Day.az — 2003-cü ildən fəaliyyət göstərən Azərbaycan informasiya saytı. Sayt rus dilində fəaliyyət göstərir. 2009-cu ilin fevral ayına qədər saytın sahibi Anar Məmmədxanov, baş redaktoru Elnur Baimov olub.
| Day.az | |
|---|---|
| URL | Day.az |
| Tipi | informasiya saytı |
| Dilləri | Azərbaycan, Rus |
| Serverin yeri | |
| Sahibi | Anar Məmmədxanov (2003–2009) |
| Açılma tarixi | 2003 |
11 avqust 2008-ci ildə, səhər saatlarında Day.az və "anspress.com" saytlarının informasiya serveri Rusiya xüsusi xidmət orqanlarının təlimatı ilə rus xakerləri tərəfindən dağıdılsa da, axşama yaxın serverlərin işini bərpa etmək mümkün olmuşdur. Xakerlərin məqsədi Rusiya–Gürcüstan müharibəsinə aid informasiya saytlarının bloklanması olub.
2009-cu il fevralın 18-də saytda layihələrin fəaliyyəti dayanıb. Əvvəlcə saytlarda layihənin başa çatması barədə məlumat yerləşdirilsə də, daha sonra layihələrin fevralın 25-də fəaliyyətə başlayacağı barədə məlumat verilib. Lakin fevralın 24-də layihənin satıldığı məlum olub. Saytın təsisçisi Anar Məmmədxanov portalın fəaliyyətinin dayandırılmasını saytın texniki problemlərlə üzləşməsi ilə izah edib.
Həmçinin bax
- Azərbaycan xəbər saytlarının siyahısı
- Trend İnformasiya Agentliyi
- AzerNews
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, day.az sözünün mənası, day.az haqqında məlumat. day.az nədir? day.az nə deməkdir?