Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xonça — bayramlarda və hər hansı təntənəli mərasimlərdə hazırlanmış hədiyyə topıusudur. Xonçanın işində qiymətli bəzək əşyalarından tutmuş meyvə və şirniyyata q

Xonça

  • Ana Səhifə
  • Vikipediya
  • Xonça

Xonça — bayramlarda və hər hansı təntənəli mərasimlərdə hazırlanmış hədiyyə topıusudur. Xonçanın işində qiymətli bəzək əşyalarından tutmuş meyvə və şirniyyata qədər ola bilər.

Novruz xonçası

Mündəricat

Nişan xonçası

Nişan xonçası — Bir sıra bölgələrimizdə bu xonçaları "rıişanbaxtı / nişanbəxti" adlandırırlar. Nişan — elçilikdən və həridən sonra qızın verilməsinin bəlli edilməsi üçün təşkil edilən mərazismdir. Bu mərasimdə oğlan evindən qız evinə nişan xonçaları gətirilir. Bu xonçalar arasında nişan üzüyü və qırmızı şal yerləşdirilmiş üzük xonçası, paltar xonçası, mövsümə görə meyvə xonçası, şirniyyat və qız adamlarına ayrılmış hədiyyələr olan xonçalar yer alır.

Xonça gətirmə

Xonça gətirmə — Nişandan sonra qız kimin toyuna, şaxına getsə onun adına xonça gətirirlər. Burada qızlar oturur bir tərəfdə. Bu zaman qaynana əlində xonça oynaya – oynaya girir məclisə. Gəlir gəlinin qabağına. Alnından öpüb onu qalxızır və xonçanı qoyur onun yerinə. Qızı oynadır. Bundan sonra baldız, qayın, elti və bəy gəlini oynadırlar.

Ağ xonça

Ağ xonça — Oğlan evində Novruz, Ramazan və digər xalq bayramları şərəfinə tutulub nişanlı qızlara aparılan və və həmin qız evindən oğlan evinə gətirilən xüsusi bayram xonçasının adı. Üstü qırmızı kəlağayı və ya saçaqlı tirməşalla örtülən bu xonçaya səməni qoyar, rəngli şamlar yandırarlarmış. Onun başqa adı "bayram yemişi", "görəlgə", "novruzpayı"dır.

Qənd paşı

Qənd paşı — qədim adətlərimizdən biridir. Qız evinə gedən nişan qablarını boş qaytarmazdılar. Bu qabların içində oğlan evinə qız evindən "qənd paşı" xonçası göndərərdilər. Bu xonçanın içində yağlı şəkərli bişirmələrdən şəkərbura, şəkərçörəyi, alma, fətir və s. qoyulardı. "qənd paşı" xonçasının içində qız evinin qabları olardısa oğlan evi o qabları boş qaytarmazdı. Gərək onun içinə bir dəst parça, bir və ya iki dənə imperial (qızıl pul) qoyub göndərirdilər.

Şirniqabağı xonça

Şirniqabağı xonça — Quba bölgəsində icra olunan xonçaqayıtdı mərasimində oğlan evinin qızgilə gətirdiyi şirni xonçaları əvəzində qız evindən oğlangilə göndərilən xüsusi xonçanın adı. Dörd hədiyyə araxçın, qırmızı ipək yaylıq, tənbəki kisəsi və bir şəkərbağı (şalvara keçirilən uzun qaytan) hazırlayıb, onları dörd nimçə şirniyyatla birlikdə siniyə düzərək üzərini zərli parça, yaxud qələmkar süfrə ilə örtürlər. Bu xonçadakı şəkərbura, şəkərtıxma və bu kimi çörəklərin üstü xüsusi güllərlə naxışlandığı üçün onlara güllü çörək deyilir. Xalq arasında o, daha çox "şirniqabı xonça" adı ilə tanınır.

Novruz xonçası

Bayram süfrəsində bayram xonçasının olması vacibdir. Xonçanın ortasında səməni, hər ailə üzvünə şam, boyadılmış yumurta, paxlava, şəkərbura, şorqoğalı, və bayram çərəzləri qoyulur. Xonçanın içindəkilərin üzərinə buğdadan hazırlanmış qorğa səpilər. Xonçada yer alan hər təamın öz mənası var:

  • Qoğal — günəşin rəmzi
  • Şəkərbura — 15 günlük ayın rəmzi
  • Paxlava — ulduzların bəzi mənbələrə görə qadın rəmzi

Həmçinin bax

  • Azərbaycanın milli toy adətləri
  • Novruz bayramı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, xonça sözünün mənası, xonça haqqında məlumat. xonça nədir? xonça nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İker (nom)

  • Fevral 27, 2026

    Luanda

  • Fevral 24, 2026

    Fonologiya

  • Mart 01, 2026

    Alişa Kiz

  • Fevral 27, 2026

    Bulaqlı (Zəngibasar)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst