluq dairəsi

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst