Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Moz, Mozkənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Abdullauşağı kənd inzibati ərazi dairəsində kənd.

Moz (Kəlbəcər)

  • Ana Səhifə
  • Vikipediya
  • Moz (Kəlbəcər)

Moz, Mozkənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Abdullauşağı kənd inzibati ərazi dairəsində kənd.

Moz
40°04′36″ şm. e. 46°08′18″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.815 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Moz xəritədə
Moz
Moz

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Mündəricat

Tarixi

Moz kəndi Moz çayının sahilində, dağlıq ərazidədir. XIX əsrə aid sənədlərdə kəndin ərazisi qışlaq yeri kimi qeydə alınmişdir. Yaşayış məntəqəsində sonralar indiki Laçın rayonunun Pircan və keçmiş Muncuqlu kəndlərindən köçmüş ailələr məskunlaşmişdir. Yerli məlumata görə, keçmişdə buraya Xaraba Moz deyilirmiş. Kəndin ərazisindəki maddi-mədəniyyət qalıqları burada qədim yaşayış məskəni olduğunu göstərir. Keçmişdə Şərur-Dərələyəz qəzasında Moz adlı kənd və şəhər xarabalıği qeydə ahnmişdir. Tovuz rayonu ərazisində da Moz kəndi mövcud olmuşdur. Antik müəlliflərdən Ptolomeyin (II əsr) "Coğrafi təlimnamə" əsərində Qafqaz Albaniyasi ərazisində Moziata yaşayış məntəqəsinin adi çəkilir. Bəzi tədqiqatçılara görə, toponimin tərkibindəki ata komponenti topoformantdir. Alban tarixgisi Movses Kalankatli Sünlk knyazhginda Mozn mahalının olduğunu qeyd edir. Güman ki, Mozkənd, Moz, Moziata və Mozn toponimləri eyni mənşəlidir. Mənbələrdə moz sözü "çox, çoxlu, dolu", "qələbəlik, şənlik" mənalarında işlənir. Salyan rayonunda "agizbaagiz dolu, silə" mənasında moj sözü da işlənməkdədir.

Kəndin yerləşdiyi ərazidə Mozun dərəsi deyirlər. Moz mozalan sözündən götürülmüşdür. Bu ərazilərdə iribuynuzlu mal-qara saxlamaq üçün çox yaxşı şərait vardır. İsti yay günlərində mozalanlar iribuynuzlu malları sakit olmağa qoymur, onları dişləyirlər. Mallar mozalanların əlindən zinhara gəlirlər, özlərini dəli kimi aparırlar. Bu yerlərə bəzən də "Dəli moz" deyirlər. Kəndin adı buradan götürülmüşdür.

Yaylaqlar

Kosalar yurdu, Qara dananın arxacı yurd, Qara Güllünün yurdu, Kümbəz yurdu, Məntəqə yurdu, Keçinin dərəsi yurd, Bayramqulular yurdu, Eşşək meydanı yurdu, Qazıxanlı yurdu, Xəzinə təpəsinin yurdu, Hacıalılar yurdu, Cilligöl yurdu, Usubvurulanqaya yurdu, Namazın yurdu, Daşağıl yurdu, Səfili yurdu, Gödəkburun yurdu, Baş yurd, Hacı Muradlı yurdu, Allahamanlar yurdu, Qancıq dərəsi yurdu, Qızxanclı yurdu.

Bulaqlar

Büz bulaq, Çınqıl bulaq, Südlü bulaq, Çay bulaq, Novlu bulaq, Mozun bulağı.

Məşhur yerlər

Vəlinin qayası, Cilin düzü, Ağqaya, Kəmərqaya, Gədəuçan qaya, Hacı Həsən qayası, Qancıqdərəsi, Şeytanqayası, Ağşırran, Çaxnaq, Mozundarı, Kümbəzin yanı, Məşədi Həsən xırmanı, Gülalının biçənəyi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, moz (kəlbəcər) sözünün mənası, moz (kəlbəcər) haqqında məlumat. moz (kəlbəcər) nədir? moz (kəlbəcər) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Fərman Nəbiyev

  • Mart 01, 2026

    Sosial veb

  • Fevral 27, 2026

    .nc.tr

  • Fevral 27, 2026

    Atmosfer prosesləri

  • Mart 01, 2026

    Əl-Ədl

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst