Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İlham Tumas (tam adı: İlham Əli oğlu Ağayev; d. 1972, Sumqayıt, Azərbaycan SSR) — Azərbaycanlı jurnalist, ssenari müəllifi, rejissor, Birinci Qarabağ müharibəsi

İlham Tumas

  • Ana Səhifə
  • Vikipediya
  • İlham Tumas

İlham Tumas (tam adı: İlham Əli oğlu Ağayev; d. 1972, Sumqayıt, Azərbaycan SSR) — Azərbaycanlı jurnalist, ssenari müəllifi, rejissor, Birinci Qarabağ müharibəsi veteranı, İkinci Qarabağ müharibəsi iştirakçısı. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə Füzuli rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə, "Füzulinin azad olunmasına görə", Müdafiə Nazirinin 30.12.2020-ci il tarixli 0249t saylı əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalları ilə təltif edilib. 2025-ci ildə Azərbaycan Prezidentinin 21 İyul 2025-cil tarixli Sərəncamı ilə Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

İlham Tumas
İlham Əli oğlu Ağayev
Doğum tarixi 19 oktyabr 1972 (53 yaş)
Doğum yeri Sumqayıt, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Təhsili Bakı Dövlət Universiteti
Fəaliyyəti jurnalist
ssenarist
Fəaliyyət illəri 1992-indiyədək

Mündəricat

Həyatı

İlham Tumas 1972-ci il oktyabr ayının 19-da Azərbaycanın Sumqayıt şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin fizika (1990–1992) və Sosial elmlər və psixologiya fakültəsində (1993–1996) təhsil alıb, ixtisasca filosofdur. 1992–1993-cü illərdə könüllü olaraq Birinci Qarabağ müharibəsində iştirak edib.

, N saylı hərbi hissənin tərkibində əlahiddə "Qurtuluş" taborunda Tərtər ətrafında gedən döyüşlərdə iştirak edib. 1996–2000-ci illərdə zabit kimi N saylı hərbi hissədə taqım komandiri, kadrlar və nizami bölmə rəisinin müavini kimi hərbi xidmət keçib, ehtiyatda olan baş leytenantdır.

Hərbidən sonra fasilələrlə Cəmşid Naxçıvanski adına Hərbi Litseydə, Azərbaycan Milli Məclisinin Aparatında işləyib.

Fəaliyyəti

Mətbuatda ilk yazısı 1992-ci ildə "Azərbaycan" qəzetində dərc olunub. Müxtəlif mətbu orqanlarda, o cümlədən, "Avrasiya", "Kino", "Ayna", "Panorama", "Hürriyyət", "Vətəndaş Həmrəyli", "Xural", "Ekspress" qəzetlərində çalışıb. 2008-ci ilin martından 2008-in noyabr ayına qədər "24 Saat" qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Televiziyalarda sənədli filmlər müəllifidir. ANS TV-də Seyid Cəfər Pişəvərinin həyatından bəhs edən "Bir qəzanın tarixçəsi" və Birinci Cümhuriyyət dövrünə dair "Cümhuriyyət qurbanları", AzTV-də "Heydər Əliyevə apologiya", "Naxçıvan həqiqətləri", "Vanqa", "Qorxulu Rasputin", "İvanovka nümunəsi" və digər çoxsaylı sənədli filmlərin müəllifidir. "Salnamə" Sənədli Filmlər Studiyasinda "Təxəllüsü Mixaylo", "Sualtı səltənət" sənədli filmlərinin redaktoru olub. ApaTV-də "İlham Tumasla 40 dəqiqə" müəllif-layihəsinin aparıcısı olub. 2017-ci ildə APA tv-dən ayrılıb. "Gizli tarix", "Dünyanın gizli ocağı: Vatikan", "Casusluq, kəşfiyyat, müharibə tarixindən", "Amansız qətllər", "Dünyanın gizli tarixi: İblislər və mələklər", "Gizli cinayətlər", "Prezidentə sui-qəsd" kitablarının, Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun həyatından bəhs edən "Məbəd döyüşçüləri" romanının müəllifidir.

Filmoqrafiya

Ssenari müəllifi kimi

  1. Yeraltı və yerüstü xəzinə (film, 2007) (qısametrajlı sənədli film)
  2. 114=18.51. 18.51 dəqiqəlik fəlsəfi-eksperimental ballada (film, 2010) (qısametrajlı sənədli film)
  3. Akademik (film, 2010)
  4. 21-ci ilin payızı (film, 2011) (qısametrajlı sənədli film)
  5. Bir qəzanın tarixçəsi (film) (sənədli film)
  6. Cümhuriyyət qurbanları (film) (sənədli film)
  7. Heydər Əliyevə apologiya (film) (sənədli film)
  8. Naxçıvan həqiqətləri (film) (sənədli film)
Unudulmuş Qəhrəman
Çarın sevimli xanı
Türk sevdalısı-Nuru Paşa
İnqilab və ölüm şairi
Napoleonun cangüdəni
Brejnev zamanı, yaxud da zamanın Brejnevi
Sovetin son mogikanı
Gələcəyi görən kor Vanqa
Birinci demokratın ölümü
Kreml fatehi
Divanə və dahi Landau
Reyxin Bakı planı
Hər gecənin gündüzü vardır
Qorxulu Rasputin
Düdəngidən Berlinə gedən yol
Qanlı imperiyanın sonu
Ənvər paşa: mələkmi, iblismi?
Diktatorun sadiq qulları
Çox yorğunam, kapitan!
Novruzun gizli qatarı
Quldur Razinin gizli xəzinəsi
Elvis Presli müamması
114=18.51
Deman yolu, Deman köçü
Sən kimsən, kamikadze?
Qar Adamın sirri
Səfirin ölümü
Tənha gəminin balladası
Əfsanəvi gözəlin xəyanəti
Bir qətlin iki qurbanı
Qərib yurdum-İrəvan
Sadə və qeyri-adi- Volf Messinq
Rixard Zorge
Şirin yalan
Kubalı Don Kixot
Şimşək ömrü
Musiqi imperatotu
Qəhrəmanlıq və eşq dastanı
Prezident gözəli
Şanel əfsanəsi
Qarabağın qalıb generalı
İsthiqlala Azərbaycan yardımı
2012-son, yoxsa başlanğıc?
Yalançı Şmidt əfsanəsi
Məğlubedilməz Lev
Yesenin Bakıda
Zəngəzur Aslanı

Rejissor kimi

  1. 114=18.51. 18.51 dəqiqəlik fəlsəfi-eksperimental ballada (film, 2010) (qısametrajlı sənədli film)
  2. Qəhrəman kənd — Əlibəyli (film, 2013) (qısametrajlı sənədli film)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇lham tumas sözünün mənası, i̇lham tumas haqqında məlumat. i̇lham tumas nədir? i̇lham tumas nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Amitoz

  • Fevral 27, 2026

    Entoni İden

  • Fevral 27, 2026

    E.ə. 150

  • Fevral 27, 2026

    Nana Akufo-Addo

  • Fevral 28, 2026

    İdfu məbədi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst