Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Birhüceyrəli sərbəstyaşayan və ya parazit canlılardır. Bu tipə müxtəlif sərbəstyaşayan növlər, bir sıra parazitlər daxildir. Onların bəziləri insanlarda müxtəli

Euglenozoa

  • Ana Səhifə
  • Vikipediya
  • Euglenozoa
Evqlenozoylar
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Discoba
Tipüstü:
Discicristata
Tip:
Evqlenozoylar
Beynəlxalq elmi adı
  • Euglenozoa Caval.-Sm., 1981
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  33682
EOL  4841

Mündəricat

Ümumi xaraktersitikası

Birhüceyrəli sərbəstyaşayan və ya parazit canlılardır. Bu tipə müxtəlif sərbəstyaşayan növlər, bir sıra parazitlər daxildir. Onların bəziləri insanlarda müxtəlif xəstəliklər yaradır. Orta ölçüləri 15 - 40 mkm, bəzi evqlenlərin uzunluğu 500 mkm-ə çatır. World Register of Marine Species məlumatına görə (2016) bu tip 6 sinifə bölünür: Diplonemea; Euglenoidea; Kinetoplastida; Symbiontida; Calkinicia; Postgaarea. Sinifin tipik nümayəndəsi – Yaşıl evqlena (Euglena viridis) yaşıl qamçılı olub qamçı aparatı vasitəsilə hərəkət edir. Bu zaman evqlen daim öz uzununa oxu ətrafında fırlanarır. Əksər növlər həmçinin metabolik hərəkət metoduna da malikdir. Onlar güclü uzanıb və qısalaraq bədən formalarını dəyişməklə, peristaltik dalğalarla hərəkət edirlər. Hüceyrənin ön hissəsində qamçı cibləri yerləşir. Onun kənarlarında qırmızımtıl ləkələr vardır. Bunlarfotoresptor orqanoidləri – stiqmalardır. Hüceyrənin demək olar ki, bütün həcmi çoxlu sayda yaşıl rəngli xloroplastlardan ibarətdir.

Sayı və çoxalması

Euglenoidea sinfi 1000 növdən çox sərbəstyaşayan və parazitar qamçılıları özündə birləşdirir. Onlar, əsasən, tək-tək nadir hallarda koloniya şəklində yaşayırlar. Hüceyrə 1 və ya 2 qamçıya malik olur. Qamçının daxilində aksonemlərə paralel olaraq xüsusi sitoskelet struktur (paraksial qoşqu) vardır. Heterotrof formalar çox mürəkkəb diferensiasiyaya uğramış hüceyrə ağzına və hüceyrə boğazına (sitosom-faringial kompleks) malik olub binar bölünmə və tumurcuqlama yolu ilə çoxalır.Kinetoplastida sinfinin nümayəndələri bir inkişaf mərhələsindən digərinə keçərkən onların hüceyrə quruluşunun morfoloji xüsusiyyətləri dəyişir, müxtəlif morfoloji formalara malik olurlar. Ona görə də bir növün eyni fərdləri həyat siklinin müxtəlif mərhələlərində fərqli struktura malik olum müxtəlif morflara aid edilirlər (tripomastiqot, epimastiqot, promastiqot, sferomastiqot, amastiqot və s.). Hər bir konkret növün həyat sikli müəyyən morfotiplərin sabit toplusundan ibarət olur. Onlarda 2 ədəd qamçı olur.

Arealı və qidalanması

Şirin sularda yaşayan E. viridis qarışıq qidalanma tipinə (miksotrof) malikdir. Gündüz işıq vaxtı onun enerjiyə olan tələbatı fotosintez vasitəsilə təmin edilir. Günün qaranlıq vaxtı heterotrof qidalanmaya keçərək hazır üzvi maddələrlə qidalanır. Bu zaman xloroplastların rəngi tədricən solur. Kinetoplastida sinfinə aid olan Cryptobia cinsinin nümayəndələri, əsasən, balıq patogenləridir. Bu cinsə aid 52 növ təsvir edilmişdir. Onlardan 40-ı qanda, 7-si bağırsalarda, 5-i isə bədən səthində yaşayır. Xəzər dənizində Trypanosoma, Cryptobia cinslərinə aid 13 ədəd ixtioparazit evqlenozoy təyin edilmişdir İbrahimov Ş., 2012

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, euglenozoa sözünün mənası, euglenozoa haqqında məlumat. euglenozoa nədir? euglenozoa nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Quercus aurea

  • Fevral 27, 2026

    I Mariya

  • Mart 06, 2026

    Robert Barani

  • Mart 04, 2026

    Rövzə

  • Fevral 27, 2026

    Yuxarı Frankoniya

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst