Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Eysay (栄西?, 15 dekabr 1141, Kaya rayonu[d] – 1 avqust 1215, Kennin məbədi[d]) – yapon buddist keşişi. Zed buddizminin Rinzay sektasını Yaponiyaya gətirmişdir və

Eysay

  • Ana Səhifə
  • Vikipediya
  • Eysay

Eysay (栄西?, 15 dekabr 1141, Kaya rayonu[d] – 1 avqust 1215, Kennin məbədi[d]) – yapon buddist keşişi. Zed buddizminin Rinzay sektasını Yaponiyaya gətirmişdir və onun sayəsində Zen buddizmin müstəqil məktəbi kimi tanınmışdır. Eysay Yaponiyada çayçılığı populyarlaşdıran şəxs kimi də tanınır.

Eysay
yap. 栄西
Doğum tarixi 15 dekabr 1141(1141-12-15)
Doğum yeri
  • Kaya rayonu[d]
Vəfat tarixi 1 avqust 1215(1215-08-01) (73 yaşında)
Vəfat yeri
  • Kennin məbədi[d], Hiqaşiyama rayonu[d], Kioto, Kioto prefekturası, Yaponiya
Dəfn yeri
  • Kennin məbədi[d]
Fəaliyyəti bhikşu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Zen buddizmi

Yaponiyada "kokuşi" (milli müəllim) titulu ilə tanınan Eysay Okayama bölgəsində yaşayan Şinto rahiblərinin ailəsində anadan olmuşdur. Dövrün bir çox rahibi kimi o da Hiei dağında yerləşən Tenday mərkəzində təhsil almışdır. 1168-ci ildə ilk dəfə Çinə səyahət edərək Zen mərkəzlərini ziyarət etmişdir. Gördüklərindən təsirlənən Eysay Zen sektasının Yaponiyada buddizm inancına canlanma gətirəcəyini düşünmüşdür. 1187-ci ildə qitəyə səyahət edərək buddizmin Hindistandakı köklərini araşdırmaq istəmiş, lakin ona Çin sərhədlərini keçməyə icazə verilməmişdir. 1191-ci ilə kimi Çində qalaraq orda buddizmin Rinzay sektasını öyrənmişdir. Yaponiyaya qayıtdıqdan sonra Kyuşu adasında ilk Rinzay məbədi olan Şofuku məbədini tikdirmişdir. Eysay Zen buddizminin digər buddizm təlimlərindən üstün olduğunu elan etməsi Tenday rahiblərinin xoşuna gəlməmiş və onlar yeni sektanı qanunsuz hesab etmişdilər. Lakin şoqun Minamoto Yoriie onu qorumuş və 1202-ci ildə Eysaya Kiotada yerləşən Kennin məbədinin idarəetməsi verilmişdir. Sayço və qismən Niçiren kimi Eysay da bu buddizmi milli rifahla əlaqələndirmiş və "Ölkəni qorumaq üçün Zenin təbliği" (興禅護国論, Kozen qokokuron?) adlı traktatla yaymışdır. Lakin Eysay tez-tez Tenday və Şinqon sektaları ilə üzləşməli olmuşdur. Eysay həmin sektalarla əldə etdiyi razılaşmalar əsasında Kennin məbədini qismən Zen məbədinə çevirmiş, Tenday və Şinqon sektalarının ibadəti üçün də yerlər ayırmışdır. Ölümündən öncə hökumətin sifarişi Kamakurada ölkənin üçüncü Zen məbədi olan Cufuku məbədini tikdirmişdir və hərbi zümrənin Zenlə yaxın münasibəti bu dövrdən başlamışdır.

Çay

Çay ilk dəfə 800-ci ildə buddist keşişlər tərəfindən Çindən Yaponiyaya gətirilsə də, Eysayın dövrünə qədər Yaponiyada çayçılıq geniş yayılmamışdı. 1191-ci ildə Çindən qayıdan Eysay özü ilə gətirdiyi çay toxumlarını Kiotoda əkmişdir. 1214-cü ildə yazdığı "Sağlam və uzunömürlü olmaq üçün çay içmək" (Kissa Yocoki) əsərində çayın əhəmiyyətindən söhbət açmışdır. Çay Zen mediasiyası üçün əhəmiyyətli əlavə idi, çünki yuxululuğa qarşı kömək edirdi.

Ədəbiyyat

  • Encyclopedia of World Biography (5-ci cild) (ingiliscə). Gale. 1998. ISBN 0-7876-2545-0. (#accessdate_missing_url)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, eysay sözünün mənası, eysay haqqında məlumat. eysay nədir? eysay nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sierra Leone

  • Mart 01, 2026

    Jan

  • Mart 01, 2026

    Kumlar

  • Fevral 27, 2026

    Vinisius Junior

  • Mart 02, 2026

    Traxoma

Trend Mahnılar
  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst