Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Həmzət Tsadasa (avar. ХӀамзат ЦӀадаса; 9 avqust 1877, Sada[d], Dağıstan MSSR – 11 iyun 1951, Mahaçqala, Dağıstan MSSR, RSFSR, SSRİ) — Avar Sovet şairi və dramat

Həmzət Çadasa

  • Ana Səhifə
  • Vikipediya
  • Həmzət Çadasa

Həmzət Tsadasa (avar. ХӀамзат ЦӀадаса; 9 avqust 1877, Sada[d], Dağıstan MSSR – 11 iyun 1951, Mahaçqala, Dağıstan MSSR, RSFSR, SSRİ) — Avar Sovet şairi və dramaturqu, tərcüməçisi, dövlət xadimi. Dağıstan MSSR-in xalq şairi (1934). İkinci dərəcəli Stalin mükafatı laureatı (1951). Rəsul Həmzətov və Hacı Həmzətovun atası.

Həmzət Tsadasa
ХӀамзат ЦӀадаса
Doğum tarixi 9 avqust 1877(1877-08-09)
Doğum yeri
  • Sada[d], Xunzax rayonu, Dağıstan MSSR, RSFSR
Vəfat tarixi 11 iyun 1951(1951-06-11) (73 yaşında)
Vəfat yeri
  • Mahaçqala, Dağıstan MSSR, RSFSR, SSRİ
Milliyyəti Avar
Uşaqları
  • Rəsul Həmzətov
Fəaliyyəti tərcüməçi, şair, qazı, dramaturq, yazıçı, siyasətçi, uşaq ədəbiyyatı yazıçısı
Əsərlərinin dili Avar dili
Janrlar şeir
İlk əsəri "Əlibəyin iti" şeiri (1891)
Üzvlüyü
  • SSRİ Yazıçılar İttifaqı
Mükafatları "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
"Stalin" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Həmzət Tsadasa 9 (21) avqust 1877-ci ildə Tsada kəndində (indiki Dağıstanın Xunzax rayonu) kasıb bir kəndli ailəsində anadan olmuşdur. Soyadı "Tsadasa" təxəllüsdür və "Tsada" aulunun adından gəlir (Avardan tərcüməsi — "Tsada" dan). Erkən yaşında yetim qalır. Atası Yusipil Maqoma onun 7 yaşında vəfat edir, ardıncada anasının itirir.

Mədrəsədə təhsilini alıb. Üç il doğulduğu Tsada kəndində imam və hakim olur. Sonradan bu titullardan imtina edir. Bir müddət dəmir yolunda çalışır. 1908–1917-ci illərdə əkinçiliklə (taxılçılıq) məşğul olur. 1917–1919-cu illərdə Həmzət Tsadasa Xunzax Şəriət Məhkəməsinin üzvü olur. 1921–1922-ci illərdə ilk şeirlərini çap etdirdiyi "Qırmızı Dağlar" qəzetinin redaktoru vəzifəsində çalışır.

1923–1925-ci illərdə inqilabi şəriət məhkəməsinin sədri olur. 1925–1932-ci illərdə Xunzax Rayon İcraiyyə Komitəsində katib işləyir. 1932–1933-cü illərdə "Qoreç" bölgə qəzeti redaksiyasının katibi vəzifəsində çalışır. 1925-ci ildən Həmzət Tsadasa, Xunzax Rayon İşçi Xalq Deputatları Şurasının daimi deputatı idi. 1934-cü ildən SSRİ Birliyinin üzvüdür. Sovet İttifaqı Yazıçılarının I Qurultayında iştirak edən nümayəndə heyətinin üzvü olur. 1934-cü ildə Dağıstan Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilir. 1950-ci ildən 3-cü çağırış SSRİ Ali Sovetinin deputatı, eyni zamanda ikinci dəfə Dağıstan MSSR Ali Sovetinin deputatı seçilmişdir.

Həmzət Tsadasa 11 iyun 1951-ci ildə Mahaçqalada vəfat edir. Şəhərin mərkəzində dəfn edilir (Rəsul Həmzətov prospekti).

Yaradıcılığı

Yaradıcılıq karyerasının başlanğıcı 1891-ci ilə təsadüf edir ki, onun məhz ilk şeiri "Əlibəyin iti" şeiridir. İctimai ittiham xarakterli əsərlər yaratdı, şeirləri, zarafatları müxtəlif adət normalarına, mollalara, varlılara, qarşı yönəlmişdi.

Oktyabr inqilabından sonra Həmzət Çadasa zəhmətkeş dağlıların yeni həyatının carısı kimi çıxış etdi ("Oktyabr", "8 Martda Yaşlı Qadının Sözü", "Köhnə və Yeni", "Stalin", "İntiqam", "Dağ","Zirvələr" və s.). İlk şeirlər toplusu "Adatların süpürgəsi" 1934-cü ildə nəşr olundu. Elə həmin il "zəhmətkeş dağlıların geniş kütləsi tərəfindən sevilən ən yaşlı şair olaraq" Dağıstanın ilk xalq şairi adını aldı.

Həmzət Çadasa, uşaqlar üçün Avar əfsanələrinin, şeirlərinin və nağıllarının ilk müəllifidir. Müharibə illərindəki mahnıları, həmçinin "Vətən uğrunda" vətənpərvər şeirlər toplusu Dağıstanda populyarlıq qazanıb. Həmzət Çadasa "Ayaqqabıçı", "Döyüşdə görüş" və "Kadalavanın evlənməsi" dram və komediyalarının müəllifidir. Şairin yaradıcılığında əhəmiyyətli yeri nağıllar ("Fil və Qarışqa", "Dovşan və Aslan nağılı" ,"Xəyalpərəst Çoban", "Dilim mənim düşmənimdir") tutur. Ömrünün son illərində "Fəlakətlərin sinəsi", "Döyüşdə görüş", "Xəzina" və digər pyesləri, "Yoldaş Stalini 70 yaşı münasibətilə təbrik edirəm", "Həyatım", "Çoban Əfsanəsi" qələmə almışdı. Şairin yaradıcılığı avar folkloru ilə bağlıdır. Çadasa Sergey Puşkinin əsərlərini avar dilinə tərcümə etmişdir.

1967-ci ildə Çada kəndində Həmzət Çadasa muzeyi açılıb.

Filmoqrafiya

Həmzət Çadasanın nağılları əsasında çəkilmiş cizgi filmləri aşağıdakılardır:

  • Fil və qarışqa (1948)
  • Aslan və Dovşan (1949)

Mükafat və təltifləri

  • "Stalin" mükafatı, ikinci dərəcə (1951) — "Seçilmiş" ("Çoban Nağılı") şeirlər toplusuna görə (1950);
  • "Lenin" ordeni (22.02.1944) — yaradıcılıq fəaliyyətinin 50 illiyi münasibətilə;
  • "Lenin" ordeni (1947) — 70 illik münasibətilə;
  • "Qırmızı əmək bayrağı" ordeni (31.01.1939)
  • "Qafqazın müdafiəsinə görə" medalı
  • "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
  • Dağıstan ASSR xalq şairi (1934)
  • DMSSR Ali Sovetinin Rəyasət Heyətinin fəxri fərmanları

Xatirəsi

  • Dağıstan Respublikasının Qızılyurd şəhərində Həmzət Çadasa adına bir küçə var.
  • 1967-ci ildə Çada kəndində Həmzət Çadasa muzeyi açılıb.
  • Həmzət Çadasa adına Avar Musiqili Dram Teatrı fəaliyyət göstərir.
  • 1970-ci illərdə Dağıstanın Xalq Rəssamı Salavat Salavatov Həmzət Çadasanın bir sıra portretlərini çəkir.

Əsərləri

  • Dağ zirvələri. — M., Sovet yazıçısı, 1947
  • Seçilmiş əsərləri. — M., Sovet yazıçısı, 1950
  • Seçilmiş əsərləri. — M., Sovet yazıçısı, 1951
  • Şeirlər. Nağıllar. Təmsillər. N. Qrebnev, J. Kozlovski, Semyon Lipkin, V. Potapova, Demyan Bedni, S. Obradoviç tərəfindən Avardan tərcümə edilmişdir. Rəssam N. Kaplan.- Dövlət uşaq ədəbiyyatı nəşriyyatı, M., 1952. — 96 s.
  • Seçilmiş əsərlər. — M., Qoslitizdat, 1955.
  • Şeirlər və poemalar.- L., Sovet yazıçısı, 1958. — 304 s., 5.000 nüsxə. (Şairin kitabxanası. Böyük seriya).
  • Seçilmiş əsərlər. — M., Sovet Rusiyası, 1973.
  • Seçilmiş əsərlər. N. Qrebnev, D. Qolubkov, A. Qloba, Ya. Kozlovski, Semyon Lipkin, Yu M. M. Neyman, T. Streşneva, L. Penkovski, V. Kazin, N. S. Tixonov tərəfindən Avardan tərcümə edilmişdir. — M., Bədii ədəbiyyat, 1977 .-- 404 s.
  • Şeirlər və poemalar. — L., Sovet yazıçısı, 1978. — 496 s., 50.000 nüsxə. (Şairin kitabxanası. Kiçik seriya).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, həmzət çadasa sözünün mənası, həmzət çadasa haqqında məlumat. həmzət çadasa nədir? həmzət çadasa nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Rodium

  • Fevral 27, 2026

    Barat Şəkinskaya

  • Mart 06, 2026

    SQL inyeksiyası

  • Fevral 27, 2026

    Qamış

  • Mart 06, 2026

    Vera Lantratova

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst