Abdulla Heydər oğlu Sofiyev (Avey) (d. 1961, Daş Salahlı, Qazax rayonu, Azərbaycan SSR) — azərbaycanlı alim, Türkiyə Respublikasının İstanbul Ticarət Universitetinin professoru, Türkiyə Milli Nəzəri və Tətbiqi Mexanika Komitəsinin sədr müavini. Tətbiqi mexanika, kompozit materiallar, nanomateriallar və tətbiqi riyaziyyat sahəsində elmi araşdırmalar aparır. 2019-2024-cü illərdə Stanford Universitetinin tərtib etdiyi “Dünyanın ən nüfuzlu alimləri” siyahısına daxil edilib.
| Abdulla Sofiyev (Avey) | |
|---|---|
| Abdulla Heydər oğlu Sofiyev | |
| Digər adı | Abdulla Avey |
| Doğum tarixi | |
| Doğum yeri | Daş Salahlı, Qazax rayonu, Azərbaycan SSR |
| Vətəndaşlığı | |
| Milliyyəti | azərbaycanlı |
| İxtisası | Riyaziyyatçı, mexanika mütəxəssisi |
| Təhsili | Azərbaycan Pedaqoji İnstitutu, Riyaziyyat fakültəsi |
| Fəaliyyəti | alim, professor |
| Fəaliyyət illəri | 1985–indiyədək |
| Elmi dərəcələri | Professor, elmlər doktoru |
| Tanınır | Tətbiqi mexanika, kompozit materiallar, nanomateriallar, tətbiqi riyaziyyat üzrə elmi tədqiqatları |
| Mükafatları | Stanford Universitetinin “Dünyanın ən nüfuzlu alimləri” siyahısı (2019–2024) |
Həyatı
Abdulla Sofiyev 1961-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitutunun “Riyaziyyat” fakültəsini bitirib. 1985–1996-cı illərdə Azərbaycan Texniki Universitetinin “Nəzəri mexanika” kafedrasında aspirant, assistent, baş müəllim və dosent vəzifələrində çalışıb.
1996–2001-ci illərdə Türkiyənin Ondokuz Mayıs Universitetində, 2001–2005-ci illərdə isə Süleyman Dəmirəl Universitetində inşaat mühəndisliyi bölümü, mexanika kafedrasında dosent vəzifəsində işləyib.
Elmi faəliyyəti
Abdulla Sofiyev 2019–2024-cü illərdə Stanford Universitetinin tərtib etdiyi “Dünyanın ən nüfuzlu alimləri” siyahısına daxil edilib. Elsevier nəşriyyatının dəstəyi ilə aparılan bu araşdırmalarda o, həm “Karyeraya təsir”, həm də “İllik təsir” kateqoriyalarında dünyanın 2 faizlik ən nüfuzlu alimləri sırasında göstərilib.
O, 300-dən artıq fundamental elmi məqalənin müəllifidir. Məqalələrinin 200-ə qədəri beynəlxalq nüfuzlu (SCI) jurnallarda dərc olunub. Araşdırmaları mühəndislik, nanomateriallar, kompozitlər, tətbiqi riyaziyyat və fizika sahələrini əhatə edir.
O, həmçinin bir sıra mötəbər elmi jurnalların, o cümlədən Tətbiqi mexanika və Kompozit strukturlar jurnallarının redaksiya heyətinin üzvüdür. 16 magistr və 5 elmlər doktoru yetişdirib.
Abdulla Sofiyev Türkiyənin müxtəlif universitetlərində, Almaniyanın Karlsruhe Universitetinin Texniki Mexanika İnstitutunun layihələrində, həmçinin TUBİTAK və NATO dəstəkli elmi proqramlarda iştirak edib.
Mükafat və nailiyyətləri
"Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu”undan 100 dan çox mükafat almışdır. 2009 vǝ 2014-cü illǝrdǝ Süleyman Dǝmirǝl Universitetindǝ Texnika sahǝsindǝ “Bilim Texnologiya” Birinci Mükafatlarına layiq görülmüştür.
2014-cü ildǝ mötǝbǝr Beynǝlxalg Jurnalların (SCI) ǝn yaxşı 10 openenti arasında yer almışdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, abdulla sofiyev sözünün mənası, abdulla sofiyev haqqında məlumat. abdulla sofiyev nədir? abdulla sofiyev nə deməkdir?