Moisey İvanoviç Toidze (gürc. მოსე ივანეს ძე თოიძე) — gürcü rəssamı, SSRİ Rəssamlıq Akademiyasının akademiki (1947), professor, SSRİ xalq rəssamı (1953). Sosialist Əməyi Qəhrəmanı (1932).
| Moisey Toidze | |
|---|---|
| gürc. მოსე ივანეს ძე თოიძე | |
| |
| Doğum tarixi | 21 yanvar (2 fevral) 1871 |
| Doğum yeri | |
| Vəfat tarixi | 17 iyun 1953[…] (82 yaşında) |
| Vəfat yeri | |
| Dəfn yeri | |
| Fəaliyyəti | rəssam, qrafika ustası[d], müəllim |
| Təhsili |
|
| Janr | portret |
| Üzvlüyü |
|
| Mükafatları | |
Həyatı

Moisey Toidze 2 fevral 1871-ci ildə Tiflis şəhərində anadan olmuşdur.
- 1896–1899-cu ildə Sankt-Peterburqdakı İmperator rəssamlıq akademiyasında oxumuş, İlya Repinin şagirdi olmuşdur.
- 1899-cu ildə Tiflisə qayıtmışdır. Xalq məişətindən səhnələr ("Msxetoba", 1899–1901), portretlər (anasının portreti, 1904–1905) çəkmişdir. 1920–1940-cı illərdə əsərlərində sosializm quruluşunu, gürcü xalqının yeni həyatını, Böyük Vətən müharibəsi (1941–1945) hadisələrini əks etdirmişdir ("Xoşbəxt həyat", 1934, "Cəbhədən məktub", 1942, "Qələbə mahnısı", 1948—hamısı Gürcüstan SSR İncəsənət Muzeyindədir, Tbilisi).
- 1930–1953-cü illərdə Tbilisi rəssamlıq akademiyasının professoru olmuşdur. SSRİ xalq rəssamı Uça Caparidze, Gürcüstan SSR xalq rəssamı İrakli Toidze və s. onun şagirdləri olmuşdur.
- Moisey Toidze 17 iyun 1953-cü ildə vəfat etmiş, Tbilisidə dəfn olunmuşdur.
Ailəsi
- Oğlu — 4 dəfə Stalin mükafatı laureatı, Gürcüstan SSR xalq rəssamı İrakli Toidze;
- Qızı — aktrisa Aleksandra Toidze
Xatirəsi
Tbilisidə Moisey Toidzenin ev-muzeyi yaradılıb (Mitrofan Lagidze küçəsi, 3).
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, moisey toidze sözünün mənası, moisey toidze haqqında məlumat. moisey toidze nədir? moisey toidze nə deməkdir?