Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əsərin müəllifi Şafii məzhəbinin banisi olan fəqih Məhəmməd ibn İdris əş-Şafiidir. O, məzhəb banisi olaraq, öz şəxsi görüşlərini şəxsən qələmə alan və kitabları

Kitab əl-Umm

  • Ana Səhifə
  • Vikipediya
  • Kitab əl-Umm

Kitab əl-Umm (ərəb. كتاب الأمّ‎) və ya əl-Umm (ərəb. الأمّ‎) — fiqhi məcmuə.

Kitab əl-Umm
ərəb. كتاب الأمّ‎
Müəllif əş-Şafei
Janr fiqh
Orijinalın dili ərəb dili
Ölkə
  •  Abbasilər xilafəti

Mündəricat

Müəllif

Əsərin müəllifi Şafii məzhəbinin banisi olan fəqih Məhəmməd ibn İdris əş-Şafiidir. O, məzhəb banisi olaraq, öz şəxsi görüşlərini şəxsən qələmə alan və kitabları dövrümüzə qədər gəlib çatan nadir şəxsiyyətlərdəndir.

Əsər

Əsər, Şafiinin Misirdə keçirdiyi son 5 ilinin fiqhi görüşlərini (qövli-cədid və ya məzhəbi-cədid) özündə ehtiva edir. Əsərə məzhəbin əsas ədəbiyyatı olduğu (Umm ərəbcə ana deməkdir) üçün bu ad verilmişdir. "Əl-Umm" adına ilk dəfə yer verən şəxs Beyhəqidir. O, Şafiiyə məxsus olan, 141 (13 üsul və 128 füru) başlıqdan ibarət bir siyahı hazırlamış və "əl-Umm" adı altında furu mövzuları əhatə edən bölmələrin adlarını sadalamışdır. Beyhəqi, təharət, namaz, zəkat, həcc, nikah, talaq, ilə, zihar, lian və nəfəqə bölmələrinin Şafii tərəfindən tələbələrinə yazdırıldığını və bunların Rəbi ibn Süleyman əl-Muradi tərəfindən nəql edildiyini qeyd etmişdir. Dövrün müəlliflik qaydalarına uyğun olaraq Rəbi ibn Süleyman əl-Muradi, "Kitabü Vəsayəl-kəbir, Kitabu Ali və Abdullah, Kitabu İhyail-məvat, Kitabüt-Təam vəş-şərab, Kitabu Zəbaihi Bəni İsrail, Kitabu Qüslil-meyit" adlı bölmələri Şafiidən eşitmə yolu ilə almadığı təqdirdə bunları "qaləş-Şafii" ifadəsi ilə nəql etmiştir. N. Calder, "əl-Umm"un bəzi yerlərində "qaləş-Şafii", bəz yerlərində "qalər-Rəbi", qalan yerlərində isə yalnız "qalə" yazıldığını və bununla da müəllifin müəyyənləşdirilməsinin qeyri-mümkün olduğunu söyləmişdir. O, eyni zamanda bu görüşlərin bütünlüklə sonrakı nəsillər tərəfindən Şafiiyə nisbət edildiyini irəli sürmüşdür. Oxşar ifadələrin Müzəninin "əl-Müxtəsər"ində də olduğunu söyləyən Calder, "əl-Umm"dəki "qalər-Rəbi" ifadələrinin reallıqda Rəbiyə deyil, sonrakı nəsillərə aid olduğunu söyləmişdir. N. Calder həmçinin, Rəbinin önündə Şafiiyə məxsus bir əsər olsaydı, onun birbaşa "qaləş-Şafii" deməli olduğunu söyləmiş və bununla da, yanlış bir yanaşma ilə "əl-Umm"un Şafiiyə məxsusluğunu müzakirə predmetinə çevirmişdir. Əsəri İbn ən-Nədim "əl-Məbsut fil-fiqh" adlandırdığı məlumdur. O, bu əsərin Rəbi ibn Süleyman əl-Muradi ilə Zəfərani tərəfindən rəvayət edildiyini qeyd etmişdir. Bu əsərin mündəricatı "əl-Məbsut"un başqa bir əsər olmadığını sübuta yetirmişdir. Şafii, əsərdə fiqhi biliklərini uğurla əks etdirməyi bacarmış, mövzuları ayə və hədislərlə əsaslandırmağı məharətlə bacarmışdır. O, bu əsərdə nəslərin hökümlərə dəlil olmasını izah etmiş, fərqli ictihadları tənqidi bir yanaşma ilə dəyərləndirmişdir. Onun məsələləri təhlil və əsaslandırmada nümayiş etdirdiyi ustalıq hamı tərəfindən təqdir edilmişdir.

Nəşr

Müxtəlif kitabxanalarda çox sayı əlyazmaları olan "əl-Umm", ilk növbədə Bulaqda nəşr olmuşdur (I–VII, 1321–1326). Uzun uzun müddət Bulaq nəşri təkrarlanmıç, daha sonra müxtəlif nəşrləri həyata keçirilmişdir (nəşr. Məhəmməd Zöhri ən-Nəccar, I–VIII, Qahirə 1961, Beyrut 1973; nəşr. Mahmud Mətraci, I–VIII, Beyrut 1993; nəşr. Əhməd Bədrəddin Həssun, I–XV, Beyrut 1996; nəşr. Əli Məhəmməd və digərləri, I–X, Beyrut 2001; nəşr. Rüfət Fövzi Əbdülmüttalib, I–XI, Mənsurə 2001).

Həmçinin bax

  • Sünni kitablarının siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, kitab əl-umm sözünün mənası, kitab əl-umm haqqında məlumat. kitab əl-umm nədir? kitab əl-umm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Pinophyta

  • Fevral 27, 2026

    Kompüter elmləri

  • Fevral 28, 2026

    Delphinieae

  • Fevral 27, 2026

    Tat dili

  • Fevral 27, 2026

    Berlinqton

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst