Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Himalay sərvi (lat. Cupressus torulosa) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin sərvlər dəstəsinin sərvkimilər fəsiləsinin sərv

Himalay sərvi

  • Ana Səhifə
  • Vikipediya
  • Himalay sərvi

Himalay sərvi (lat. Cupressus torulosa) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin sərvlər dəstəsinin sərvkimilər fəsiləsinin sərv cinsinə aid bitki növü.

Himalay sərvi
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çılpaqtoxumlular
Şöbə:
İynəyarpaqlılar
Sinif:
İynəyarpaqlılar
Yarımsinif:
Sərvlər
Dəstə:
Sərvlər
Fəsilə:
Sərvkimilər
Yarımfəsilə:
Sərvkimilər
Cins:
Sərv
Növ:
Himalay sərvi
Beynəlxalq elmi adı
  • Cupressus torulosa D.Don, 1824
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  822539
NCBI  329091
EOL  1061687

Mündəricat

Arealı

Krım, Qafqaz ın Qara dəniz sahillərində və Mərkəzi Çində təbii halda bitən dekorativ ağacdır. Himalayda və Qərbi Çində dəniz səviyyəsindən 3000 m hündürlükdə meşələr əmələ gətirir.

Botaniki xarakteristikası

Hündürlüyü 25 m-ə qədər olan piramidal formaya, geniş çətirə, sallaq budaqlar malikdir. Yarpaqları pulcuqvarı, tünd-yaşıl rəngdə, parlaqdır, alt tərəfində qatran vəzisi vardır. Qozaları uzunsov-kürəşəkillidir, topa-topa və ya tək-tək yerləşir, uzunluğu 20 mm-ə qədərdir. Oduncağı ətirlidir, tikinti işlərində istifadə edilir. İynəyarpaqlarından və zoğlarından alınan efir yağından çox qədimdən bronxların və ağciyər xəstəliklərinin müalicəsi üçün istifadə edirdilər. müasir təbabətdə sərvin efir yağı soyuqdəymə xəstəliklərində profilaktikası məqsədilə istifadə edilir. Sərv yağının faydalı xüsusiyyətlərindən biri də onun qan dövranı sisteminə və su-yağ mübadiləsinə müsbət təsiridir. Ondan damarların genəlməsində, ayaqların keyləşməsində, babasilin və yaraların müalicəsində ağrıkəsici və antiseptik vasitə kimi istifadə edilir. Buxar distilləsi ilə iynəyarpaqlardan 0,5–0,8 % açıq-qonur rəngli və xoş ətirli efir yağı alınır. Sərvdən alınan efir yağı ayaqların dərisinə sakitləşdirici təsir göstərir və onu sağlamlaşdırır, pis qoxuları və çox tərləməni yorğunluğu aradan qaldırır, şişkinliyi müalicə edir. Bu sərv növü göbələk xəstəliklərinə qarşı mübarizə vasitəsi kimi istifadə edilir. Sərv yağı qızartıya və qıcıqlanmaya həssas olan dəriyə müsbət təsir göstərərək, oradakı məsamələri kiçildir, təmizləyir, partlamış kapilyarları müalicə edir.

Azərbaycanda yayılması

Abşeronda boz-qonur, karbonatlı torpaqlarda, yeni salınan parklarda, bağlarda rast gəlinir və mədəni şəraitdə becərilir. Quru səhra iqlimli şəraitdə zəif böyüyür.

Sinonimləri

Homotipik sinonimləri

  • Cupressus lusitanica subsp. torulosa (D.Don ex Lamb.) Silba & Brian Chen

Heterotipik sinonimləri

  • Athrotaxis joucadan Carrière
  • Cupressus balfouriana W.Bull
  • Cupressus doniana Hook.f.
  • Cupressus karnaliensis Silba
  • Cupressus karnaliensis subsp. mustangensis (Silba) Silba
  • Cupressus karnaliensis var. mustangensis Silba
  • Cupressus lusitanica subsp. kuluensis Silba
  • Cupressus nepalensis Loudon
  • Cupressus pakistanensis Silba
  • Cupressus tortulosa Griff.
  • Cupressus torulosa var. juniperoides Carrière
  • Cupressus torulosa subsp. karnaliensis (Silba) Silba
  • Cupressus torulosa var. microcarpa Carrière
  • Cupressus torulosa var. nana Gordon & Glend.
  • Cupressus torulosa var. tournefortii (Ten.) Carrière
  • Cupressus torulosa var. viridis Carrière
  • Cupressus tournefortii Ten.
  • Juniperus pendula Parl.
  • Thuja curviramea Miq.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, himalay sərvi sözünün mənası, himalay sərvi haqqında məlumat. himalay sərvi nədir? himalay sərvi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dmitri Medvedyev

  • Fevral 27, 2026

    Kütlə

  • Fevral 27, 2026

    Krios (titan)

  • Fevral 24, 2026

    21 sentyabr

  • Fevral 27, 2026

    Holavar

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst