Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zənzibar sultanlığı (suah. Usultani wa Zanzibar; ərəb. سلطنة زنجبار‎, Sulṭanat Zanjībār) — XIX əsrdən 12 yanvar 1964-cü ilə qədər mövcud olmuş dövlət. 1964-cü i

Zənzibar sultanlığı

  • Ana Səhifə
  • Vikipediya
  • Zənzibar sultanlığı

Zənzibar sultanlığı (suah. Usultani wa Zanzibar; ərəb. سلطنة زنجبار‎, Sulṭanat Zanjībār) — XIX əsrdən 12 yanvar 1964-cü ilə qədər mövcud olmuş dövlət. 1964-cü ildən Tanzaniya Birləşmiş Respublikasının bir hissəsidir.

Tarixi dövlət
Zənzibar sultanlığı
Bayraq Gerb
Bayraq Gerb
19 oktyabr 1856 — 12 yanvar 1964
Paytaxt Zənzibar
Ərazisi
  • 1.651 km²
Əhalisi
  • 300.000 nəf.
İdarəetmə forması mütləq monarxiya, konstitusiyalı monarxiya

Mündəricat

Tarixi

Zənzibar Omandan (Maskat sultanlığı) olan Bu Səidi sülaləsinin kiçik üzvlərinə bir mülk olaraq həkk olunmuşdur. Zənzibar sultanının hakimiyyəti Şərqi Afrika sahillərinə, Ozi çayı üzərindəki Dalqado burnu ilə Kipini arasında, əlavə olaraq Unquca (Zanzibar adası), Pemba və başqa adalara qədər uzanırdı. Aktiv qul ticarəti, həmçinin ədviyyat, fil sümüyü və s. ticarəti var idi. Zənzibarda genişmiqyaslı tikinti prosesi gedirdi.

Oman sultanlarının ən güclüsü olan Səid ibn Sultan 1853-cü ildə fəth edilmiş Şərqi Afrika ərazilərinə nəzarət etmək üçün hətta dövlətin paytaxtını Maskatdan Zənzibara köçürməyi planlaşdırırdı. Buna baxmayaraq, artıq 1861-ci ildə, hafiz Məcid ibn Səidin hakimiyyəti dövründə Zənzibar sultanlığı XIX əsrin əvvəllərindən Şərqi Afrikanı fəal şəkildə kolonizasiya edən britaniyalıların dəstəyi ilə Omandan ayrılmışdı.

XX əsrin birinci yarısında tamamilə Britaniyanın nəzarətində olan Zənzibarda marionet sultan rejimi qurulmuş, lakin formal olaraq Zənzibar yarı müstəqil dövlət qurumu olaraq qalmışdır.

İkinci Dünya müharibəsindən sonra Zənzibarda ingilis və sultan hökmranlığına qarşı mübarizə güclənmişdir.

10 dekabr 1963-cü ildə Zənzibarın dövlət müstəqilliyi elan edilmişdir. Həmin ilin 16 dekabrında yeni dövlət BMT-yə qəbul edilmişdir, lakin artıq 12 yanvar 1964-cü ildə Zənzibarda antifeodal Zənzibar inqilabı baş tutmuş, nəticədə sultan Cəmşid ibn Abdulla taxtdan devrilmişdir. Bir neçə ay ərzində Zənzibarın yeni yaradılmış Tanzaniya dövlətinə daxil olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, zənzibar sultanlığı sözünün mənası, zənzibar sultanlığı haqqında məlumat. zənzibar sultanlığı nədir? zənzibar sultanlığı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    AB

  • Mart 07, 2026

    Vecini

  • Mart 06, 2026

    Türingen Meşəsi

  • Mart 06, 2026

    Mavi Diviziya

  • Fevral 27, 2026

    Arizona şamı

Trend Mahnılar
  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst