Mandela effekti — yalnız bir və ya bir neçə nəfər deyil, bir çox insanın kollektivcə mövcud məlumatların (fakt, hadisə və ya detallar) tamamilə səhv xatırlaması halı.
Tarixi
2009-cu ildə Fiona Brum keçmiş CAR prezidenti Nelson Mandelanın 1980-ci illərdə həbsxanadakı ölümünü necə xatırlaması haqqında bir konfransda danışırdı. Ancaq Mandela 1980-ci illərdə deyil, 2013-cü ildə vəfat etmişdir. Brum xatirələri haqqında başqalarıyla danışanda məlum oldu ki, Brum tək deyil. Digərlərinin iddialarına görə, Mandelanın 1980-ci illərdə ölüm xəbərini və dul arvadının ölümlə bağlı nitqini xatırlayırlar.
Brum belə əhəmiyyətli bir hadisənin bu qədər geniş auditoriya tərəfindən səhv xatırlanması və olmamış bir hadisə haqqında təfərrüatları ilə danışılmasından şok oldu. Sonralar "Mandela effekti" adını verdiyi bu fenomeni və buna oxşar hadisələri müzakirə etmək və araşdırmaq üçün bir sayt qurdu.
Nümunələr
Ulduz döyüşlərində (Star Wars: Episode V—The Empire Strikes Back (1980)) "Yox, mən sənin atan deyiləm" sözü ümumi olaraq "Luyk, mən sənin atanam" kimi xatırlanır.
Həmçinin bax
- Verter effekti
- Nova effekti
- Mörfi qanunları
- Barnum effekti
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, mandela effekti sözünün mənası, mandela effekti haqqında məlumat. mandela effekti nədir? mandela effekti nə deməkdir?