Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Böyük Herakleopol (yun. Μεγάλη Ἡρακλέους πόλις) və ya Herakleopolis (yun. Ἡρακλεόπολις, Herakleópolis) - Qədim Misirdə şəhər. Bu ad yunanların verdikləri addır.

Herakleopol

  • Ana Səhifə
  • Vikipediya
  • Herakleopol

Böyük Herakleopol (yun. Μεγάλη Ἡρακλέους πόλις) və ya Herakleopolis (yun. Ἡρακλεόπολις, Herakleópolis) - Qədim Misirdə şəhər. Bu ad yunanların verdikləri addır. Qədim Misirdə şəhər Henen-nesut kimi adlanırdı.

Qədim şəhər
Herakleopol
yun. Μεγάλη Ἡρακλέους πόλις, yun. Ἡρακλεόπολις
Rayon qubernatoru Neferxau və Sat-Baxetep adlı qadının məzarları olan məqbərənin şimal divarındakı barelyefdən bir hissə
Rayon qubernatoru Neferxau və Sat-Baxetep adlı qadının məzarları olan məqbərənin şimal divarındakı barelyefdən bir hissə
29°05′08″ şm. e. 30°56′03″ ş. u.HGYO
Ölkə Qədim Misir
Vilayət Yuxarı Misir
Milli tərkibi qədim misirlilər
Müasir yeri Bəni Suef, Misir
Herakleopol xəritədə
Qırmızı nöqtə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Etimalogiyası

Şəhərin Qədim Misirdə bilinən Henen-nesut, Nen-nesu, Hwt-nen-nesu adları "Firon oğlunun şəhəri" mənasını verir. Sonradan ərəb dilinə Əhnas (ərəb. اهناس‎) şəklində keçib.

Yunancadan olan Herakleopol ismi isə "Heraklın şəhəri" deməkdir. Onu digər eyni adlı şəhərlərdən fərqləndirmək üçün "böyük" ifadəsindən istifadə olunurdu. Dünya tarixində də şəhər məhz bu adla tanınır.

Ümumi məlumat

Herakleopol nomarxları VIII sülalənin hökmranlığı dövründə güclənərək müstəqilləşirlər. Nomarx I Xeti hakim nəsli devirərək taxta oturur. Beləlikdə Herakleopol xanədanının uzun müddətli hakimiyyəti başlayır. Manefon öz yazılarında IX və X sülalənin eyni bir nəsildən olduğunu göstərir. Müasir zamanda da bu fikir arxeoloji qazıntılar nəticəsində təsdiqlənmişdir.

IX və X sülalərin hakimiyyəti zamanı Herakleopol Aşağı Misirin paytaxtına çevrilir. Əlverişli ticarət yollarının üstündə yerləşməsi və bol su ehtiyatı şəhərin inkişafına, böyüməsi və nəticədə Qədim Misirin əsas mərkəzlərindən birinə çevrilməsinə gətirib çıxartdı.

Ancaq Misir birləşdirildikdən sonra Herakleopol əvvəlki əzəmətini itirdi. Tebes şəhəri ön plana çıxdı.

Maraqlı faktlar

  • Qədim Misir inancına görə məhz bu şəhərdə axirət dünyasının tanrısı Osiris və oğlu səma tanrısı Qor padşahlıq taxtına çıxmışlar.
  • Əfsanəyə şəhərdə böyük labirint mövcud olmuşdur və hazırda yerin altında qalmaqdadır. Ancaq arxeoloji axtarışlar bu faktı təsdiq etməmişdir.
  • Bəzi alimlər İncildəki Hanes şəhərini Herakleopolla eyniləşdirirlər.
  • Strabona görə Herakleopol sakinləri manqustları müqəddəsləşdirirdilər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, herakleopol sözünün mənası, herakleopol haqqında məlumat. herakleopol nədir? herakleopol nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Buldoqkimilər

  • Fevral 26, 2026

    Hiroşi Hamaya

  • Fevral 27, 2026

    General-feldmarşal

  • Mart 01, 2026

    Antropin

  • Mart 01, 2026

    Herman Dils

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst