Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səadəddin Köpək (ərəb. سعد الدين كوبك بن محمد‎; Konya – 1239, Türkiyə) — Anadolu Səlcuqlu Dövlətinin dövlət xadimi, əmiri və baş memarı olmuşdur. Sultan I Əlaəd

Səadəddin Köpək

  • Ana Səhifə
  • Vikipediya
  • Səadəddin Köpək

Səadəddin Köpək (ərəb. سعد الدين كوبك بن محمد‎; Konya – 1239, Türkiyə) — Anadolu Səlcuqlu Dövlətinin dövlət xadimi, əmiri və baş memarı olmuşdur. Sultan I Əlaəddin Keyqubad və II Qiyasəddin Keyxosrovun dövründə vəzifədə olmuş və dövlət idarəsində mühüm rol oynayaraq böyük söz sahibi olmuşdur.

Səadəddin Köpək
Köpək ibn Məhəmməd
Ləqəbi Səadəddin
Doğum yeri
  • Konya, Rum Səlcuqlu dövləti
Vəfat tarixi 1239(1239)
Vəfat yeri
  • Türkiyə
Milliyyəti türk
Dini İslam
Fəaliyyəti I Əlaəddin Keyqubad
II Qiyasəddin Keyxosrov
Fəaliyyət illəri 1226–1238

Mündəricat

Həyatı

Səadəddin Köpəyin həyatının ilk illəri haqqında tarixi mənbələrdə kifayət qədər məlumat mövcud deyildir. Ancaq atasının və anasının Konyada hörmətli ailələrə mənsub insanlar olması və anasının adının Şahnaz xanım olduğu istiqamətində iddialar mövcuddur. Çox güman ki, özü də Konyada anadan olmuşdur. Əsl adı "Köpək ibn Məhəmməd"dir. Səadəddin ona verilmiş olan ləqəbdir. “Köpək” sözünün o dövrdə türkcədə geniş yayılmış olmasa da, bir ad kimi işlənildiyi, Artuqlu bəyliyində də bir türk bəyinin bu adı daşıdığı və bu adın o dövrdə təhqir mənasında işlənilmədiyi, əksinə "sadiq" mənasında işlənildiyi məlumdur.

O, I Əlaəddin Keyqubadın dövründə əmir vəzifəsində işləmiş və tarixçi İbn Bibi tərəfindən əmir-i şikâr, miniatürçü və memar kimi qeyd edilmişdir. 1226-cı ildə I Əlaəddin Keyqubadın Harput ətrafında Əyyubilərlə apardığı müharibə zamanı Səlcuq ordusunun sol qanadında yerləşmiş olan qüvvələrinə komandanlıq etmişdir. Beyşehir gölü yaxınlığındakı Qubadabad Sarayının memarı olan Köpək, 1235–1236-cı illər arasında Konya və Aksaray şəhərləri arasında yerləşən və müasir dövrümüzə qədər gəlib çatan Zazadin karvansarayını da tikdirmişdir. I Əlaəddin Keyqubadın qəfil ölümündən (1237) sonra onun oğullarının arasında baş vermiş olan taxt-tac uğrunda gedən döyüşlərdə II Qiyasəddin Keyxosrovun tərəfini tutmuş və onun taxta çıxarılmasına şərait yaratmışdır. Səadəddin Köpək, İbn Bibi kimi o zamanın tarixçilərinə görə, I Əlaəddin Keyqubadın zəhərlənməsi və ölümü işlərində, həmçinin də onun qanuni vəliəhdi olan İzzəddin Qılınc Arslanın taxta çıxmasının qarşısının alınmasında mühüm rol oynamışdır.

II Qiyasəddin Keyxosrovun zamanındakı fəaliyyəti və edam edilməsi

Daha sonra dövlət idarəçiliyində kifayət dərəcədə güclənən Səadəddin Köpək özünə və öz hakimiyyətinə təhlükə olaraq gördüyü mühüm dövlət xadimlərini və insanları müxtəlif səbəblərdən öldürməyə başlamışdır. Atabəy Şəmsəddin Altunaba, Tacəddin Pərvanə, naib Kəmaləddin Kamyar kimi mühüm dövlət xadimlərini öldürtdürmüş, Hüsaməddin Kaymeri, Cəlaləddin Karatay kimi dövlət adamlarını isə öz vəzifələrindən uzaqlaşdırmışdır. O, səltənət regentliyi və hamiçilik kimi mühüm dövlət vəzifələrinə irəli çəkilmişdir. Qüdrətini sübut etdirmək üçün Məlikül-Üməra (baş komandan) rütbəsi ilə başladığı yürüş zamanı Əyyubilərin nəzarətində olan Samsat qəsrini və digər bəzi digər qalaları ələ keçirmişdir.

Bütün bu müvəffəqiyyətlərindən sonra gözünü Anadolu Səlcuqlu taxtına dikən və hakimiyyətə gəlməyi fikirləşən Səadəddin Köpək taxt-taca sahib çıxmaq üçün bəzi həll yolları axtarmağa başlamışdır. Köpək bu məsələ ilə əlaqədar olaraq bir çarə fikirləşib tapmışdır: Anası Şahnaz Xatunun bir vaxtlar Sultan I Qiyasəddin Keyxosrovla qeyri-qanuni münasibətdə olduğunu, bu münasibətlər zamanı I Qiyasəddindən iki aylıq hamiləykən hökmdarın başqa bir xanım ilə evləndiyini və bu evlilikdən yeddi ay sonra özünün dünyaya gəldiyini, başqa sözlə, özünün I Qiyasəddin Keyxosrovun qeyri-qanuni övladı olduğunu iddia etmişdir. Buna görə özünü Səlcuqlu şahzadəsi kimi göstərməyə və qəbul etdirməyə çalışan Köpək axırda üsyan etmişdir. Başlanan üsyan zamanı bir çox dövlət xadimi Səadəddin Köpək tərəfindən öldürtdürülmüşdür. Köpəyin gücünün həddindən artıq artmasından narahat olan Sultan II Qiyasəddin Keyxosrov 1238-ci ilin payızında Səadəddin Köpək ilə birlikdə Qubadabad Sarayına gəlir və buradakı ziyafətdən sonra Sivas subaşısı Hüsaməddin Karacanın köməyi ilə Səadəddin Köpəyi öldürtdürür. Səadəddin Köpəyin cəsədi dəmir qəfəsin içinə salınmış və qala divarlarından asılaraq ictimaiyyətə nümayiş etdirilmişdir.

Məşhur mədəniyyətdəki yeri

2014–2019-cu illər arasında TRT 1-də efirə getmiş olan Diriliş "Ərtoğrul" serialında onun obrazı Murat Qaripağaoğlu tərəfindən canlandırılmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, səadəddin köpək sözünün mənası, səadəddin köpək haqqında məlumat. səadəddin köpək nədir? səadəddin köpək nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sarı-qırmızı astrakanta

  • Fevral 27, 2026

    Rəssamlıq

  • Mart 06, 2026

    Co Hart

  • Fevral 27, 2026

    Wi-fi

  • Mart 06, 2026

    İlhamiyyə Rzayeva

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst