Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zemfira Əliyeva (tam adı: Zemfira Məmmədəli qızı Əliyeva; 25 dekabr 1941, Kirovabad – 16 noyabr 1995, Bakı) — Azərbaycan aktrisası. Azərbaycan SSR xalq artisti

Zemfira Əliyeva

  • Ana Səhifə
  • Vikipediya
  • Zemfira Əliyeva

Zemfira Əliyeva (tam adı: Zemfira Məmmədəli qızı Əliyeva; 25 dekabr 1941, Kirovabad – 16 noyabr 1995, Bakı) — Azərbaycan aktrisası. Azərbaycan SSR xalq artisti

Zemfira Əliyeva
Zemfira Məmmədəli qızı Əliyeva
Doğum tarixi 25 dekabr 1941
Doğum yeri Gəncə, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 26 noyabr 1995 (53 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Vaqif Əsədov
Atası Firuzə Bədirbəyli
Anası Firuzə Bədirbəyli
Fəaliyyəti aktrisa
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1974"Azərbaycan SSR xalq artisti" fəxri adı — 19821982

Mündəricat

Həyatı

Zemfira Əliyeva 25 dekabr 1941-ci ildə Gəncə şəhərində doğulub. Anası Firuzə Bədirbəyli Gəncə DDT-nin aktrisası olub. Kiçik yaşlarından teatrın tamaşalarında uşaq rollarını oynayıb. 17 yaşında ona Cəfər Cabbarlının "Solğun çiçəklər" melodramasında Sara rolu tapşırılıb. Bundan sonra aktrisa teatra götürülüb və qısa müddətdə Səməd Vurğunun "Vaqif" (Gülnar), Viktor Rozovun "Sabahın xeyir" (Liza), Evripidin "Medeya" (Medeya), Əfqan Əsgərovun "Qız atası" (Məryəm) əsərlərinin tamaşalarında mürəkkəb rollar oynayıb. Bir neçə televiziya tamaşasında və filmdə rol alıb.

Zemfira Əliyeva 1972-ci ildə Naxçıvan DMDT-nin truppasına daxil olub. Bu teatrda qazandığı sənətkarlıq nailiyyətlərinə görə 1 iyun 1974-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti və 1 dekabr 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif edilib. Aktrisa 1988–1995-ci illərdə Akademik Milli Dram Teatrında işləyib. 26 noyabr 1995-ci ildə Bakıda vəfat edib.

Xalq artisti, rejissor Vaqif Əsədovun həyat yoldaşı olub.

Mükafatları

  • Azərbaycan SSR xalq artisti — 01.12.1982

Əsas rolları

Naxçıvan DMDT

  1. Almaz (Cəfər Cabbarlı) — Almaz
  2. Solğun çiçəklər (C. Cabbarlı) — Sara
  3. Oqtay Eloğlu (C. Cabbarlı) — Firəngiz
  4. Yaşar (C. Cabbarlı) — Yaqut
  5. Ana (H. Cavid) — Səlma
  6. Şeyda (H. Cavid) — Roza
  7. Şeyx Sənan (H. Cavid) — Xumar
  8. Uçurum (H. Cavid) — Anjel
  9. Hacı Qara (M. F. Axundzadə) — Sona
  10. Yağışdan sonra (B. Vahabzadə) — Reyhan
  11. Sənsiz (Ş. Qurbanov) — Maral
  12. Mənim nəğməkar bibim (Ə. Əylisli) — Mədinə
  13. Bir cüt bədmüşk ağacı (Ə. Əylisli) — Azadə
  14. Dəli yığıncağı (C. Məmmədquluzadə) — Pırpız Sona
  15. Toy (Sabit Rəhman) — Zinyət
  16. Bəxt üzüyü (V. Səmədoğlu) — Söylü
  17. Unuda bilmirəm (İ. Əfəndiyev) — Nərmin
  18. Məhv olmuş gündəliklər (İ. Əfəndiyev) — Anjel
  19. Tülkü və üzüm (G. Fiqeyredu) — Kleya
  20. Laçın yuvası (S. S. Axundov) — Pəricahan
  21. Eşq və intiqam (S. S. Axundov) — Zöhrə
  22. Bayramın birinci günü (N. Hikmət) — Zəhra
  23. Elektra (Sofokl) — Elektra
  24. Yenə o bağ olaydı… (M. Müşfiq) — Dilbər
  25. Siz xoşbəxt yaşayın (Ə. Yusifli) — Vəfa

Filmoqrafiya

  1. Böyük dayaq (film, 1962) — rol: Pərişan
  2. Doğma sahillər (film, 1989)
  3. Gedərsən bizə… (film, 1990)
  4. Yad qızı (film, 1990)
  5. Qəzəlxan (film, 1991)
  6. Pəncərə (film, 1991)
  7. Mənim ağ şəhərim (film, 1993)
  8. İtkin gəlin (film, 1994)
  9. Yurd yeri
  10. Güllələnmə təxirə salınır!... (film, 2002)
  11. Manas

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, zemfira əliyeva sözünün mənası, zemfira əliyeva haqqında məlumat. zemfira əliyeva nədir? zemfira əliyeva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Butlerov reaksiyası

  • Fevral 27, 2026

    Qadiriyyə

  • Mart 06, 2026

    Adi qarqar

  • Mart 01, 2026

    Mili Balakiryev

  • Mart 01, 2026

    Abwehr

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst