Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ambaras məscidi, Mir Cəfər Ağa məscidi və ya Yuxarı Ambaras məscidi— Azərbaycanda Ordubad şəhərində yerləşən XVII əsrə aid məscid və tarix-memarlıq abidəsi.

Ambaras məscidi

  • Ana Səhifə
  • Vikipediya
  • Ambaras məscidi

Ambaras məscidi, Mir Cəfər Ağa məscidi və ya Yuxarı Ambaras məscidi— Azərbaycanda Ordubad şəhərində yerləşən XVII əsrə aid məscid və tarix-memarlıq abidəsi.

Ambaras məscidi
Ölkə  Azərbaycan
Yerləşir Ordubad
Aidiyyəti Ordubad Dövlət Tarix-Memarlıq Qoruğu
Üslubu Naxçıvan-Marağa memarlıq məktəbi, İslam memarlığı
Vəziyyəti qəzalı
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli
38°54′49″ şm. e. 46°01′11″ ş. u.HGYO
Xəritə
Ambaras məscidi (Azərbaycan)
Nöqtə
Ambaras məscidi

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 21 noyabr tarixli 98 nömrəli qərarı ilə Ambaras məscidi ölkə əhəmiyyətli memarlıq abidələri siyahısına salınıb. "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşir.

Mündəricat

Haqqında

Yuxarı Ambaras məscidi Ordubad şəhərinin Ambaras məhəlləsində yerləşir. Məscidin dəqiq inşa tarixi bilinmir. XIX əsrdə məscid təmir olunarkən tavanında, taxta üzərində qara rənglə yazılmış kitabə qoyulub. Bu kitabədə bunlar yazılıb:

" Ya Məhəmməd! Ya Əli! Ağa Mirzə Cəfər məscidini Ağababanın oğlu mərhum, mərifətli Cəfərqulu 1284-cü il tarixdə (05.05.1867-23.04.1868-ci il) təmir etdirdi. "

Kitabəyə əsasən məscidin XIX əsrdə "Ağa Mirzə Cəfər məscidi" adlandığı məlum olur. Plan quruluşunun həlli, fasad hissələrinin qurulmasında tətbiq olunan memarlıq kompozisiyası üsulları məscidin XVII–XVIII əsrlərdə tikildiyini göstərir. Ehtimal olunur ki, məscidi XVII əsrdə Ağa Mirzə Cəfər adlı şəxs tikdirib. Buna görə də məscid həm də "Ağa Mirzə Cəfər" və "Mir Cəfər Ağa" məscidi kimi adlandırılır.

Naxçıvan-Marağa memarlıq məktəbinə aid edilən məscid düzbucaqlı formadadır. Fasadı dəmir və kərpiclə, içərisi isə daş və kərpiclə işlənib. Tavanı altı sütun üzərində dayanır. Pəncərə və qapıları şəbəkəlidir. İkinci mərtəbəsi qadınların ibadəti üçün ayrılıb.

Sovet işğalında

Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi. Yuxarı Ambaras məscidi də bu dövrdə fəaliyyətini dayandırıb.

Müstəqillikdən sonra

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 21 noyabr tarixli 98 nömrəli qərarı ilə Ambaras məscidi ölkə əhəmiyyətli memarlıq abidələri siyahısına salınıb.

2024-cü ildə burada "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb. Ordubad rayonunda yerləşən 299 abidənin 200-dən çoxu, o cümlədən də Yuxarı Ambaras məscidi qoruğun ərazisində yerləşir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ambaras məscidi sözünün mənası, ambaras məscidi haqqında məlumat. ambaras məscidi nədir? ambaras məscidi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İfrat axıcılıq

  • Fevral 27, 2026

    Uğurlu Məhəmməd

  • Mart 07, 2026

    Buddleja bullata

  • Fevral 27, 2026

    Şahrux bəy

  • Mart 06, 2026

    Qeyb Nyuell

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst