Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İrqun (ivr. ‏ארגון‏‎; tam adı: ivr. ‏הארגון הצבאי הלאומי בארץ ישראל‏‎ Rom: Hā-ʾIrgun Ha-Tzvaʾī Rom. Ha-Leūmī b-Ērētz Yiśrāʾel, azərb. İsrail Torpaqlarındakı Mil

İrqun

  • Ana Səhifə
  • Vikipediya
  • İrqun

İrqun (ivr. ‏ארגון‏‎; tam adı: ivr. ‏הארגון הצבאי הלאומי בארץ ישראל‏‎ Rom: Hā-ʾIrgun Ha-Tzvaʾī Rom. Ha-Leūmī b-Ērētz Yiśrāʾel, azərb. İsrail Torpaqlarındakı Milli Hərbi Təşkilat‎) — 1931–1958-ci illər arasında Fələstin Mandatından fəaliyyət göstərən sionistlərin paramilitar təşkilatıdır. Bu köhnə və böyük bir yəhudi paramilitar təşkilatı olan Haganahın (ivr. ‏הגנה‏‎, Müdafiə) bir qolu idi. Qrup Haganahdan ayrıldıqdan sonra Haganah Bet (İbranicə: "Müdafiə 'B'" və ya "İkinci Müdafiə", ivr. ‏הגנה ב‏‎), və ya alternativ olaraq haHaganah haLeumit (ivr. ‏ההגנה הלאומית‏‎) ya da Hama'amad (ivr. ‏המעמד‏‎) olaraq tanınmağa başlanmışdır. İrqun üzvləri 1948 Ərəb-İsrail müharibəsinin başlanğıcında İsrail Silahlı Qüvvələrinin tərkibinə daxil edilmişdilər. İrqun eyni zamanda İvritcə hərflərin bir qısaltması və ya IZL qısaltması Etzel (ivr. ‏אצ"ל‏‎) olaraq da bilinir.

İrqun
Loqonun şəkli
Quruluş tarixi 1931
Dağılma tarixi 28 sentyabr 1948
Xələfi İsrail Silahlı Qüvvələri
İdeologiya milliyyətçilik, Sionizm
İdeoloji spektr sağçılıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İrqunun siyasəti Ze'ev Jabotinsky tərəfindən qurulmuş Revizionist sionizmə söykənirdi. Howard Sacharın fikrincə, "Yeni təşkilatın siyasəti Jabotinskynin təlimlərinə söykənirdi: Hər bir yəhudinin Fələstinə girmək hüququ var idi; yalnız aktiv qisas ərəbləri çəkindirəcək; Yalnız yəhudi silahlı qüvvələri yəhudi dövlətinə zəmanət verəcəkdi."

İrqunun ən məşhur əməllərindən ikisi, 22 iyul 1946-cı ildə Qüdsdəki King David Hotelinin bombalanması və 9 aprel 1948-ci ildə Lehi birlikdə həyata keçirilmiş olan Deir Yassin qətliamıdır.

İrqun terror təşkilatı və ya terror aktları həyata keçirən bir təşkilat olaraq görülür. Encyclopædia Britannicaya görə təşkilat xüsusilə "özünün qanunsuz bir işğalçı hesab etdiyi ingilislərə qarşı terror və sui-qəsd aktları həyata keçirmişdir və eyni zamanda anti-ərəb əhval-ruhiyyəli idi." İrqun, Birləşmiş Millətlər Təşkilatı, İngiltərə və ABŞ hökuməti və The New York Times qəzeti, Anqlo-Amerikan İstintaq Komitəsi, 1946-cı il Sionist Konqresi və Yəhudi Agentliyi kimi media qurumları tərəfindən də terror təşkilatı kimi təsvir edilmişdir.

İrqun, bugünkü Likud partiyasının yaranmasına səbəb olan İsrailin sağçı Herut (və ya "Azadlıq") partiyasının siyasi öncülü idi. 1977-ci ildən bəri Likud İsrail hökumətlərinin əksəriyyətinin başında olmuş və ya onların bir hissəsi olmuşdur.

Mündəricat

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇rqun sözünün mənası, i̇rqun haqqında məlumat. i̇rqun nədir? i̇rqun nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Dizə (Culfa)

  • Fevral 25, 2026

    Uzun Həsən

  • Fevral 24, 2026

    Samuray

  • Mart 06, 2026

    Afrodisias

  • Mart 06, 2026

    Sirkə aldehidi

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst