Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Valeri Vladimiroviç Belenki (rus. Валерий Владимирович Беленький; 5 sentyabr 1969, Bakı) — SSRİ, Azərbaycan və Almaniyanı təmsil etmiş keçmiş gimnast. XXV Yay O

Valeri Belenki

  • Ana Səhifə
  • Vikipediya
  • Valeri Belenki

Valeri Vladimiroviç Belenki (rus. Валерий Владимирович Беленький; 5 sentyabr 1969, Bakı) — SSRİ, Azərbaycan və Almaniyanı təmsil etmiş keçmiş gimnast. XXV Yay Olimpiya Oyunlarının qızıl və bürünc mükafatçısı, dördqat dünya çempionu. Valeri Belenkinin adı 2013-cü ildə Beynəlxalq Yəhudi İdman Şöhrət Zalına, 2015-ci ildə isə Beynəlxalq Gimnastika Şöhrət Zalına daxil edilib.

Valeri Belenki
Şəxsi məlumatlar
Doğum tarixi 5 sentyabr 1969(1969-09-05) (56 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Boyu 1.63 sm
Gimnastika karyerası
Təmsil etdiyi ölkə
  •  SSRİ
  •  Azərbaycan
  •  Almaniya Federativ Respublikası
Gimnastika növü İdman gimnastikası
Klublar Silahlı qüvvələr (Bakı)
WKTV (Ştutqart)
Medallar
Olimpiya Oyunları
Qızıl 1992 Barselonakomanda
Bürünc 1992 Barselonaçoxnövçülük
Dünya çempionatı
Qızıl 1989 Ştutqartkomanda
Qızıl 1991 İndianapoliskomanda
Qızıl 1991 İndianapolisat üzərində
Bürünc 1992 Parisqollarda
Bürünc 1993 Birminhemqollarda
Bürünc 1994 Brisbenhalqalarda
Qızıl 1997 Lozannaat üzərində
Avropa çempionatı
Gümüş 1998 Sankt-Peterburqat üzərində
Bürünc 1998 Sankt-Peterburqkomanda
Fəxri idman adları
SSRİ əməkdar idman ustası — 1991

Mündəricat

İdmançı karyerası

Valeri Belenki 5 sentyabr 1969-cu ildə Bakıda yəhudi ailəsində anadan olub. Gimnastikaya nisbətən gec, 10 yaşında başlayıb. İlk məşqçisi Aleksey Arekov olub.

14 yaşında olarkən SSRİ yığmasına dəvət edilib. 1989-cu ildə SSRİ yığmasının tərkibində dünya çempionu adını qazanıb. Bir il sonra ABŞ-nin Sietl şəhərində keçirilmiş Xoş Məramlı Oyunlarda qollarda və halqalarda qızıl, at üzərində və sərbəst hərəkətlərdə gümüş, dayaqlı tullanmada isə bürünc medala sahib çıxıb. 1991-ci il dünya çempionatında SSRİ yığmasının tərkibində komanda hesabında və at üzərində hərəkətlərdə qızıl medal qazanıb. 1992-ci ildə İspaniyanın Barselona şəhərində baş tutmuş XXV Yay Olimpiya Oyunlarında Birləşmiş Komandanın tərkibində komanda hesabında qızıl, çoxnövçülük üzrə hərəkətlərdə isə bürünc medal qazanıb.

Belenki o dövrlərdə Azərbaycanda Gimnastika Federasiyası olmadığından, 1994-cü ildə Almaniyanın Ştutqart şəhərinə köçmüş və bu ölkəni təmsil etməyə başlamışdır. 1996-cı ildə ABŞ-nin Atlanta şəhərində keçirilmiş XXVI Yay Olimpiya Oyunlarında komanda birinciliyində və çoxnövçülük üzrə hərəkətlərdə mübarizə aparsa da, medal qazana bilməyib. Bir il sonra İsveçrənin Lozanna şəhərində baş tutmuş dünya çempionatında at üzərində hərəkətlərdə qızıl medala sahib çıxıb.

Məşqçi karyerası

Belenki idmançı karyerasını bitirdikdən sonra Almaniyada qalıb və məşqçi kimi fəaliyyət göstərməyə başlayıb. Onun yetirmələrindən olan gimnast Marsel Nquen, 2012 London Yay Olimpiya Oyunlarınında paralel qollarda və çoxnövçülük üzrə hərəkətlərdə gümüş medal qazanıb.

2020-ci ildə Almaniya millisinin baş məşqçisi olub.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, valeri belenki sözünün mənası, valeri belenki haqqında məlumat. valeri belenki nədir? valeri belenki nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bakı bələdiyyələri

  • Fevral 24, 2026

    Burundi

  • Fevral 27, 2026

    Akif Əsgərov

  • Fevral 27, 2026

    Bitlis

  • Fevral 27, 2026

    Anadır

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst