Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gündüz Şəmsəddin oğlu Abbasov (20 noyabr 1930, Bakı – 21 avqust 1995, Bakı) — Azərbaycan kino aktyoru, yazıçı, tərcüməçi və rəssam. Romantik obrazların ifaçısı

Gündüz Abbasov

  • Ana Səhifə
  • Vikipediya
  • Gündüz Abbasov

Gündüz Şəmsəddin oğlu Abbasov (20 noyabr 1930, Bakı – 21 avqust 1995, Bakı) — Azərbaycan kino aktyoru, yazıçı, tərcüməçi və rəssam. Romantik obrazların ifaçısı kimi tanınmışdır.

Gündüz Abbasov
Doğum tarixi 20 noyabr 1930(1930-11-20)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 21 avqust 1995(1995-08-21) (64 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Həyat yoldaşı
  • Ofeliya Məmmədzadə
Atası Şəmsəddin Abbasov
Fəaliyyəti aktyor
IMDb ID1075793

Mündəricat

Həyatı

Gündüz Abbasov 1930-cu ildə Bakının Dağlı məhəlləsində, Bakı kinostudiyasının direktoru Şəmsəddin Abbasovun ailəsində dünyaya gəlmişdir. Şəmsəddin Abbasovun həyat yoldaşı Mələk xanım dahi azərbaycanlı dramaturq Cəfər Cabbarlının qardaşı qızı idi. Uşaqlıqdan sənətə həvəs göstərən Gündüz 1952-ci ildə Bakı Rəssamlıq məktəbini, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsini bitirmişdi.

Ədəbiyyat sahəsinə böyük marağı olan Gündüz Abbasovun 1950–1960-cı illərdə "Papasının qızı", "Canlı körpü" və "Qanadlar" adlı üç kitabı çap olunmuşdu. Az müddət olsa da, Azərbaycan radiosunun gənclər şöbəsinin müdiri, sonra "Uşaqgəncnəşr" və "Azərnəşr" nəşriyyatlarının redaktoru, "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdiri kimi vəzifələrdə çalışmışdır.

Gündüz Abbasovu kinoda "Onun böyük ürəyi" və "Bir qalanın sirri" filmlərində ifa etdiyi rollar məşhurlaşdırır. Bundan sonra ard-arda bir neçə filmdə çəkilən aktyor çəkildiyi filmlərdə müxtəlif planlı yaddaqalan xarakterik rollarda çəkilir. Aktyor ciddi rollarla yanaşı "Mozalan" kinojurnalının bir çox süjetlərində də iştirak etmişdi. Aktyorun çəkildiyi sonuncu film "Yuxu" filmi olmuşdu. Sağlığında filmi görə bilməsə də, yaratdığı Hidayət əmi obrazı tamaşaçıların yaddaşında hər zaman xatırlanır.

Gündüz Abbasov 1995-ci ildə 21 avqustda vəfat etmişdir.

Ailəsi

Gündüz Abbasov iki dəfə ailə həyatı qurub. O, aktrisa Ofeliya Məmmədzadə ilə boşandıqdan sonra 1969-cu ildə Tamara Abbasova ilə 2-ci dəfə ailə qurub və bu nigahdan 2 övladı dünyaya gəlib.

Filmoqrafiya

  1. Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film)-rol: Stepan Leonozov
  2. Arvadım mənim, uşaqlarım mənim (film, 1978)
  3. Aygün (film, 1960)
  4. Babək (film, 1979)
  5. Bir qalanın sirri (film, 1959)
  6. Bizim küçə (film, 1961)
  7. Cəza (film, 1986)
  8. Çətirimiz buludlardır (film, 1976)
  9. Dədə Qorqud (film, 1975)
  10. Doğma sahillər (film, 1989)
  11. Evlənmək istəyirəm (film, 1983)
  12. Əmək və qızılgül (film, 1962)
  13. Həmyerli (film, 1989)
  14. Xoşbəxtlik qayğıları (film, 1976)
  15. İşarəni dənizdən gözləyin (film, 1986)
  16. İşgüzar səfər (film, 1982)
  17. Qəm pəncərəsi (film, 1986)
  18. Qərib cinlər diyarında (film, 1977)
  19. Leyli və Məcnun (film, 1961)
  20. Mühazirə (film, 1986)
  21. Onun böyük ürəyi (film, 1958)
  22. Sizin düşməniniz (film, 1987)
  23. Sovet pəhləvanı (film, 1942)
  24. Sürəyya (film, 1987)
  25. Şeytan göz qabağında (film, 1987)
  26. Telefonçu qız (film, 1962)
  27. Vulkana doğru (film, 1977)
  28. Yuxu (film, 2001), Yuxu filmi 1994-cü ildə çəkilmişdir lakin filmin tam istehsalı müəyyən səbəblərdən 2001-ci ildə başa çatmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, gündüz abbasov sözünün mənası, gündüz abbasov haqqında məlumat. gündüz abbasov nədir? gündüz abbasov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Əfqanıstan Əmirliyi

  • Fevral 27, 2026

    Cupressaceae

  • Fevral 27, 2026

    Mücirəddin Beyləqani

  • Mart 06, 2026

    İşxanik

  • Mart 06, 2026

    Güllübulaq (Amasiya)

Trend Mahnılar
  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst