Aralıq Oxçu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd.
| Aralıq Oxçu | |
|---|---|
| Ölkə | |
Tarixi
Oxçu çayı ilə Pirdavdan (Pircavidan) çayının qovuşduğu yerdə, Oxçu kəndinin yanında yerləşmişdir.
Kənd iki çayın (Oxçu və Pirdavdan) çayının arasında salındığı üçün Aralıq Oxçu adlandırılmışdır və «Oxçu çayının arasında yerləşən kənd» deməkdir.
Toponimin I tərəfi «iki yerin arası» mənasında işlənən aralıq sözündən,ll tərəfi türk mənşəli oxçu etnonimindən ibarətdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Əhalisi
Kənddə 1897-ci ildə 148 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar erməni təcavüzü nəticəsində deportasiya olunmuş, kənd ləğv edilmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, aralıq oxçu sözünün mənası, aralıq oxçu haqqında məlumat. aralıq oxçu nədir? aralıq oxçu nə deməkdir?