Lorens Yakovleviç Kun (alm. Lorenz Jakob Kun, 1884, Yelenendorf, Yelizavetpol qəzası – 1942) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Milli azlıqlar fraksiyasının sədri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.
| Lorens Kun | |
|---|---|
| alm. Lorenz Jakob Kun | |
| |
| 15 dekabr 1918 – 27 aprel 1920 | |
| 15 dekabr 1918 – 27 aprel 1920 | |
| Fraksiya | Milli azlıqlar fraksiyası |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1884 |
| Doğum yeri | |
| Vəfat tarixi | 1942 (57–58 yaşında) |
| Fəaliyyəti | siyasətçi |
Həyatı
Lorens Kun 1884-cü ildə əslən almanların yaşadığı Yelenendorf şəhərində anadan olmuşdur. 1915-ci ildən neft sənayeçisi Benkendorfun yanında sahə müdiri olaraq fəaliyyət göstərib.
1920-ci illərdə o, Gəncə rayonunda mühəndis kimi çalışmışdır. Gəncə Rayonu "Konkordiya" Üzümçü və Şərabçıların İstehsal Kooperativinin İdarə Heyətinin üzvü idi. Onun vəzifələrinə texniki hissənin idarə edilməsi, ofis işləri və mədəni-maarif işləri daxil idi.
Repressiya
Lorens Kun KQB tərəfindən "Konkordiya işi" səbəbilə 1925-ci ildə əvvəlcə 8 il müddətinə həbs olunur. 5 ildən sonra isə azad olunur. 1930-cu ildə Gürcüstan şirkəti "Qruzneft"də baş mühəndis daxil olmaqla fərqli vəzifələrdə çalışır. 1933–1934-cü illərdə Gürcüstanda Mirzəan sahəsinin baş mühəndisi olaraq çalışmışdır.
Lorens Kun 18 fevral 1938-ci ildə yenidən həbs olundu və 5 il həbs cəzasına məhkum edildi. 18 fevral 1940-cı ildə SSRİ Daxili İşlər Komissarlığı Şimali Ural İTL rəhbərinin qərarı ilə Kaganoviç adına Tavda Dəmiryolu Stansiyaya köçürüldü. 1942-ci ildə Uxtada vəfat etdi.
Siyasi fəaliyyəti
Yelenendorfda işlədikdən sonra yerli Alman komitəsinə üzv seçilmişdir.
10 dekabr 1918-ci ildə Alman Milli Şurası sıralarından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmiş, sənədləri 15 dekabr tarixində təsdiqlənmişdir. O, parlamentdə Milli azlıqlar fraksiyasının üzvü və sədri olmuşdur.
Parlamentin 10 dekabr 1918 tarixli sayca 2-ci iclasında Lorens Kun azərbaycanlılar və almanlar arasındakı 100 illik dostluq haqqında belə çıxış etmişdir.
| ...ən səmimi qonşuluq əlaqələrimiz heç vaxt pozulmamışdır. Azərbaycan Xalq Cümhuriyyəti almanları sakitcə gələcəyə baxır, öz milli mənsubiyyətlərinin qorunacağına və sakit iş həyatına davam edəcəyinə ümidlidir və müstəqil Azərbaycanın xeyrinə çalışacaqlar.. |
Ailəsi
- Xanımı Lina Forer — (d.1898) "Forer qardaşları" Səhmdar Cəmiyyətinin qurucularından olan Henrix Forerin qızı
- Oğlu: Alfred Kun — (d. 1925)
- Qızı: Gertruda Kun — (d. 1917)
- Qardaşları: Robert Kun, Samuil Kun (d. 1870), İmmanuel Kun (d. 1881)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, lorens kun sözünün mənası, lorens kun haqqında məlumat. lorens kun nədir? lorens kun nə deməkdir?
