Beyi (əvvəlki adı: Bəyi) — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Qocalı kənd inzibati ərazi dairəsində kənd. 1 sentyabr 2004-cü il tarixli 727-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Kürdəmir rayonunun Qocalı kənd inzibati ərazi dairəsi tərkibindəki Bəyi kəndi Beyi kəndi adlandırılmışdır.
| Beyi | |
|---|---|
| 40°06′07″ şm. e. 48°13′51″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
![]() Beyi | |
Toponimikası
1917 və 1933-cü illərdə Bəy variantında qeydə alınmışdır. Tədqiqatçıların fikrincə, "bəyə məxsus, bəy mülkü" mənasındadır. Xakas vilayətində Bey, Daşkənddə Bekabad, Türkmənistanda Bekdaş, Penza vilayətində Bekovo adlı yaşayış məntəqələri var.
Tarixi
Coğrafiyası və iqlimi
Kənd Şirvan düzündə yerləşir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1004 nəfər əhali yaşayır.
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, beyi sözünün mənası, beyi haqqında məlumat. beyi nədir? beyi nə deməkdir?
