"GameStop" — ABŞ pərakəndə satış şəbəkəsi. Şirkət videooyun konsolları, videooyunlar və oyun aksesuarları satır.
| GameStop | |
|---|---|
| | |
| |
| Ümumi məlumatlar | |
| Sənaye | pərakəndə |
| Məhsulu | video oyun |
| Təsis tarixi | 20 avqust 1980 |
| İqtisadi göstəriciləri | |
| Ümumi kapital |
|
| Ümumi aktivlər |
|
| Ümumi gəliri |
|
| Xalis mənfəəti |
|
| Əməliyyat mənfəəti |
|
| gamestop.com | |
30 yanvar 2021-ci il tarixinə olan məlumata görə, "GameStop" mağazalar şəbəkəsinin ABŞ-də və dünyanın 17 ölkəsində 4,816 satış məntəqəsi var. Şirkətin mağazaları həmçinin "EB Games" və "Electronics Boutique" brendləri altında satış məntəqələri ilə təmsil olunur. Şirkət "Game Informer" adlı videooyun jurnalını dərc etdirir.
Tarixi
Şirkətin tarixi Texas ştatının Dallas şəhərində kiçik proqram təminatı şirkəti "Babbage's" ilə başlamışdır. Şirkət sonradan "Software Etc." ilə birləşmiş, ardınca "Babbage’s Etc. LLC" yaranmışdır. 1999-cu ildə bu şirkət kitablar, elektron kitablar, jurnallar və media satan pərakəndə satış şəbəkəsi olan "Barnes & Noble"a satılmışdır. Mağazalar şəbəkəsi 2000-ci ilin iyununda "Funco, Inc" ilə birləşmişdir. Həmin ilin axırlarında şirkətin adı "GameStop" olaraq dəyişdirilmişdir.
2004-cü ilin axırlarında şirkət "Barnes & Noble"dan öz səhmlərini tamamilə geri almış və müstəqil olmuşdur. 2005 -ci ildə "Electronics Boutique", 2007 -ci ildə isə "Blockbuster" şəbəkəsindən "Rhino Video Games" satın alınmışdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, gamestop sözünün mənası, gamestop haqqında məlumat. gamestop nədir? gamestop nə deməkdir?
