Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Senkaku adaları (yap. 尖閣諸島, senkaku-şoto) — Şərqi Çin dənizində Tayvandan 170 km şimal-şərqdə yerləşən Yaponiyanın Senkaku, Çinin isə Diaoyu Dao adlandırdığı mü

Senkaku adaları

  • Ana Səhifə
  • Vikipediya
  • Senkaku adaları

Senkaku adaları (yap. 尖閣諸島, senkaku-şoto) — Şərqi Çin dənizində Tayvandan 170 km şimal-şərqdə yerləşən Yaponiyanın Senkaku, Çinin isə Diaoyu Dao adlandırdığı mübahisəli arxipelaq.

Senkaku adaları
yap. 尖閣諸島
Ümumi məlumatlar
Sahəsi 7 km²
Hündür nöqtəsi 383 m
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
25°46′31″ şm. e. 123°31′39″ ş. u.HGYO
Ölkə  Yaponiya
Senkaku adaları xəritədə
Senkaku adaları
Senkaku adaları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Haqqında

Qeyd etmək lazımdır ki, Yaponiyanın Senkaku, Çinin isə Diaoyu Dao adlandırdığı adalar Şərqi Çin dənizində yerləşir. Arxipelaqın ümumi sahəsi 7 km² təşkil edir. Yaşayış olmayan 5 adadan və 3 qayadan ibarətdir. Tarixi baxımdan adalar Çin, Yaponiya və ABŞ-nin nəzarəti altında olmuşdur. Adalar üzərində inzibati nəzarət 1972-ci ildə ABŞ tərəfindən Yaponiyaya təhvil verilmişdir. Bu addımı ÇXR qanunsuz hesab edir.

2012-ci ildə Çinlə Yaponiya arasında Diaoyu Dao/Senkaku adaları ilə bağlı münaqişənin gərginləşməsi nəticəsində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi sonrakı illərdə azalmışdır. İki ölkə arasında siyasi münasibətlərin səviyyəsi daim işgüzar əməkdaşlığa müvafiq təsirini göstərmişdir. İnsan yaşamayan ərazidən ibarət olan "Senkaku-şoto" (Diaoyu) adaları üzərində Yaponiyanın sahiblik iddiasını nə Çin, nə də Tayvan qəbul edir. Bundan əlavə, onlar Yaponiyanın Şərqi Çin dənizində birtərəfli şəkildə təyin etdiyi məsafə xəttini də rədd edirlər. Çin-Yaponiya münasibətlərinə mənfi təsir edən adalar məsələsinin həll edilməməsi başlıca problemlərdən biridir.

Tarixi

Tokionun rəsmi təsdiqinə görə hələ 1885-ci ildə Yaponiya hökuməti Senkaku adalarının tədqiqinə başlamış və həmin vaxt təsdiq olunmuşdur ki, adalar sakinsiz olub və onların Çinin nəzarəti altında olmasına dair hər hansı bir iz olmayıb. Bunun əsasında 1895-ci il yanvar ayının 14-də ölkə idarəçiliyi rəsmi olaraq Senkaku adalarını Yaponiya ərazisinin tərkibinə daxil etmişdir. Bu birləşdirmə beynəlxalq hüquqda terra nulliusa — heç kimin torpağı qaydasına müvafiq olaraq həyata keçirilib.

Senkaku adaları nə Tayvan adalarının, nə də Peskador adlarının bir hissəsi olmayıb 1895-ci ilin aprelində Birinci Çin-Yapon müharibəsinin nəticəsi kimi imzalanan Simonoseki müqaviləsinə əsasən bu arxipleaqın Çin tərəfindən Yaponiyaya güzəştə gedilməsi öz təsdiqini tapmışdır. 1900–1940-cı illərdə Kubadzima və Uotsuridzima adalarında yapon balıqçılarının iki məskəni mövcud olmuşdur və adalarda cəmisi 248 sakin qeydə alınmışdır. Uotsuridzima adasında bonita (balıq növü) təkrar istehsalı üzrə zavod fəaliyyət göstərmişdir. Yaponiyanın balıq sənayesinin böhran yaşaması ilə əlaqədar zavod bağlanıb və yaşayış məskənləri 1941-ci ilin əvvəllərində tərk edilib. 1945-ci ildə Yaponiya müharibədən məğlub çıxandan sonra XIX əsrin sonlarında əldə etdiyi bütün əraziləri itirdi. Senkaku Okinava ilə birlikdə ABŞ-nin nəzarəti altına düşdü. Lakin ABŞ 1970-ci ilin əvvəllərində Senkaku ilə birlikdə Okinavanı da Yaponiyaya qaytardı.

20 ildən sonra Çin Xalq Respublikası bu qərarla razılaşmadığını bəyan etdi və 1992-ci ildə bu ərazini "həqiqi Çin" ərazisi elan etdi. Bildirildi ki, bu adalar Çin dənizçilərinə çoxdan məlumdur və XV əsrdən başlayaraq dərc edilən gəmi qeydləri ilə öz təsdiqini tapır. Çin tərəfinin fikrincə 1943-cü il Qahirə bəyannaməsinə əsasən adaları Çinə qaytarmaq lazımdır. Çünki bu bəyannaməyə görə Yaponiya işğal etdiyi bütün ərazilərdən məhrum olurdu. Çin və Tayvan hökumətlərinin iddialarına cavab olaraq Yaponiya hökuməti yaranan mübahisələrə səbəb kimi 1968-ci ildə Senkaku adalarında BMT tərəfindən aparılan tədqiqatlar zamanı neft və qaz yataqlarının aşkar edilməsini göstərdi. Yaponiya hökuməti həm də bəyan edirdi ki, həmin vaxta qədər Senkaku adaları ətrafında hər hansı bir problem yaşanmamışdır.

Həmçinin bax

  • Liankur

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, senkaku adaları sözünün mənası, senkaku adaları haqqında məlumat. senkaku adaları nədir? senkaku adaları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    E.ə. 78

  • Fevral 26, 2026

    Hyoqo prefekturası

  • Fevral 27, 2026

    Maqdalena Kojena

  • Fevral 27, 2026

    Piter Skott

  • Fevral 27, 2026

    İmam Hadi

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst