Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Polo — top ilə komanda şəklində oynanılan atüstü idman növü. Oyunçular topu meydançada xüsusi polo taxtası vasitəsilə hərəkət etdirirlər.

Atüstü polo

  • Ana Səhifə
  • Vikipediya
  • Atüstü polo

Polo — top ilə komanda şəklində oynanılan atüstü idman növü. Oyunçular topu meydançada xüsusi polo taxtası vasitəsilə hərəkət etdirirlər.

Polo oyunu

Müasir polo oyununa bənzər qədim çövkən oyunu Şərqdə, o cümlədən də Azərbaycanda çox məşhur idi. XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilmiş, yeni qaydalar əsasında Amerika və Avropa ölkələrində yayılmağa başlamışdır. Məhz ingilislərin təşəbbüsü ilə çövkən oyunu polo adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilmiş, beləliklə, Qərb sivilizasiyasında bu ad təsbit edilmişdir. Parisdə üç ölkənin 5 polo komandası iştirak etmişdir. Növbəti dəfə polo oyunu Olimpiya oyunlarının proqramına 1908-ci ildə Londonda, 1920-ci Antverpendə, 1924-cü Parisdə və 1936-cı ildə Berlində keçirilən Olimpiya oyunlarında oynanılmışdır.

2013-cü ildə Bakıda ilk dəfə olaraq polo üzrə dünya kuboku yarışları keçirildi. Binə atçılıq mərkəzində keçirilən yarışda Azərbaycanla yanaşı ABŞ, Argentina, Böyük Britaniya və digər ölkələrdən olan 8 komanda çempionluq uğrunda mübarizə aparırdı. Polonun adı italyan səyyah Marko Polonun adı ilə bağlıdı. Belə ki, Polo Azərbaycana səfər edərkən insanların at üzərində oynadıqları bu oyunu görür və öz soyadı ilə bu oyunu adlandırır.

Mündəricat

Polo – Qədim İran Idman Növü

Polo (çövkən) dünyanın ən qədim komanda idman növlərindən biridir və kökləri qədim İrana aidir. Bu idman İranda çövkən adı ilə məşhur olub və onun tarixi hətta Əhəməni imperiyası dövrünə (e.ə. 600-cü illərə) qədər uzanır.

Çövkənin İran Tarixində Yeri

Tarixi mənbələr, o cümlədən Firdovsinin "Şahnamə" si və Yunan tarixçisi Ksenofonun əsərləri göstərir ki, çövkən qədim İranda təkcə idman deyil, həm də süvari döyüşçüləri üçün hərbi məşq idi. Sasanilər dövründə (224–651-ci illər) çövkən ən yüksək populyarlığına çatmışdı. Sasani şahları, məsələn, Bəhram Gur və Xosrov Pərviz də çövkən oyunçuları idilər. İslam dövründə də bu idman İran əsilzadələri və hərbçiləri arasında davam etdirilirdi, Səfəvilər dövründə də diqqət mərkəzində qalmışdı.

Həmçinin bax

  • Filüstü polo
  • Su polosu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, atüstü polo sözünün mənası, atüstü polo haqqında məlumat. atüstü polo nədir? atüstü polo nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nyuport

  • Mart 04, 2026

    UXahlamba-Drakensberq parkı

  • Fevral 27, 2026

    Şəlalə

  • Fevral 24, 2026

    Beyrut

  • Mart 06, 2026

    Hindcə

Trend Mahnılar
  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst