Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nəvəvi (ərəb. یحیی بن شرف النووی‎; oktyabr 1233, Nəva[d], Dəra mühafəzəsi – 22 dekabr 1278, Nəva[d], Dəra mühafəzəsi) və ya Əbu Zəkəriyya Yəhya ibn Şərəf ibn Mu

İmam Nəvəvi

  • Ana Səhifə
  • Vikipediya
  • İmam Nəvəvi

Nəvəvi (ərəb. یحیی بن شرف النووی‎; oktyabr 1233, Nəva[d], Dəra mühafəzəsi – 22 dekabr 1278, Nəva[d], Dəra mühafəzəsi) və ya Əbu Zəkəriyya Yəhya ibn Şərəf ibn Muri ən-Nəvəvi — XIII. ərsdə yaşamış müsəlman hədis və fiqh alimi. O heç vaxt ailə həyatı qurmamışdır.

İmam Nəvəvi
ərəb. يحيى بن شرف الحزامي النووي الشافعي‎
Doğum tarixi oktyabr 1233(1233-10)
Doğum yeri
  • Nəva[d], Dəra mühafəzəsi, Suriya
Vəfat tarixi 22 dekabr 1278(1278-12-22) (45 yaşında)
Vəfat yeri
  • Nəva[d], Dəra mühafəzəsi, Suriya
Elm sahələri fiqh, hədis
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiyası

Nəvəvinin özündən başlayaraq geriyə doğru nəsəbi belədir: Yəhyə ibn Şərəf ibn Murri Həsən ibn Hüseyin ibn Nizam ən-Nəvəvidir. Künyəsi Əbu Zəkəriyyə Muhyiddindir. Nəvəvi Şamın şərq tərəfində Havran qəsəbəsində Nəva adlanan yerdə hicrətin 631-ci ili, Məhərrəm ayında dünyaya gəlmişdi. Hələ kiçik yaşlarından dinə və elmə böyük sevgisi və marağı olmuş, buna görə də Qurani-Kərimi əzbərləmişdir. Elm öyrənməkdə atasının böyük rolu olmuşdur.

Nəvəvi Şama gələrək "ər-Rəvahiyyə" adlı mədrəsəyə daxil olur. Bu mədrəsədə elmə olduqca böyük həvəs göstərir. Dörd ayın ərzində "ət-Tənbih" adlı əsəri əzbərləyir, ilin qalan aylarında isə "əl-Mühəzzəb" əsərinin dördə birini öz müəlliminə əzbərdən danışır. Şafii fiqhi və hədis elimi sahəsində təhsilini davam etdirir. Bir tərəfdən dərs verməklə bərabər əl-Əşrəfiyyədəki Darul-Hədisin Məşihət (rektorluq) məqamına yüksəlir.

Nəvəvi rəbbani bir alim olmuşdur. O, dünya həyatında zahid, ağır, təvəzökar, heybətli bir şəxs idi. Allaha itaətdə bir an belə haqq yoldan əyilməzdi, yaxşılığı əmr edib, pislikdən çəkindirərdi. Əmirlərə öyüd-nəsihət verib, Allahın yolunda qınayanın qınamasından qorxmazdı.

Nəvəvi hicrətin 676-cı ilində Rəcəb ayının 24-cü günü Nəvada vəfat etmişdi. Qəbri hələ də bilinməkdədir. Vəfat etdiyi vaxt yaşı 45-ə çatmışdı. Bu az bir ömür ərzində mübarək bir həyat sürmüş, ömrünü ibadət, itaət, öyrənmək və oyrətməklə keçirmişdi. Nəvəvi bilindiyinə görə evlənməmiş dünyasını dəyişmişdi. Çünkü çox kasıb bir həyat sürmüşdü.

Əsərləri

Nəvəvi həyatında olduqca dəyərli əsərlər qələmə almışdır. Bizə gəlib çatan əsərləri bunlardır:

  • "Əl-Minhac fi Şərh Səhih Müslim".
  • "əd-Dəqaiq"
  • "Təhzibul-Əsmai vəl-Lüğət".
  • "Minhəcut-Talibin".
  • "Bustanul-Arifin"
  • "Riyadus-Salehin". Ən məşhur əsəri.
  • "əl-Məqasid". Tövhidə aid əsər.
  • "əl-Mənsurat". Fiqh və fətvalara aid.
  • "Muxtasarut-Tibyən".
  • "Ravlatul-Talibin". Fiqhə aid əsər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇mam nəvəvi sözünün mənası, i̇mam nəvəvi haqqında məlumat. i̇mam nəvəvi nədir? i̇mam nəvəvi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Əfqanıstan qızılbaşları

  • Fevral 26, 2026

    Uluqbəy

  • Mart 01, 2026

    Babilər hərəkatı

  • Fevral 27, 2026

    Müəzzin

  • Fevral 27, 2026

    Nişanlama dili

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst