Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hüquq normaları — ümumi xarakter daşıyan, rəsmiləşdirilmiş, davranış qaydalarını müəyyən edən, dövlət tərəfindən qeydə alınmaqla tanınan, zəruri olduqda icrası

Hüquq norması

  • Ana Səhifə
  • Vikipediya
  • Hüquq norması

Hüquq normaları — ümumi xarakter daşıyan, rəsmiləşdirilmiş, davranış qaydalarını müəyyən edən, dövlət tərəfindən qeydə alınmaqla tanınan, zəruri olduqda icrası dövlət məcburiyyət tədbirləri ilə təmin edilən, ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən qaydalardır.

Mündəricat

Hüquq normalarının əlamətləri

Hüquq normalarının aşağıdakı əlamətləri var:

  • insanların davranışını tənzimləyir.
  • ümumi xarakter daşıyır.
  • dövlətlə əlaqəlidir, hüquq normalarını ya dövlət müəyyən edir, ya da dövlətin icazəsi olduqdan sonra tətbiq edilir.
  • rəsmi xarakter daşıyır. Dövlət orqanları tərəfindən aktlarda əks edilməklə rəsmiləşdirilir.
  • sistemlilik. Hüquq normaları bir biri ilə bağlıdır, ziddiyyət təşkil etmirlər.

Hüquq normalarının quruluşu

Bir qayda olaraq, hüquq norması üç hissədən ibarət olur:

Hipotez (əgər…) — hüquq normasının realizəsi, sanksiyanın tətbiqi müəyyən hərəkətinin edilməsi və ya edilməməsi ilə əlaqələndirilir. Məsələn, Cinayət Məcəlləsi normalarında xüsusi hissənin maddələrində əgər cinayət törədilirsə, ağırlaşdırıcı hallar olmaqla cinayət törədilirsə cəzanın tətbiq edilməsi. Təqsirlizlik prezumsiyası və.s

Dispozisiya (yəni…) — konkret hərəkətin edilməsi və ya edilməməsinin qaydası göstərilir. Məsələn, ərizə ilə dövlət orqanına müraciət edilməsinin qaydası.

Dispozisiyanın aşağıdakı növləri var:

  • səlahiyyətverici — konkret hərəkətin edilməsi, edilməməsi səlahiyyəti verilir.
  • qadağanedici — konkret hərəkətin edilməsi, edilməməsi qadağan edilir.
  • vəzifə müəyyənedici — konkret hərəkətin edilməsi, edilməməsi vəzifə kimi subyektin üzərinə qoyulur.

Sanksiya (o halda…) — Hüquq normasının tələblərinin pozulmasına görə məsuliyyət tədbirlərini nəzərdə tutur.

Həmişə bütün hüquq normalarda hər üç element olmur. Məsələn, Konstitusiyanın normalarda yalnız hipoteza və dispozisiya olur.

Hüquq normalarının növləri

Hüquqi qüvvəsinə görə — konstitusiya normaları, qanun normaları və.s

Hüququn sahələrinə görə — mülki hüquq normaları, cinayət hüquq normaları, əmək hüquq normaları və.s

İcra edilməsi tələbinə görə

  • İmperativ — konkret davranış qaydası müəyyən edilir və olduğu kimi icra edilməlidir.
  • Dispozitiv — subyektlərə digər davranış imkanlarıda verir. Məsələn mülki hüquqda qanuna zidd olmayan müddəların müqaviləyə daxil edilməsi.

Davranışın xarakterinə görə — Səlahiyyət verici, qadağan edici, vəzifə müəyyənedici;

Tədbiq edildiyi subyetlərin dairəsinə görə — ümumi və ya müəyyən ərazi, müəyyən kateqoriya şəxslər üçün tətbiqi nəzərdə tutulmuş normalar.

Qüvvədə olma müddətinə görə — müddətsiz və müvvəqəti normalar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, hüquq norması sözünün mənası, hüquq norması haqqında məlumat. hüquq norması nədir? hüquq norması nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    JSON

  • Mart 05, 2026

    Abdulbari Gözəl

  • Mart 01, 2026

    Əhməd Gözəl

  • Fevral 27, 2026

    Militokratiya

  • Fevral 27, 2026

    .sm

Trend Mahnılar
  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst