Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ruslan Aleksandroviç Polovinko (21 oktyabr 1969, Zmiyov[d], Xarkov vilayəti – 6 avqust 1992, Ağdərə) — Hərbi hava qüvvələrinin leytenantı, Azərbaycanın Milli Qə

Ruslan Polovinko

  • Ana Səhifə
  • Vikipediya
  • Ruslan Polovinko

Ruslan Aleksandroviç Polovinko (21 oktyabr 1969, Zmiyov[d], Xarkov vilayəti – 6 avqust 1992, Ağdərə) — Hərbi hava qüvvələrinin leytenantı, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Ruslan Polovinko
Polovinko Ruslan Aleksandroviç
Şəxsi məlumatlar
Doğum tarixi 21 oktyabr 1969
Doğum yeri Zmiyov, Xarkov vilayəti, Ukrayna SSR
Vəfat tarixi 6 avqust 1992 (22 yaşında)
Vəfat yeri Ağdərə rayonu
Vəfat səbəbi Qəhrəmancasına həlak olub
Dəfn yeri
  • Zmiyov[d]
Vətəndaşlığı
  •  Ukrayna
Hərbi fəaliyyəti
Qoşun növü Hərbi hava qüvvələri
Rütbəsi
Leytenant
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl ulduz" medalı

Mündəricat

Həyatı

Ruslan Polovinko 21 oktyabr 1969-cu il Ukraynanın Xarkov vilayətninin Zmiyev şəhərində anadan olmuşdur. 1987-ci ildə Sızran Ali Hərbi Təyyarəçilər məktəbinə daxil olur. Ali məktəbi bitirdikdən sonra 1991-ci ildə Naxçıvan şəhərində "N" saylı hərbi hissəyə göndərilir. Azərbaycan Hərbi Hava Qüvvələri yaradılanda o, xidmətini Bakı Əlahiddə Vertolyot Eskadrilyasında davam etdirir. Ruslan 1991-ci ildən ermənilərin Qarabağda törətdiklər vəhşiliklərə qarşı əməliyyatlarda iştirak etməyə başladı. Azərbaycanın erməni millətçiləri, faşistləri tərəfindən hücumlara məruz qalması məlum məsələ idi, onlar silahsız günahı olmayan insanları vəhşicəsinə qətlə yetirir, doğma ata-baba yurdlarından deportasiya edirdilər.

Bildiyimiz kimi erməni yaraqlıları bütün bu vəhşilikləri tək deyil, həm də muzdlu qatillərin köməkliyi ilə edirdilər. Ruslan belə muzdluların bir neçə cəsədini ələ keçirməyə müvəffəq oldu. Qubadlı, Laçın, Ağdərə uğrunda gedən döyüşlərdə düşmənin başına od ələyən Səma Qartalları əfsanəvi qəhrəmanlıqlar göstərirdilər. Mİ-24 vertolyotunun heyəti Polovinko Ruslan, Zakir Məcidov, Cavanşir Rəhimov 1992-ci il 6 avqustda döyüşçülərimizin Kasapet yüksəkliyində mühasirəyə düşmələri barədə xəbəri alan kimi havaya qalxdılar. Üç dəfə təhlükəli uçuş edən hava qartalları düşmənin buradakı canlı qüvvəsini və zirehli texnikasını tamamilə məhv etdilər. Onlar yaralılarla yanaşı Şəhidlərimizi də təhlükəli ərazidən çıxara bildilər. Dördüncü uçuş zamanı Mi-24 vertolyotu erməni faşistləri tərəfindən raketlə vuruldu. Vətənimizin cəsur övladları qəhrəmancasına həlak oldular.

Ailəsi

Subay idi.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidenti Əbülfəz Əliyevin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Polovinko Ruslan Aleksandroviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Ukraynanın Xarkov vilayətinin Zmiyev şəhərində dəfn edilib.

İrsi

2016-cı ildə Ukraynanın müstəqil ICTV telekanalı “Faktı” informasiya buraxılışında Viktor Seryogin və Ruslan Polovinkaya süjet həsr edib.

Ədəbiyyat

  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 238.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ruslan polovinko sözünün mənası, ruslan polovinko haqqında məlumat. ruslan polovinko nədir? ruslan polovinko nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Zəlimxan Yandarbiyev

  • Mart 01, 2026

    Padarlar

  • Mart 07, 2026

    Miqrant işçi

  • Fevral 27, 2026

    Hematit

  • Mart 06, 2026

    Azərbaycan təbiəti

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst