Bığlı Hüseyn, Bığlı Hüseyn Saraclı, Bığlı — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Sevan rayonu ərazisində kənd olmuşdur.
| Kənd | |
| Bığlı Hüseyn | |
|---|---|
| |
| 40°37′ şm. e. 44°57′ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Göyçə mahalı |
| Rayon | Sevan rayonu |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı | UTC+4 |
![]() Bığlı Hüseyn | |
Tarixi
Kəndin adı erməni mənbələrində Beqli Hüseyn, Bexlu formalarında da göstərilir.
Kənd Kəvər (Kamo) rayonunun 22 km şimal-qərbində, Göyçə gölünün şimal-qərbində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
1930 - cu ildə Axta (Razdan) rayonunun ərazisinə daxil idi.
Toponim Bığlı Hüseyn antroponimi ilə qazax tayfalarından biri olan saraclı etnonimi əsasında əmələ gəlib «Saraclı tayfasından olan Bığlı Hüseynə mənsub kənd» mənasını bildirir.
Mürəkkəb quruluşlu etnotoponimdir.
Əhalisi
Kənddə 1831-ci ildə 26 nəfər, 1873 - cü ildə 356 nəfər, 1886-cı ildə 505 nəfər, 1897-ci ildə 645 nəfər, 1908-ci ildə 658 nəfər, 1914 - cü ildə 846 nəfər, 1916-cı ildə 768 nəfər yalnız azərbaycanlı yaşamışdır.
1918-ci ildə kəndin sakinləri ermənilər tərəfindən qətlə yetirilmiş və vəhşicəsinə qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sağ qalan sakinləri geri dönmüşdür. 1922-ci ildə burada 53 nəfər təkcə azərbaycanlı yaşamışdır.
1923-25-cı illərdə kənddə olan azərbaycanlılar sıxışdırılaraq çıxarılmış və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, bığlı hüseyn sözünün mənası, bığlı hüseyn haqqında məlumat. bığlı hüseyn nədir? bığlı hüseyn nə deməkdir?

