Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azad Əsgərov (20 avqust 1971-ci il) - Azərbaycanlı qaydasız döyüşçü və həmçinin güləşçidir. Qaydasız döyüş və güləş üzrə dünya çempionudur. Azad Əsgərov 50 döyü

Azad Əsgərov

  • Ana Səhifə
  • Vikipediya
  • Azad Əsgərov

Azad Əsgərov (20 avqust 1971-ci il) - Azərbaycanlı qaydasız döyüşçü və həmçinin güləşçidir. Qaydasız döyüş və güləş üzrə dünya çempionudur. Azad Əsgərov 50 döyüş keçirmişdir. Döyüşlərdən 45-ni qazanmışdır. 3 dəfə məğlub olmuş, 2 dəfə heç-heç etmişdir. Hazırda Azərbaycan MMA və Grappling federasiyasının prezidentidir.

Azad Əsgərov
azad askerov.jpg
Doğum tarixi 20 avqust 1971 (54 yaş)
Doğum yeri Sabirabad, Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti Peşəkar idmançı
Dünya çempionu
Məşqçi
instagram.com/azad.asgar…

Həyatı

Azad Əsgərov peşəkar rinqdə əlliyə yaxın döyüş keçirmişdir, onlardan üçünü uduzmuşdur (onlardan ikisi alınmış zədələrə görə hesaba alınmışdır), iki dəfə heç-heçə ilə nəticələnən döyüş keçirmiş və 45 döyüşdə qalib gəlmişdir. Onun rəqibləri döyüş zamanı yalnız üç dəfə sona qədər gəlib çıxa bilmişlər. Qalanları isə döyüşün ilk dəqiqələrində məğlub olmuşdur.

O, uşaq ikən qardaşları kimi güclü olmaq arzusunda olmuşdur. Uşaq yaşlarından idmana olan məhəbbət Azadın həyatında çox böyük rol oynamışdır. O, 9 yaşında ikən futbol oynamağa başlamış, lakin 2 il keçdikdən sonra Azadın təkbətək döyüş növünə olan marağı onun əla futbolçu olmaq arzusuna üstün gəlmişdir. Düşünürük ki, bu zaman dünya ən yaxşı futbolçularından birini itirmiş, əvəzinə isə boksçu, güləşçi, karate ustası, başqa sözlə desək, Şərq təkbətək döyüş növləri üzrə ustasını qazanmışdır.

Bir il sonra Azad Yunan-Roma güləşi üzrə ərazi üzrə birinciliyi əldə etmişdir. Onun Azərbaycanda qazandığı müvəffəqiyyətlər öz məntiqi nəticəsini göstərmişdir. Azad 1987-ci ildə Yunan-Roma güləşi üzrə SSRİ çempionu olmuşdur. Onun maraq dairəsi yalnız güləşlə məhdudlaşmır, 80-ci illərin sonlarında milyonlarla öz həmyaşıdı kimi o vaxtlar bütün dünyanın rəğbətini qazanan Şərq təkbətək döyüş növlərinin fanatına çevrilmişdir.

İcbari hərbi xidmət illərində (1989-1991) Azad intensiv şəkildə karate idman növü ilə məşğul olmağa başlamışdır.

Hərbi xidmətdən sonra Azad idman məktəbində məşqçi kimi çalışmağa başlamışdır. 1992-1997-ci illər ərzində Azad peşəkarlar arasında güləş üzrə 20-yə yaxın beynəlxalq turnirlərin və həmçinin müxtəlif növ Şərq təkbətək döyüş yarışlarının qalibi olmuşdur.

1999-cu ildən başlayaraq, Azad peşəkar pankration idman növü ilə məşğul olmağa başlamışdır. İlk döyüşündə (Rusiya Federasiyası Pankration Federasiyasının reytinq döyüşü) Azad öz rəqibini bir dəqiqə otuz saniyə ərzində məğlub etmişdir. Bu minvalla Azad Əsgərov öz adının pankration idman növü üzrə dünya təkbətək döyüş növü tarixinə daxil olunmasına nail olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, azad əsgərov sözünün mənası, azad əsgərov haqqında məlumat. azad əsgərov nədir? azad əsgərov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Cəmil Əliyev

  • Mart 01, 2026

    Your Power

  • Mart 06, 2026

    Lyuk Perri

  • Fevral 27, 2026

    Trifolium beckwithii

  • Mart 01, 2026

    Saytama

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst