II Mehti Tarkovski və ya II Mehti Tərkili (1742 – 1830) — 1797–1830-cu illərdə Tərki şamxalı, 1806–cı ildə Dərbənd xanı və 1800-cü ildən Rusiya İmperiyası general-leytenantı olmuşdur.
| II Mehdi | |
|---|---|
| 1797 – 1830 | |
| Əvvəlki | II Bammat |
| Sonrakı | Süleymanpaşa Tarkovski |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1742 |
| Vəfat tarixi | 1830 (87–88 yaşında) |
| Milliyyəti | qumuq |
| Fəaliyyəti | siyasətçi |
| Atası | II Bammat[d] |
| Həyat yoldaşı | |
| Uşaqları |
|
| Ailəsi | Tarkovskilər |
| Hərbi xidmət | |
| Qoşun növü | süvari |
| Döyüşlər | |
| Rütbəsi | |
Həyatı
1742-ci ildə Tərki şamxalı II Bammatın ailəsində dünyaya gəlmişdir.
Hakimiyyəti
1797-ci ildə imperator I Pavelin fərmanı ilə Mehdi şamxal təyin olunmuşdur. 18 iyun 1800-cü ildə Tərki şəhərində şamxal kimi Rusiya imperatoruna Quran qarşısında and içmiş, 19 iyul tarixində isə general-leytenant rütbəsini almışdır. 10 sentyabr 1806-cı ildə Dərbənd xanlığını idarə etmiş, həmin il imperator I Aleksandr tərəfindən rəsmi olaraq Dərbənd xanı təyin edilmişdir. Bu, Mehdinin Pəricahan xanım ilə evlənməsi və onun Şeyxəli xanın bacısı və xanlığın varisi olması ilə bağlı olmuşdur. 1830-cu ildə Sankt-Peterburqa irs məsələlərini həll etmək üçün səfər etmiş, geri dönərkən vəfat etmişdir.
Ailəsi
1796-cı ildə, rusların Dərbənddə olduğu dövrdə, Mehdi şamxal Quba xanı Fətəli xanın böyük qızı Pəricahan xanım ilə ailə qurmuş və bu evliliyindən iki övladı olmuşdur:
- oğlu — Süleymanpaşa Tarkovski - Tərki şamxallığını atasından sonra miras almışdır.
- qızı — Nuh Bikə.
Sevdyük Bikə adlı xanımından övladları:
- Oğulları — Əbumüslüm (Süleymanpaşadan sonra şamxallığı miras almışdır), Zübeyir.
- Qızı — Aybət Bikə.
Ədəbiyyat
- Mustafazadə, Tofiq. Quba xanlığı (PDF) (az.). Bakı: Elm. 2005. 480 səh.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ii mehdi sözünün mənası, ii mehdi haqqında məlumat. ii mehdi nədir? ii mehdi nə deməkdir?