Samir Xəlil oğlu Zülfüqarov (3 iyul 1976, Ağbaş, Dəvəçi rayonu – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri şəhidi.
| Samir Zülfüqarov | |
|---|---|
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri | Dəvəçi rayonu, Azərbaycan SSR |
| Vəfat tarixi | |
| Vəfat yeri | Bakı, Azərbaycan |
| Dəfn yeri | Dəvəçi rayonu, Azərbaycan |
| Vətəndaşlığı | |
| Hərbi fəaliyyəti | |
| Mənsubiyyəti | Milli Ordu |
| Qoşun növü | quru qoşunları |
| Xidmət illəri | 1994—1995 |
| Rütbəsi | sıravi |
| Döyüşlər | Mart hadisələri |
| Təltifləri | |
Həyatı
Samir Xəlil oğlu Zülfüqarov 3 iyul 1976-cı ildə Dəvəçi rayonunun Ağbaş qəsəbəsində anadan olub. 8-ci sinfə qədər təhsil alıb. Ailə vəziyyəti ağır olduğu üçün, təhsili yarımçıq qoyaraq atası ilə bərabər işləyib, ailələrinə dayaq olub. Subay idi.
1994-cü ilin avqustunda Dəvəçi Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və Milli Ordu sıralarına həqiqi hərbi xidmətə göndərilib.
Xızı rayonunun Yaşma qəsəbəsində yerləşən hərbi hissədə xidmət edib. 1995-ci ilin 12–18 martında baş verən dövlət çevrilişinə cəhd zamanı silahlı dəstələrin zərərsizləşdirilməsi əməliyyatlarına göndərilir. Martın 17-də Nizami rayonunda Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) qərargahının yaxınlığına baş verən silahlı toqquşma zamanı şəhid olub. Dəvəçi rayonunun Ağbaş qəsəbəsində dəfn olunub.
Azərbaycan Prezidenti Heydər Əliyevin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Samir Xəlil oğly Zülfüqarova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, samir zülfüqarov sözünün mənası, samir zülfüqarov haqqında məlumat. samir zülfüqarov nədir? samir zülfüqarov nə deməkdir?
