Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mailə Muradxanlı (tam adı: Muradxanova Mailə Balabəy qızı; 22 oktyabr 1940, Salyan, Salyan rayonu – 12 iyun 2010, Bakı) — tərcüməçi, dramaturq, publisist, Azərb

Mailə Muradxanlı

  • Ana Səhifə
  • Vikipediya
  • Mailə Muradxanlı

Mailə Muradxanlı (tam adı: Muradxanova Mailə Balabəy qızı; 22 oktyabr 1940, Salyan, Salyan rayonu – 12 iyun 2010, Bakı) — tərcüməçi, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988), Azərbaycan Jurnalistlər İttifaqının üzvü (1965), Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı laureatı (1967), Azərbaycanın Əməkdar jurnalisti (1989).

Mailə Muradxanlı
Mailə Balabəy qızı Muradxanlı
Doğum adı Mailə Muradxanova
Doğum tarixi 22 oktyabr 1940
Doğum yeri Salyan, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 12 iyun 2010 (69 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi kəskin leykoz (qan xərçəngi)
Uşağı
  • Elxan Cəfərov
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti jurnalist
Mükafatları "Azərbaycan SSR əməkdar jurnalisti" fəxri adı — 1989"Qızıl qələm" mükafatı — 1967
"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı

Mündəricat

Həyatı

Mailə Muradxanlı 1940-cı il oktyabrın 22-də Salyan şəhərində müəllim ailəsində anadan olmuşdur. 1946-cı ildə ailəliklə Bakıya köçmüşlər. Burada Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbi bitirmişdir (1947-1957). ADU-nun filologiya fakültəsinin jurnalistika bölməsində təhsilini davam etdirmişdir (1957-1962). Əmək fəaliyyətinə təyinatla göndərildiyi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində radionun uşaq verilişləri şöbəsinin kiçik redaktoru kimi başlamış, redaktor (1962-1967), ədəbi dram verilişləri baş redaksiyasında, incəsənət, bədii ədəbiyyat şöbələrində müdir (1967-1972), ədəbi-dram verilişləri baş redaksiyasında baş redaktor vəzifəsində işləmiş (1972-1994), televiziyanın ədəbi dram verilişləri Baş redaksiyasında baş redaktor olmuşdur (1994-2010).

Ədəbi aləmə sovet və xarici ölkə yazıçılarından doğma dilə etdiyi tərcümələri və dövri mətbuatda çıxan oçerkləri ilə daxil olmuşdur (1962). "Azərbaycan", "Azərbaycan qadını" jurnallarında, "Kommunist", "Ədəbiyyat və incəsənət" qəzetlərində müntəzəm çıxış etmişdir. Onun "Qınamayın məni" pyesi Sumqayıtda tamaşaya qoyulmuşdur (1990). Tərcümə etdiyi Əhməd-Əbubəkrin "Dulusçunun hekayəti", Orxan Kamalın "Yad qızı", A.Koşutanın "Vətənə dönmək istəyirəm", Bernard Şounun "Sezar və Kleopatra", Evripidin "İfigeniyalı Avlitdə", Brextin "Kurja ana və ya sərbəst qadın" pyesləri respublikanın dram teatrlarında göstərilmişdir. Ruscadan Azərbaycan dilinə tərcümə olunmuş yüzdən artıq filmin sinxron mətninin müəllifidir. Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə bir neçə pyesi Azərbaycan dilinə çevirmişdir. Azərbaycan radiosunda "Sənətkarlar öz qəhrəmanların arasında" silsilə verilişlərin və həftəlik əyləncəli "Sabahınız xeyir" proqramının ssenari müəllifi olmuşdur. Azərbaycan Jurnalistlər Birliyi İdarə Heyətinın üzvü seçilmişdir. Azərbaycan Jurnalistlər Birliyinin katibi vəzifəsində çalışmışdır (1990-2010). Jurnalistlər heyətinin tərkibində Suriya, Livan (1972), Yunanıstan (1975), Türkiyədə (1980) olmuşdur. Azərbaycan Qadınlar Cəmiyyəti nümayəndələri tərkibində Türkiyədə (1992), İranda (1992) olmuşdur. İstanbulda keçirilən I Azərbaycan konqresində iştirak etmişdir (1990).

Məşhur telejurnalist, "Bakıfilm" kinostudiyasının baş redaktoru, ANS-in "Zərif çərşənbə" verlişinin aparıcısı olan respublikanın əməkdar jurnalisti Mailə Muradxanlı 12 iyun 2010-cu ildə vəfat etmişdir.

  • Aktyor və rejissor Elxan Cəfərovun, jurnalist Lalə Əliyevanın anası və əməkdar artist Gülzar Qurbanovanın qaynanasıdır.

Mükafatları

  • "V.İ.Leninin anadan olmasının yüz illiyi" medalı (1970);
  • Monqolustan Böyük Xalq Xuralının "Dostluq" (1984) medalı.

Əsərləri

Tərcümələri

(rus dilindən)

  1. Enoraud. Uçan boşqablar əhvalatı. Bakı: Gənclik, 1982, 245 səh.
  2. Donat Şayner. Dəcəl. Bakı: Gənclik, 1983, 135 səh.
  3. Paul Maar. Bir həftənin yeddi şənbəsi. Bakı: Gənclik, 1985, 113 səh.
  4. A.İmermanis, Q.Sirulis. "Tabaqo" səmtini dəyişir. Bakı: Gənclik, 1986, 305 səh.

Filmoqrafiya

  1. Bağdada putyovka var... (film, 2000)
  2. Bizim qəribə taleyimiz (film, 2005)
  3. Gəl qohum olaq (film, 2001)
  4. Gəlinlər (film, 2002)
  5. Qaydasız döyüş (film, 2009)
  6. "Qayınana" əməliyyatı (film, 1999)
  7. Qeybdən gələn səs (film, 2002)
  8. Qızlar (film, 2007)
  9. Manqurt (film, 2003)
  10. Məhv olmuş gündəliklər (film, 1999)
  11. Mən sənin dayınam (film, 2001)
  12. Mikayıl Abdullayev (film, 1972)
  13. Münəccimin şagirdi (film, 1983)
  14. Sən həmişə bizimləsən (film, 1997)
  15. Son arzu (film, 2003)
  16. Sonuncu şahid (film, 2004)
  17. Şans (film, 2004)
  18. Şirin bülbül (film, 2000)
  19. Tənha durna uçuşu (film, 2003)
  20. Tərlan Musayeva (film, 1980)
  21. Təzə evlənənlər üçün çətir (film, 1986) (Azərbaycan dilinə tərcümə)
  22. Yaddaş (film, 2010)
  23. Yeni həyat (film, 2005)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mailə muradxanlı sözünün mənası, mailə muradxanlı haqqında məlumat. mailə muradxanlı nədir? mailə muradxanlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qaracaəhməd qəbiristanlığı

  • Fevral 27, 2026

    Qazamat

  • Mart 06, 2026

    Giraffatitan

  • Fevral 27, 2026

    Cervinae

  • Mart 06, 2026

    Vladimir Barvinok

Trend Mahnılar
  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst